Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Salyanda referendum üzrə təşviqat qrupu seçicilərlə görüşüb
09.09.16 15:57



Sentyabrın 8-də Salyan şəhərində «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə izdihamlı görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb: «Bu gün Azərbaycan dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur. Eyni zamanda, insanların hüquq və azadlıqlarının daha geniş mənada qorunması üçün də sözügedən dəyişikliklərə ehtiyac duyulur. Ona görə də əminliklə demək olar ki, Azərbaycan vətəndaşları bu dəyişikliklərə yekdilliklə səs verəcəklər. Çünki xalqımız belə siyasi hadisələrdə həmişə müdriklik göstərib. O cümlədən, bütün seçkilərdə fəallıq nümayiş etdirərək partiyamızı dəstəkləyən salyanlılar da sentyabrın 26-da keçiriləcək referendumda da öz gələcəkləri naminə Konstitusiya islahatlarına səs verməlidirlər».
Görüşdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin atdığı hər addım Azərbaycan dövlətinin, xalqının uğurlu gələcəyinə istiqamətlənib: «Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri nəzərdən keçirdikdə aydın görünür ki, həmin maddələr ölkə vətəndaşlarının daha yaxşı və firavan yaşamasını təmin etmək üçün səsverməyə çıxarılıb. Biz bu səsvermədə gələcək müqəddəratımızı həll edəcəyik. Ona görə də sentyabrın 26-da keçiriləcək referendumda xalqımızı daha aktiv olmağa səsləyirəm”.

Görüşdə çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışaraq, sənəddə əksini tapan müddəaların bir çox istiqamətləri əhatə etdiyini bildirdi: «Bu gün Azərbaycan özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Ölkəmiz inkişaf etdikcə qanunlara da bu və ya digər şəkildə dəyişikliklər və əlavələrin edilməsinə ehtiyac duyulur. Sentyabrın 26-na təyin edilmiş referendumda Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi də zamana uyğun atılan addımlardandır. Biz sizləri dəvət edirik ki, sentyabrın 26-da seçki məntəqələrinə gəlib ümumxalq səsverməsində fəal iştirak edərək Konstitusiya islahatlarına səs verəsiniz.» Görüşdə çıxış edən salyanlı seçicilər Konstitusiyaya təklif olunun əlavə və dəyişikliklərlə tanış olduqlarını bildirərək söz verdilər ki, referendumda fəallıq göstərməklə dəyişikliklərə «hə» deyəcəklər.
URL / WWW
http://atxem.az/news/a-15479.html