Axtarış: 
Salyanda referendum üzrə təşviqat qrupu seçicilərlə görüşüb
+  -  Çap 
Yerləşdirilib: 09.09.16 | Baxılıb: 2233
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Sentyabrın 8-də Salyan şəhərində «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə izdihamlı görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb: «Bu gün Azərbaycan dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur. Eyni zamanda, insanların hüquq və azadlıqlarının daha geniş mənada qorunması üçün də sözügedən dəyişikliklərə ehtiyac duyulur. Ona görə də əminliklə demək olar ki, Azərbaycan vətəndaşları bu dəyişikliklərə yekdilliklə səs verəcəklər. Çünki xalqımız belə siyasi hadisələrdə həmişə müdriklik göstərib. O cümlədən, bütün seçkilərdə fəallıq nümayiş etdirərək partiyamızı dəstəkləyən salyanlılar da sentyabrın 26-da keçiriləcək referendumda da öz gələcəkləri naminə Konstitusiya islahatlarına səs verməlidirlər».
Görüşdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin atdığı hər addım Azərbaycan dövlətinin, xalqının uğurlu gələcəyinə istiqamətlənib: «Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri nəzərdən keçirdikdə aydın görünür ki, həmin maddələr ölkə vətəndaşlarının daha yaxşı və firavan yaşamasını təmin etmək üçün səsverməyə çıxarılıb. Biz bu səsvermədə gələcək müqəddəratımızı həll edəcəyik. Ona görə də sentyabrın 26-da keçiriləcək referendumda xalqımızı daha aktiv olmağa səsləyirəm".

Görüşdə çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışaraq, sənəddə əksini tapan müddəaların bir çox istiqamətləri əhatə etdiyini bildirdi: «Bu gün Azərbaycan özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Ölkəmiz inkişaf etdikcə qanunlara da bu və ya digər şəkildə dəyişikliklər və əlavələrin edilməsinə ehtiyac duyulur. Sentyabrın 26-na təyin edilmiş referendumda Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi də zamana uyğun atılan addımlardandır. Biz sizləri dəvət edirik ki, sentyabrın 26-da seçki məntəqələrinə gəlib ümumxalq səsverməsində fəal iştirak edərək Konstitusiya islahatlarına səs verəsiniz.» Görüşdə çıxış edən salyanlı seçicilər Konstitusiyaya təklif olunun əlavə və dəyişikliklərlə tanış olduqlarını bildirərək söz verdilər ki, referendumda fəallıq göstərməklə dəyişikliklərə «hə» deyəcəklər.

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo