Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Belçikada fəaliyyet göstərən Türk Təşkilatları ilə birgə toplantı keçirilib
25.02.17 06:39


Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Xocalı faciəsinin 25-cü ildönümü ilə bağlı 2017-ci ilin fevral ayının 22-26-da Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirir.

Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin iştirak edirlər. {img1}{img2}Dünən Azərbaycan nümayəndə heyəti Belçikada feəaliyyət göstərən Türkdilli xalqların diaspora təşkilatlarının da geniş qatılımı ilə işgüzar naharda bir araya gəliblər. Qarşılıqlı diskusiya şəraitində keçən görüşdə qonaqlara Azərbaycan Ermənistan Dağlıq Qarabağ problemi, Qarabağın tarixi və Xocalı soyqırımı ilə bağlı geniş məlumat verilib. PA- nın sektor müdiri Qafar Əliyev Xocalı soyqırımının baş verdiyi 25 il öncəki prosesləri təhlil edərək, qonaqlara geniş məlumat verdi.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qonaqların sualları əsasında bu gün Dağlıq Qarabağ probleminin həllində ermənilərin törətdiyi maneələrə diqqət çəkdi, Ümumilikdə Cənubi Qafqazda sülhə əngəl olan Ermənistanın regionda qalıcı bir barışın təmin olunmasında hər zaman təhdid olduğunu bildirdi.

ATXƏM-in sədri İlham İsmayılov türk diasporaları arasındakı əlaqələrin zəif olduğunu qeyd edərək, bildirdi ki, erməni lobbisi və onların diaspor təşkilatları bütün dünyada Türk dünyasına qarşı fəaliyyət göstərir, yalançı soyqırım iddiaları ilə gündəmi zəbt ediblər. Onlar bu "soyqırım" yalanları altında təzminat almaq, Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarını davam etdirməklə "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək istəyirlər.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli problemin həllində ATƏT-in Minsk Qrupunun göstərdiyi fəaliyyəti təhlil edərək, qeyd etdi ki, bu qurumun fəaliyyəti sülhün təmin olunması üçün yetərli olmayıb. Biz uzun illərdir ki, bu fəaliyyətdən narazıyıq, çünki bu təşkilatı təmsil edən ölkələr problemin həllində daima ikili standart yanaşmalar edirleər, bu isə Ermənistanı sülhə razı salmağa yeteərli olmur.

Belçika Türkçə Media Platformu sədri Hüseyn Dönməz Belçikada Azərbaycan həqiqətlərinin təbliği ilə baglı öz fəaliyyətlərindən danışıb. O, qeyd edib ki, Platformda 21 media qurumu birləşib və bu qurumlar hər zaman Azərbaycan maraqlarının Belçikada təmin olunmasında, Xocalı soyqırımının Avropada təbliğ edilməsində yaxından iştirak edirlər.

H.Dönməz bildirdi ki, bu məqsədlə Platform keçən il Azərbaycan Mətbuat Şurası ilə memorandum da imzalayıb və əlaqələr günü gündən daha da inkişaf etməkdədir. Tədbirde çıxış edən Belçika-Azəraycan Dərnəyinin rəhbəri Ayhan Dəmirçi, Belçika "Aydın haber" dərgisinin baş redaktoru Cəlil Gündoğdu, Belçikadakı Balkan Türkləri dərnəyinin rəhbəri Turan Töre, Belçikalı Türklərin "Yeni Vatan" kültür və Haber Platformu redaktoru Cafer Yıldırımer bildirib ki, Azərbaycan həqiqətlərinin Avropada təbliğ olunması onların bir könül işidir. Bu işlərin daha sistemli və davamlı olması üçün birgə əməkdaşlığın dərinləşdirilməsinin vacib olduğunu da qeyd ediblər.
URL / WWW
http://atxem.az/news/a-15500.html