Axtarış: 
Belçikada fəaliyyet göstərən Türk Təşkilatları ilə birgə toplantı keçirilib
+  -  Çap 
Yerləşdirilib: 25.02.17 | Baxılıb: 2208
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter

Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Xocalı faciəsinin 25-cü ildönümü ilə bağlı 2017-ci ilin fevral ayının 22-26-da Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirir.

Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin iştirak edirlər.
Dünən Azərbaycan nümayəndə heyəti Belçikada feəaliyyət göstərən Türkdilli xalqların diaspora təşkilatlarının da geniş qatılımı ilə işgüzar naharda bir araya gəliblər. Qarşılıqlı diskusiya şəraitində keçən görüşdə qonaqlara Azərbaycan Ermənistan Dağlıq Qarabağ problemi, Qarabağın tarixi və Xocalı soyqırımı ilə bağlı geniş məlumat verilib. PA- nın sektor müdiri Qafar Əliyev Xocalı soyqırımının baş verdiyi 25 il öncəki prosesləri təhlil edərək, qonaqlara geniş məlumat verdi.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qonaqların sualları əsasında bu gün Dağlıq Qarabağ probleminin həllində ermənilərin törətdiyi maneələrə diqqət çəkdi, Ümumilikdə Cənubi Qafqazda sülhə əngəl olan Ermənistanın regionda qalıcı bir barışın təmin olunmasında hər zaman təhdid olduğunu bildirdi.

ATXƏM-in sədri İlham İsmayılov türk diasporaları arasındakı əlaqələrin zəif olduğunu qeyd edərək, bildirdi ki, erməni lobbisi və onların diaspor təşkilatları bütün dünyada Türk dünyasına qarşı fəaliyyət göstərir, yalançı soyqırım iddiaları ilə gündəmi zəbt ediblər. Onlar bu "soyqırım" yalanları altında təzminat almaq, Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarını davam etdirməklə "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək istəyirlər.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli problemin həllində ATƏT-in Minsk Qrupunun göstərdiyi fəaliyyəti təhlil edərək, qeyd etdi ki, bu qurumun fəaliyyəti sülhün təmin olunması üçün yetərli olmayıb. Biz uzun illərdir ki, bu fəaliyyətdən narazıyıq, çünki bu təşkilatı təmsil edən ölkələr problemin həllində daima ikili standart yanaşmalar edirleər, bu isə Ermənistanı sülhə razı salmağa yeteərli olmur.

Belçika Türkçə Media Platformu sədri Hüseyn Dönməz Belçikada Azərbaycan həqiqətlərinin təbliği ilə baglı öz fəaliyyətlərindən danışıb. O, qeyd edib ki, Platformda 21 media qurumu birləşib və bu qurumlar hər zaman Azərbaycan maraqlarının Belçikada təmin olunmasında, Xocalı soyqırımının Avropada təbliğ edilməsində yaxından iştirak edirlər.

H.Dönməz bildirdi ki, bu məqsədlə Platform keçən il Azərbaycan Mətbuat Şurası ilə memorandum da imzalayıb və əlaqələr günü gündən daha da inkişaf etməkdədir. Tədbirde çıxış edən Belçika-Azəraycan Dərnəyinin rəhbəri Ayhan Dəmirçi, Belçika "Aydın haber" dərgisinin baş redaktoru Cəlil Gündoğdu, Belçikadakı Balkan Türkləri dərnəyinin rəhbəri Turan Töre, Belçikalı Türklərin "Yeni Vatan" kültür və Haber Platformu redaktoru Cafer Yıldırımer bildirib ki, Azərbaycan həqiqətlərinin Avropada təbliğ olunması onların bir könül işidir. Bu işlərin daha sistemli və davamlı olması üçün birgə əməkdaşlığın dərinləşdirilməsinin vacib olduğunu da qeyd ediblər.

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gecə: +1.. +3dəyişkən buludlu yağmursuz
Səhər: +3.. +5aydn yağmursuz
Gündüz: +7.. +9aydn yağmursuz
Axşam: +2.. +4aydn yağmursuz
Atm. təziyi: 763 μμ
Rütübət: 53 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo