Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Əlaqələr, rəsmi xronika
» Azərbaycan nümayəndə heyəti "Azərbaycan məktəbi”ndə oldular - Niderlandda
27.02.17 05:19
Avropada səfərdə olan Azərbaycan nümayəndə heyəti - Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi İlqar İlkin Niderland Kralliğinin ikinci böyük şəhəri olan Haaqada fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin ofisində olub, birliyin nəzdində fəaliyyət göstərən N.Gəncəvi adına həftəsonu “Azərbaycan məktəbi”nin işi ilə tanış olublar.
{img1}QHT.az xəbər verir ki, məktəbin şagirdlərinin Azərbaycan haqqında bilikləri, ifa etdikləri Azərbaycan Respublikasının himni, Xocalı və Azərbaycan haqqında söylədikləri şeirlər nümayəndə heyətində xoş təəssüratlar yaradıb.
Birliyin sədri M.Ağamirzəyeva təşkilatın yaranma tarixi, birliyin aktivləri, bu illər ərzindəki fəaliyyətləri, eləcə də Xocalı faciəsinin 25 illliyi ilə əlaqədar hazırladıqları tədbir haqqında geniş məlumat verib. Hollandiyada fəaliyyət göstərən təşkilatların işləri ilə tanış olan millət vəkili Ə. Amaşov görüşdə bildirib ki, qərib ölkələrdə fəaliyyət göstərən hər bir təşkilat və ya fərdi şəxsin gördüyü işləri Azərbaycan dövləti və xalqı böyük qiymətləndirir.
{img2}PA-nın sektor mudiri Q.Əliyev də diaspora fəaliyyətinin vacibliyini vurğulayaraq bildirib ki, Azərbaycan Diasporası yaşının gənc olmasına baxmayaraq, artıq böyük təcrübə qazanıb və dünyanın bütün ölkələrindən səsini duyurur. O, eləcə də qeyd edib ki, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün xaricdə yaşayan azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür. Bu mübarizədə təkcə siyasi vasitələrdən istifadə etmək kifayət deyil, mədəniyyətimizin, mətbəximizin, adət-ənənələrimizin də təbliginə geniş yer verilməlidir.
{img3}ATXƏM-in sədri İ.İsmayilov isə diasporaçılıq fəaliyyətində ən çox yeni nəslin milli ruhda yetişdirilməsinin önəmini vurğulayaraq “Ana Vətən”in Azərbaycan məktəbini yaratmasını təqdirəlayiq layihə hesab etdiyini bildirib. Onun fikrincə, yad bir dildə təhsil alan, danışan azərbaycanlı uşağının mənəvi və milli ruhunun formalaşmasında bu formaların təsir gücü inanılmazdır.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi
URL / WWW
http://atxem.az/news/a-15504.html