Axtarış: 
Azərbaycan nümayəndə heyəti "Azərbaycan məktəbi"ndə oldular - Niderlandda
+  -  Çap 
Yerləşdirilib: 27.02.17 | Baxılıb: 4491
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Avropada səfərdə olan Azərbaycan nümayəndə heyəti - Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi İlqar İlkin Niderland Kralliğinin ikinci böyük şəhəri olan Haaqada fəaliyyət göstərən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin ofisində olub, birliyin nəzdində fəaliyyət göstərən N.Gəncəvi adına həftəsonu "Azərbaycan məktəbi"nin işi ilə tanış olublar.

QHT.az xəbər verir ki, məktəbin şagirdlərinin Azərbaycan haqqında bilikləri, ifa etdikləri Azərbaycan Respublikasının himni, Xocalı və Azərbaycan haqqında söylədikləri şeirlər nümayəndə heyətində xoş təəssüratlar yaradıb.

Birliyin sədri M.Ağamirzəyeva təşkilatın yaranma tarixi, birliyin aktivləri, bu illər ərzindəki fəaliyyətləri, eləcə də Xocalı faciəsinin 25 illliyi ilə əlaqədar hazırladıqları tədbir haqqında geniş məlumat verib. Hollandiyada fəaliyyət göstərən təşkilatların işləri ilə tanış olan millət vəkili Ə. Amaşov görüşdə bildirib ki, qərib ölkələrdə fəaliyyət göstərən hər bir təşkilat və ya fərdi şəxsin gördüyü işləri Azərbaycan dövləti və xalqı böyük qiymətləndirir.

PA-nın sektor mudiri Q.Əliyev də diaspora fəaliyyətinin vacibliyini vurğulayaraq bildirib ki, Azərbaycan Diasporası yaşının gənc olmasına baxmayaraq, artıq böyük təcrübə qazanıb və dünyanın bütün ölkələrindən səsini duyurur. O, eləcə də qeyd edib ki, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün xaricdə yaşayan azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür. Bu mübarizədə təkcə siyasi vasitələrdən istifadə etmək kifayət deyil, mədəniyyətimizin, mətbəximizin, adət-ənənələrimizin də təbliginə geniş yer verilməlidir.



ATXƏM-in sədri İ.İsmayilov isə diasporaçılıq fəaliyyətində ən çox yeni nəslin milli ruhda yetişdirilməsinin önəmini vurğulayaraq "Ana Vətən"in Azərbaycan məktəbini yaratmasını təqdirəlayiq layihə hesab etdiyini bildirib. Onun fikrincə, yad bir dildə təhsil alan, danışan azərbaycanlı uşağının mənəvi və milli ruhunun formalaşmasında bu formaların təsir gücü inanılmazdır.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +5.. +7dəyişkən buludlu yağmursuz
Gecə: +7.. +9dəyişkən buludlu yağmursuz
Səhər: +8.. +10dəyişkən buludlu yağmursuz
Atm. təziyi: 756 μμ
Rütübət: 87 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo