Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Ukraynadakı Azərbaycan diasporu sədrindən tarix elminə böyük tövhə
06.11.17 07:30



Fərhad Turanlı “Türk-Osmanlı yazılı mənbələrində XVI–XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” monoqrafiyasını müdafiə edib

Bu günlərdə Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri, “Ukraynalı və Azərbaycanlı Ziyalılar Asambleyası”nın rəhbəri Fərhad Turanlı “Türk-Osmanlı yazılı mənbələrində XVI–XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” tarix elmlər doktorluğu disertasiyası mövzusunda yazdığı monoqrafiyasını Taras Şevçenko adına Kyiv Milli Universitetinin Xüsusi Elmi Şurasında– tarix yazıcılığı, mənbəşünaslıq və xüsusi tarixi fənlər ixtisası üzrə elmi müdafiə edib. Elmi şuranın iclasında Türkiyədən - Prof.Dr. Mustafa Öztürk, Prof.Dr. Azmi Özcan, Prof.Dr. Yücəl Öztürk, Prof.Dr. Məhmət İnbaşı, Prof.Dr. Orhan Kılıç, o cümlədən Ukrayan alimləri - Prof.Dr. Yaroslav Kalakura, Prof.Dr. Yuriy Koçubey, Prof.Dr. Ludmila Dyaçenko, Prof.Dr. Prof.Dr. İqor Verba, Prof.Dr. İrina Voytsehivska, Prof.Dr. Taras Çuhlib, Prof.Dr. Vitaliy Şerbak, Prof.Dr. Serhiy Kudryaçenko, Prof.Dr. Viktor Kıryukov, Prof.Dr. Marina Palienko, Prof.Dr. Oleq Bubenok, Prof.Dr. Olha Borısova kimi nüfuzlu alimlər iştirak ediblər.

{img1}Qeyd edək ki, Fərhad Turanlı 1960-cı ildə Azərbaycanın Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Vasil Stefanik adına İvano-Frankivsk (Urayina) Dövlət Pedagoji İnstitutunun tarix fakultəsini bitirib. 1993-1996 illərdə Prikarpattya Dövlət Unsversitetin aspiranturasında (Ukrayna) “Dünya tarixi” ixtisası üzrə oxuyaraq “Türk mənbələrinə görə XVII y. Ukryana Kazak Dövləti–Kırım Hanlığı–Türk Osmanlı İmperatorluğu münasibətləri” mövzusunda elmi tətqiqat işləri aparmaqala bərabər, 1994-1996-ñı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı Türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət vs. elmləri üzrə xüsusi dərslər keçərək, elmi tətqiqat işlərini Türkiyənin arxiv və kitabxanalarında davam etdirmişdir.

1997-ci ildə Tarix elimləri namizədliyi üzrə elmi dərəcəyə nail olmaq üçün, Ukrayna Milli Elmlər Akademiyasının Mihaylo Hruşevskiy adına Qədim Əlyazmalar və Məmbəşünaslıq institutunun (Kyiv ş.) xüsusi Elmi Şurasında disertasiyasa müdafiə edib. 2003-cü ildə isə həmin institutun doktoranturasını bitirib. 2017-ci il oktyabr ayının12-də də “Türk-Osmanlı yazılı məmbələrində XVI–XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” tarix elmlər doktorluğu disertasiyası mövzusunda yazdığı monoqrafiyası Ukrayna Təhsil və Elm Nazirliyi Taras Şevçenko adına Kyiv Milli Universitetində müdafiə edib. Hazırda, “XVI–XIX yüzillərdə Türk-Osmanlı İmperatorluğu, Ukrayna Kazak Dövləti, Kırım Hanlığı və Şərqi Avropa Dövlətləri arsındaki münasibətlər” mövzusunda elmi tədqiqatını davam etdirir.

Fərhad Turanlı 1997-2000-ci illərdə Prikarpattya Vasil Stefanik Milli Universitetində də elmi-pedagoji fəaliyyət göstərib. 2002-2006-cı illərdə Taras Şevçenko adına Kyiv Milli Universitetinin Filologiya İnstitutunun Türkolgiya kafedrasının dosenti vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərdərərək, bilavasitə bu universitetdə “Türk Enformasyon və Araştırma Mərkəzi”ni qurub. 2006-2007 illərdə Beynəlxalq İdarəçilik Akademiyasının Averroes adına Ukrayna-Ərəb İnstitutunun Beynəlxalq əlaqələr kafedrasının dosenti vəzifəsində işləyib. 2007-ci ildən etibarən və hal-hazırda 1615-ci ildə təsis olunan, o cümlədən Amerika və Aropada tanına “Kyevo-Mohılyanska Akademiya” Milli Universitetinin Humanitar Elmlər Fakultəsinin dosenti vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərir. Eyni zamanda 2011– 2012-ci dərs oliundə İvano Franko L`viv Millli Universitetinin Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012-2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurulan şərqşünaslıq kafedrasının professoru və müdiri vəzifəsində də fəaliyyət göstərir. Türkologiya, İslamşünaslıq, Ukraynaşünaslıq, Beynəlxalq münasibətlər, Politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir.

{img2}Fərhad Turanlı bütün bu fəaliyyətlərinə görə “Ukraynada Şərqşünaslıq elminin inkişafında xüsusi əməyinə görə” (2002); “Kyevo Mohılyanska Akademiya” Milli Universitetində şərqşünaslıq elminin inkişafında xüsusi əmyinə görə” (2008) mükafatlarla təltif olunub. Eyni zamanda 2010-cu ildə Ukrayna Dini və Milli münasibətlər Dövlət Komitəsinin, Ukrayna Milli Yazarlar Birliyinin mükafatları ilə də təltif olunub.

Azərbaycan diasporunun fəal üzvlərindən olan Fərhad Turanlı 2001-ci ildə Bakıda keçirilən Dünya azərbaycanlılarının Birinci Qurultayında və bir sıra Beynəlxalq elmi konfranslarda (Ukraynada, Polşada, Türkiyədə, Azərbaycanda, Rumuniyada vs.) iştirak edib. Azərbaycan-Ukrayna (2001), Türkiyə-Ukrayna (2002) münasibətləri mövzusunda ilk konfranslar təşkil edərək kitablar nəşr etdirib. Ukraynada və xarici ölkələrdə nəşr olunan 118 elmi əsərlərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. Ukrayna Azərbaycanlılar Konqresinin və diaspora hərəkatının rəsmi qurucularından və iştirakçılarından biridir.

{img3}Ukraynada siyasi fəaliyyətlə də məşğul olan Fərfad Turanlı 2006-2008 illərdə Ukrayna Ali Şurasının (Parlamentinin) millət vəkilləri Gennadiy Udovenkonun, 2014-cü ildə isə Liliya Qırineviçin köməkci və məsləhətçisi olaraq da fəaliyyət göstərmişdir.

Qeyd edək ki, Fərhad Turanlı 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə də təltif olunub.
URL / WWW
http://atxem.az/news/a-15519.html