Axtarış: 
Ukraynadakı Azərbaycan diasporu sədrindən tarix elminə böyük tövhə
+  -  Çap 
Yerləşdirilib: 06.11.17 | Baxılıb: 2154
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Fərhad Turanlı “Türk-Osmanlı yazılı mənbələrində XVI–XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” monoqrafiyasını müdafiə edib

Bu günlərdə Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri, “Ukraynalı və Azərbaycanlı Ziyalılar Asambleyası”nın rəhbəri Fərhad Turanlı “Türk-Osmanlı yazılı mənbələrində XVI–XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” tarix elmlər doktorluğu disertasiyası mövzusunda yazdığı monoqrafiyasını Taras Şevçenko adına Kyiv Milli Universitetinin Xüsusi Elmi Şurasında– tarix yazıcılığı, mənbəşünaslıq və xüsusi tarixi fənlər ixtisası üzrə elmi müdafiə edib. Elmi şuranın iclasında Türkiyədən - Prof.Dr. Mustafa Öztürk, Prof.Dr. Azmi Özcan, Prof.Dr. Yücəl Öztürk, Prof.Dr. Məhmət İnbaşı, Prof.Dr. Orhan Kılıç, o cümlədən Ukrayan alimləri - Prof.Dr. Yaroslav Kalakura, Prof.Dr. Yuriy Koçubey, Prof.Dr. Ludmila Dyaçenko, Prof.Dr. Prof.Dr. İqor Verba, Prof.Dr. İrina Voytsehivska, Prof.Dr. Taras Çuhlib, Prof.Dr. Vitaliy Şerbak, Prof.Dr. Serhiy Kudryaçenko, Prof.Dr. Viktor Kıryukov, Prof.Dr. Marina Palienko, Prof.Dr. Oleq Bubenok, Prof.Dr. Olha Borısova kimi nüfuzlu alimlər iştirak ediblər.

Qeyd edək ki, Fərhad Turanlı 1960-cı ildə Azərbaycanın Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Vasil Stefanik adına İvano-Frankivsk (Urayina) Dövlət Pedagoji İnstitutunun tarix fakultəsini bitirib. 1993-1996 illərdə Prikarpattya Dövlət Unsversitetin aspiranturasında (Ukrayna) “Dünya tarixi” ixtisası üzrə oxuyaraq “Türk mənbələrinə görə XVII y. Ukryana Kazak Dövləti–Kırım Hanlığı–Türk Osmanlı İmperatorluğu münasibətləri” mövzusunda elmi tətqiqat işləri aparmaqala bərabər, 1994-1996-ñı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı Türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət vs. elmləri üzrə xüsusi dərslər keçərək, elmi tətqiqat işlərini Türkiyənin arxiv və kitabxanalarında davam etdirmişdir.

1997-ci ildə Tarix elimləri namizədliyi üzrə elmi dərəcəyə nail olmaq üçün, Ukrayna Milli Elmlər Akademiyasının Mihaylo Hruşevskiy adına Qədim Əlyazmalar və Məmbəşünaslıq institutunun (Kyiv ş.) xüsusi Elmi Şurasında disertasiyasa müdafiə edib. 2003-cü ildə isə həmin institutun doktoranturasını bitirib. 2017-ci il oktyabr ayının12-də də “Türk-Osmanlı yazılı məmbələrində XVI–XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” tarix elmlər doktorluğu disertasiyası mövzusunda yazdığı monoqrafiyası Ukrayna Təhsil və Elm Nazirliyi Taras Şevçenko adına Kyiv Milli Universitetində müdafiə edib. Hazırda, “XVI–XIX yüzillərdə Türk-Osmanlı İmperatorluğu, Ukrayna Kazak Dövləti, Kırım Hanlığı və Şərqi Avropa Dövlətləri arsındaki münasibətlər” mövzusunda elmi tədqiqatını davam etdirir.

Fərhad Turanlı 1997-2000-ci illərdə Prikarpattya Vasil Stefanik Milli Universitetində də elmi-pedagoji fəaliyyət göstərib. 2002-2006-cı illərdə Taras Şevçenko adına Kyiv Milli Universitetinin Filologiya İnstitutunun Türkolgiya kafedrasının dosenti vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərdərərək, bilavasitə bu universitetdə “Türk Enformasyon və Araştırma Mərkəzi”ni qurub. 2006-2007 illərdə Beynəlxalq İdarəçilik Akademiyasının Averroes adına Ukrayna-Ərəb İnstitutunun Beynəlxalq əlaqələr kafedrasının dosenti vəzifəsində işləyib. 2007-ci ildən etibarən və hal-hazırda 1615-ci ildə təsis olunan, o cümlədən Amerika və Aropada tanına “Kyevo-Mohılyanska Akademiya” Milli Universitetinin Humanitar Elmlər Fakultəsinin dosenti vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərir. Eyni zamanda 2011– 2012-ci dərs oliundə İvano Franko L`viv Millli Universitetinin Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012-2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurulan şərqşünaslıq kafedrasının professoru və müdiri vəzifəsində də fəaliyyət göstərir. Türkologiya, İslamşünaslıq, Ukraynaşünaslıq, Beynəlxalq münasibətlər, Politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir.

Fərhad Turanlı bütün bu fəaliyyətlərinə görə “Ukraynada Şərqşünaslıq elminin inkişafında xüsusi əməyinə görə” (2002); “Kyevo Mohılyanska Akademiya” Milli Universitetində şərqşünaslıq elminin inkişafında xüsusi əmyinə görə” (2008) mükafatlarla təltif olunub. Eyni zamanda 2010-cu ildə Ukrayna Dini və Milli münasibətlər Dövlət Komitəsinin, Ukrayna Milli Yazarlar Birliyinin mükafatları ilə də təltif olunub.

Azərbaycan diasporunun fəal üzvlərindən olan Fərhad Turanlı 2001-ci ildə Bakıda keçirilən Dünya azərbaycanlılarının Birinci Qurultayında və bir sıra Beynəlxalq elmi konfranslarda (Ukraynada, Polşada, Türkiyədə, Azərbaycanda, Rumuniyada vs.) iştirak edib. Azərbaycan-Ukrayna (2001), Türkiyə-Ukrayna (2002) münasibətləri mövzusunda ilk konfranslar təşkil edərək kitablar nəşr etdirib. Ukraynada və xarici ölkələrdə nəşr olunan 118 elmi əsərlərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. Ukrayna Azərbaycanlılar Konqresinin və diaspora hərəkatının rəsmi qurucularından və iştirakçılarından biridir.

Ukraynada siyasi fəaliyyətlə də məşğul olan Fərfad Turanlı 2006-2008 illərdə Ukrayna Ali Şurasının (Parlamentinin) millət vəkilləri Gennadiy Udovenkonun, 2014-cü ildə isə Liliya Qırineviçin köməkci və məsləhətçisi olaraq da fəaliyyət göstərmişdir.

Qeyd edək ki, Fərhad Turanlı 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə də təltif olunub.

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo