Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Azərbaycan Jurnalistlərinin VII Qurultayı keçirilib
12.03.18 09:34



ATXƏM sədri İlham İsmayılov yenidən Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib

Martın 10-da Azərbaycan Mətbuat Şurasının 7-ci qurultayı keçirilib. Qurultayda quruma üzv olan 166 təşkilatdan 241 nümayəndə iştirak edib. Tədbirdə çıxış edən Prezidentinin ictimai-siyasi məslələr üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin iştirakçılara müraciətini oxuyub.

{img1}Dövlət başçısı media nümayəndələrinə müraciətində bildirib ki, bu gün ölkədə mətbuatın inkişafı üçün dövlət lazım olan addımları atır, bütün sahələrdə olduğu kimi burda da dövlət dəstəyi həyata keçirilir. “Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Düşünürəm ki, qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycan Kütləvi İnformasiya Vasitələri daha fəal və prinsipal olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir.” – dövlət başçısının müraciətində belə deyilir.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz çıxışında mediaya dövlət dəstəyinin davam edəcəyini vurğulayaraq jurnalistlərin də öz növbəsində dövlətin milli maraqları naminə fəaliyyətini gücləndirməyə çağırıb.

{img2}Mətbuat Şurasının fəaliyyətindən danışan Əli Həsənov qurumun statusu ilə normativlərin qəbulunun zəruri olduğunu deyib.

Qurultayda Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat-məruzə ilə çıxış edib. O qurumun fəaliyyət göstərdiyi 15 il ərzində jurnalistlərlə bağlı məhkəmə işlərinin azaldığını, mediaya dövlət dəstəyinin artdığını qeyd edib. Bu müddətdə medianın iqtisadı durumunun, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını bildirib.

Daha sonra hesabat ətrafında müzakirələr aparılıb. Çıxışlarda reket jurnalistikasına qarşı mübarizənin sərtləşdirilməsi, regionlarda yerli medianın fəaliyyətinə dəstəyin artırılması məsələsi qaldırılıb. Bununla yanaşı xüsusi ilə onlayn mediyaya dəstəyin artırılması təklif olunub.

Qurultayda iştirak edən media rəhbərləri, ziyalılar və ictimayyət nümayəndələri Azərbaycanın mediya sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib. 15 illik fəaliyyət təcrübəsi olan Mətbuat Şurasının bu günə qədər mediya sahəsində gördüyü işləri təqdirəlayiq sayıb.

Sonda Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib.

Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

{img3}Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib və İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb. Onlardan 11-i jurnalist, 7-i ictimaiyyət nümayəndəsi və 5-i internet informasiya resursunun təmsilçisidir.

Şuranın 11 jurnalistdən (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsindən (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) və 5 internet informasiya resursu təmsilçisindən (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) ibarət İdarə Heyəti formalaşıb.

Qeyd edək ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov yenidən ictimayyət nümayəndələri adından Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib.
URL / WWW
http://atxem.az/news/a-15531.html