Axtarış: 
Azərbaycan Jurnalistlərinin VII Qurultayı keçirilib
+  -  Çap 
Yerləşdirilib: 12.03.18 | Baxılıb: 1773
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


ATXƏM sədri İlham İsmayılov yenidən Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib

Martın 10-da Azərbaycan Mətbuat Şurasının 7-ci qurultayı keçirilib. Qurultayda quruma üzv olan 166 təşkilatdan 241 nümayəndə iştirak edib. Tədbirdə çıxış edən Prezidentinin ictimai-siyasi məslələr üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin iştirakçılara müraciətini oxuyub.

Dövlət başçısı media nümayəndələrinə müraciətində bildirib ki, bu gün ölkədə mətbuatın inkişafı üçün dövlət lazım olan addımları atır, bütün sahələrdə olduğu kimi burda da dövlət dəstəyi həyata keçirilir. "Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Düşünürəm ki, qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycan Kütləvi İnformasiya Vasitələri daha fəal və prinsipal olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir." – dövlət başçısının müraciətində belə deyilir.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz çıxışında mediaya dövlət dəstəyinin davam edəcəyini vurğulayaraq jurnalistlərin də öz növbəsində dövlətin milli maraqları naminə fəaliyyətini gücləndirməyə çağırıb.

Mətbuat Şurasının fəaliyyətindən danışan Əli Həsənov qurumun statusu ilə normativlərin qəbulunun zəruri olduğunu deyib.

Qurultayda Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat-məruzə ilə çıxış edib. O qurumun fəaliyyət göstərdiyi 15 il ərzində jurnalistlərlə bağlı məhkəmə işlərinin azaldığını, mediaya dövlət dəstəyinin artdığını qeyd edib. Bu müddətdə medianın iqtisadı durumunun, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını bildirib.

Daha sonra hesabat ətrafında müzakirələr aparılıb. Çıxışlarda reket jurnalistikasına qarşı mübarizənin sərtləşdirilməsi, regionlarda yerli medianın fəaliyyətinə dəstəyin artırılması məsələsi qaldırılıb. Bununla yanaşı xüsusi ilə onlayn mediyaya dəstəyin artırılması təklif olunub.

Qurultayda iştirak edən media rəhbərləri, ziyalılar və ictimayyət nümayəndələri Azərbaycanın mediya sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib. 15 illik fəaliyyət təcrübəsi olan Mətbuat Şurasının bu günə qədər mediya sahəsində gördüyü işləri təqdirəlayiq sayıb.

Sonda Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib.

Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib və İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb. Onlardan 11-i jurnalist, 7-i ictimaiyyət nümayəndəsi və 5-i internet informasiya resursunun təmsilçisidir.

Şuranın 11 jurnalistdən (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsindən (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) və 5 internet informasiya resursu təmsilçisindən (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) ibarət İdarə Heyəti formalaşıb.

Qeyd edək ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov yenidən ictimayyət nümayəndələri adından Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib.

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gecə: +8.. +10dəyişkən buludlu yağmursuz
Səhər: +10.. +12aydn yağmursuz
Gündüz: +13.. +15aydn yağmursuz
Axşam: +8.. +10aydn yağmursuz
Atm. təziyi: 755 μμ
Rütübət: 48 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo