Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Təxribatçıların ölkəmizdə qol-qanad açmasına imkan verməyəcəyik
23.07.18 05:13



Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxs törətdiyi terror hadisəsi ilə Vətənini və dövlətini sevən hər bir azərbaycanlının kəskin qəzəbinə səbəb oldu. Həmin qüvvələrin təsirinə düşən bəzi gənclərin orada iştirakı təəssüf hissi doğurdu. Bəzi xarici qüvvələrin toruna düşən insanların törətdikləri təxribatın qarşısı alınarkən iki polisimiz şəhid oldu, dövlətimiz, millətimiz və qanunun aliliyini qoruyan hər iki şəhid qardaşımıza Allahdan rəhmət diləyir, cinayətkarların qanun qarşısında ağır şəkildə cəzalandırılmasını tələb edirik.

Bu qara qüvvələrin həyata keçirmək istədikləri planların qarşısı Azərbaycanın hüquq- mühafizə orqanları tərəfindən vaxtında alındı, cinayətkarlar zərərsizləşdirildi və bu hadisə ilə bağlı istintaq davam edir. Azərbaycan hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir və onun istiqamətini dəyişdirməyə çalışan, bu haqda düşünən, buna cəhd edən hər bir şəxs ağır şəkildə cəzalandırılmalıdır. Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi olaraq, ictimai asayişin, sabitliyin, inkişafın davam etməsi üçün dövlətimiz və xalqımızla birlik, bərabərlik içərisində olmaqla yanaşı, həm də bu cür radikal, təxribatçı qruplara qarşıyıq, onların bu gözəl ölkəmizdə qol-qanad açmasına imkan verməyəcəyik.

İlham İsmayılov,
Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri


"Xalq qəzeti"
URL / WWW
http://atxem.az/news/a-15543.html