Axtarış: 
Təxribatçıların ölkəmizdə qol-qanad açmasına imkan verməyəcəyik
+  -  Çap 
Yerləşdirilib: 23.07.18 | Baxılıb: 1713
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxs törətdiyi terror hadisəsi ilə Vətənini və dövlətini sevən hər bir azərbaycanlının kəskin qəzəbinə səbəb oldu. Həmin qüvvələrin təsirinə düşən bəzi gənclərin orada iştirakı təəssüf hissi doğurdu. Bəzi xarici qüvvələrin toruna düşən insanların törətdikləri təxribatın qarşısı alınarkən iki polisimiz şəhid oldu, dövlətimiz, millətimiz və qanunun aliliyini qoruyan hər iki şəhid qardaşımıza Allahdan rəhmət diləyir, cinayətkarların qanun qarşısında ağır şəkildə cəzalandırılmasını tələb edirik.

Bu qara qüvvələrin həyata keçirmək istədikləri planların qarşısı Azərbaycanın hüquq- mühafizə orqanları tərəfindən vaxtında alındı, cinayətkarlar zərərsizləşdirildi və bu hadisə ilə bağlı istintaq davam edir. Azərbaycan hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir və onun istiqamətini dəyişdirməyə çalışan, bu haqda düşünən, buna cəhd edən hər bir şəxs ağır şəkildə cəzalandırılmalıdır. Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi olaraq, ictimai asayişin, sabitliyin, inkişafın davam etməsi üçün dövlətimiz və xalqımızla birlik, bərabərlik içərisində olmaqla yanaşı, həm də bu cür radikal, təxribatçı qruplara qarşıyıq, onların bu gözəl ölkəmizdə qol-qanad açmasına imkan verməyəcəyik.

İlham İsmayılov,
Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri


"Xalq qəzeti"

VIDEO
Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı - 26.02.2026
 
 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
 
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj - 12.01.2026
 
Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt - 07.01.2026
 
Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Hə­sənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Mar.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo