Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM sədri İlham İsmayılov: "Bütün türksoylu xalqlar özlərini mənəvi olaraq Türk Şurasında görür"
04.09.18 11:04



Sentyabrın 2-3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü başa çatdı. 2009-cu ildə Naxçıvanda keçirilən 1-ci Zirvə Görüşündə yaradılan TDƏŞ-in ötən bu vaxt ərzində gördüyü fəaliyyəti necə dəyərləndirmək olar.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, Türk Konseyinin yaranmasından bəri ötən hər Zirvə görüşündə biz birliklə bağlı atılan addımların ciddiliyini hiss etməkdəyik. Sevindirici haldır ki, Türk Birliyi ilə bağlı atılan bütün addımlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev əsas təşəbbüskarlardan və dəstək verənlərdəndir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətə başlaması və az bir zaman ərzində ciddi addımlar atması sübut etdi ki, Türk dövlətlərinin ölkə rəhbərləri bu birliyin qurulması üçün yetərincə siyasi iradə nümayiş etdirirlər. Siyasi iradə və iqtisadi dəstəyin olması əsas təməl bazalardır və yalnız bundan sonra səmərəli fəaliyyət göstərmək mümkündür. VI Zirvə görüşündə ən önəmli məsələ Konseyin tərkibinin daha da zənginləşməsi, gözlədiyimiz əsas ölkələrdən olan Özbəkstanın və Macarstanın da bu birlikdə təmsil olunmasıdır. Ümid edirik ki, çox yaxın zamanda Türkmənistan da öz milli soykökünə, tarixinə bağlı olan bu birlikdə əsas aktiv ölkələrdən olacaq.

{img1}İlham ismayılov bildirib ki, Bişkəkdə keçirilən tədbirdə Macarstana Türk Akademiyasında müşahidəçi statusu verilməsi olduqca müsbət addımdır. "Macarstan son illər Türk dövlətləri ilə bağlı əlaqələrin inkişafına xüsusi önəm verir. Bunun əsas səbəbi tarixi köklər, əqrabalıq bağlarıdır. Hər iki ildən bir Macarstan Hun-Türk qurultaylarını təşkil edir, türk soylu xalqlarla münasibətlərini inkişaf etdirir. Hər iki ildən bir biz də bu Qurultaylara qatılırıq. Keçən ay Macarstanda keçirilən Qurultayda Macarstan Parlamentinin vitce-spikeri Şandor Lejak çıxışında bildirdi ki, macarlar Türk qardaşlarını tapana qədər özlərini Avropada yalnız hiss edirdilər. Bu o deməkdir ki, Macarstan Türk Konseyində sadəcə təmsil olunmaq xatirinə gəlmir, həm də ən fəal üzvlərdən biri olacaq". İlham İsmayılov bildirib ki, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun bu tədbirdə iştirakı da alqışlanmalıdı: "Bu Rusiya Federasiyası, eləcə də digər ölkələrin daxilində subyekt halında mövcud olan digər Türk Muxtar dövlətləri üçün də bir təşviq rolu oynayacaqdır. Bütün türk soylu xalqlar özlərini mənəvi olaraq Türk Konseyində görür, bu istək reallaşdırılmalıdı".

İlham İsmayılov bildirib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın birgə Köçəri Mədəniyyəti Mərkəzi yaratması da olduqca vacib məsələdir: "Bu mərkəz Türk dövlətlərini yaxınlaşdıran, birləşdirən əsas qurumlardan biri olacaq. Qeyd edildiyi kimi, Mərkəzin əsas missiyası idman tədbirlərinin təşkili, türk xalqlarının köçəri mədəniyyəti ənənələri ilə bağlı irsinin populyarlaşdırılmasıdır. Bu məsələdə yenə Macarstan örnəyini göstərə bilərik. Macarstanda keçirilən Qurultaylar məhz qədim türk döyüş sənətlərini, ədət-ənənələrini təbliğ edir. Bu da milli ruhun oyanması, gənc nəslin milli ruhda tərbiyə olunması baxımından ən təsirli vasitələrdəndir".

İlham İsmayılov bildirib ki, ümumiyyətlə son bir neçə il ərzində Türk birliyi ilə bağlı mühüm qərarlar qəbul edilib. Türk dövlətlərinin ortaq iqtisadi məkanının yaradılması məsələsi gündəmə gəlib: "İnanıram ki, vahid iqtisadi məkanın yaranması Türk Birliyini reallaşdıran əsaslardan biri olacaqdır. Çünki bir çox Türk dövlətlərinin iqtisadi asılılığı onların Türk dünyasına inteqrasiyasına əngəl olan əsas amildir".
URL / WWW
http://atxem.az/news/a-15549.html