Axtarış: 
ATXƏM sədri İlham İsmayılov: "Bütün türksoylu xalqlar özlərini mənəvi olaraq Türk Şurasında görür"
+  -  Çap 
Yerləşdirilib: 04.09.18 | Baxılıb: 1536
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Sentyabrın 2-3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü başa çatdı. 2009-cu ildə Naxçıvanda keçirilən 1-ci Zirvə Görüşündə yaradılan TDƏŞ-in ötən bu vaxt ərzində gördüyü fəaliyyəti necə dəyərləndirmək olar.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, Türk Konseyinin yaranmasından bəri ötən hər Zirvə görüşündə biz birliklə bağlı atılan addımların ciddiliyini hiss etməkdəyik. Sevindirici haldır ki, Türk Birliyi ilə bağlı atılan bütün addımlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev əsas təşəbbüskarlardan və dəstək verənlərdəndir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətə başlaması və az bir zaman ərzində ciddi addımlar atması sübut etdi ki, Türk dövlətlərinin ölkə rəhbərləri bu birliyin qurulması üçün yetərincə siyasi iradə nümayiş etdirirlər. Siyasi iradə və iqtisadi dəstəyin olması əsas təməl bazalardır və yalnız bundan sonra səmərəli fəaliyyət göstərmək mümkündür. VI Zirvə görüşündə ən önəmli məsələ Konseyin tərkibinin daha da zənginləşməsi, gözlədiyimiz əsas ölkələrdən olan Özbəkstanın və Macarstanın da bu birlikdə təmsil olunmasıdır. Ümid edirik ki, çox yaxın zamanda Türkmənistan da öz milli soykökünə, tarixinə bağlı olan bu birlikdə əsas aktiv ölkələrdən olacaq.

İlham ismayılov bildirib ki, Bişkəkdə keçirilən tədbirdə Macarstana Türk Akademiyasında müşahidəçi statusu verilməsi olduqca müsbət addımdır. "Macarstan son illər Türk dövlətləri ilə bağlı əlaqələrin inkişafına xüsusi önəm verir. Bunun əsas səbəbi tarixi köklər, əqrabalıq bağlarıdır. Hər iki ildən bir Macarstan Hun-Türk qurultaylarını təşkil edir, türk soylu xalqlarla münasibətlərini inkişaf etdirir. Hər iki ildən bir biz də bu Qurultaylara qatılırıq. Keçən ay Macarstanda keçirilən Qurultayda Macarstan Parlamentinin vitce-spikeri Şandor Lejak çıxışında bildirdi ki, macarlar Türk qardaşlarını tapana qədər özlərini Avropada yalnız hiss edirdilər. Bu o deməkdir ki, Macarstan Türk Konseyində sadəcə təmsil olunmaq xatirinə gəlmir, həm də ən fəal üzvlərdən biri olacaq". İlham İsmayılov bildirib ki, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun bu tədbirdə iştirakı da alqışlanmalıdı: "Bu Rusiya Federasiyası, eləcə də digər ölkələrin daxilində subyekt halında mövcud olan digər Türk Muxtar dövlətləri üçün də bir təşviq rolu oynayacaqdır. Bütün türk soylu xalqlar özlərini mənəvi olaraq Türk Konseyində görür, bu istək reallaşdırılmalıdı".

İlham İsmayılov bildirib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın birgə Köçəri Mədəniyyəti Mərkəzi yaratması da olduqca vacib məsələdir: "Bu mərkəz Türk dövlətlərini yaxınlaşdıran, birləşdirən əsas qurumlardan biri olacaq. Qeyd edildiyi kimi, Mərkəzin əsas missiyası idman tədbirlərinin təşkili, türk xalqlarının köçəri mədəniyyəti ənənələri ilə bağlı irsinin populyarlaşdırılmasıdır. Bu məsələdə yenə Macarstan örnəyini göstərə bilərik. Macarstanda keçirilən Qurultaylar məhz qədim türk döyüş sənətlərini, ədət-ənənələrini təbliğ edir. Bu da milli ruhun oyanması, gənc nəslin milli ruhda tərbiyə olunması baxımından ən təsirli vasitələrdəndir".

İlham İsmayılov bildirib ki, ümumiyyətlə son bir neçə il ərzində Türk birliyi ilə bağlı mühüm qərarlar qəbul edilib. Türk dövlətlərinin ortaq iqtisadi məkanının yaradılması məsələsi gündəmə gəlib: "İnanıram ki, vahid iqtisadi məkanın yaranması Türk Birliyini reallaşdıran əsaslardan biri olacaqdır. Çünki bir çox Türk dövlətlərinin iqtisadi asılılığı onların Türk dünyasına inteqrasiyasına əngəl olan əsas amildir".

VIDEO
“Ötən 20 ildə bir çox sahələrdə inkişafa yol açan islahatlar aparılıb” — ATXƏM sədri - 1 Fevral 2024 il
 
 
 
İctimai nəzarət saatında ATXƏM İB sədri İlham İsmayılov və Ləman Ələşrəfqızı LAFTV-də ilə müzakirə
 
Haaqada
 
Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi  - 21.10.2023
 
“Qondarma rejimin rəhbər şəxslərinin həbs olunub Bakıya gətirilməsi böyük məna daşıyır” - 29 sentyabr 2023
 
Azərbaycanda səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri bu gün Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyində olublar. - 14.09.2023
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Mar.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Gecə: +7.. +9dumanlı yağmursuz
Səhər: +7.. +9dumanlı yağmurlar
Gündüz: +7.. +9dumanlı yağmurlar
Axşam: +6.. +8dumanlı yağmursuz
Atm. təziyi: 758
Rütübət: 85 %


free counters

2024 www.atxem.az
Powered by Danneo