Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» “Hədəf” liseyində Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub
29.10.19 06:40
Oktyabrın 28-də “Hədəf” liseyində Türkiyənin “29 Ekim Cümhuriyyət bayramı” münasibətilə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin” və “Hədəf” liseyinin birgə təşkilatçılığı ilə “Cümhuriyyətimiz şagirdlərin gözü ilə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd “29 Ekim Cümhuriyyət bayramı”nın önəmini vurğulamaq, Mustafa Kamal Atatürkün Türkiyə və türk dünyası üçün gördüyü işləri bir daha yada salmaqdır.
{img2}{img1}Tədbirdən öncə iştirakçılar “Hədəf” liseyi ilə yaxından tanış olublar. Məlumat verilib ki, şagirdlərin hərtərəfli inkişafı hədəfini reallaşdırmaq üçün fənn tədrisi və otaqları ilə yanaşı, liseydə müxtəlif dərnəklər, diskussiya klubları, texniki və bədii məşğələlər, idman və sosial fəaliyyət aparılır. Liseydə zəngin tədris və sosial mühiti təmin etmək üçün lazımi şərait yaradılıb.
Açılış nitqi ilə çıxış edən “Hədəf” liseyinin direktoru Şəmil Sadıqov Türkiyə-Azərbaycan münasibətlərindən bəhs edib.
Sonra “Hədəf” liseyi şagirdlərinin hazırladığı “Cümhuriyyətimiz şagirdlərin gözü ilə” bədii bayram proqramı təqdim olunub.
{img3}{img4}Bədii hissədən sonra çıxış edən “Hədəf” liseyinin icraçı direktoru Cahid Hüseynov liseyin qarşısına qoyduğu məqsədlərdən, bu yolda atılan addımlardan danışıb.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov qeyd edib ki, Türkiyə və Azərbaycan tarixin bütün dönəmlərində bir-birinə dəstək olub. Belə tədbirlərin keçirilməsi iki dövlət arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək.
{img6}{img5}Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva qeyd edib ki, ulu öndər Heydər Əliyev cəmiyyətin gələcək tərəqqisinin bir çox cəhətdən gənclərə nəyi və necə öyrətməyimizdən asılı olacağını deyirdi. Bu baxımdan “Hədəf” liseyinin fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan və Türkiyə - bir millət, iki dövlət ideyasını gənclərimizdə aşılamaq çox önəmli bir missiyadır. Lisey bu missiyanın öhdəsindən uğurla gəlir. Çünki bu gün “Hədəf”in şagirdləri bir millət, iki dövlətin nümayəndələri kimi çıxış etdilər.
{img7}{img8}Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov diqqətə çatdırıb ki, xalqların tarixində bayram çoxdur. Ancaq ən yaddaqalan, nəsildən-nəslə ötürülən, qürur mənbəyi olan qazanılan bayramlardır. Onların sırasında Cümhuriyyət bayramı xüsusi önəm daşıyır. Çünki Cümhuriyyət bayramını xalq qazanıb. Xalqın qazandığı bayramları tarixdən bu günə daşımaq, bu gündən sabaha ötürmək onu qazanan xalqın övladlarının borcudur.
Tədbirdə türkiyəli və azərbaycanlı iş adamları, Türkiyə universitetlərindən məzun olan şəxslər, tələbə və şagirdlər iştirak ediblər.
Bakı, 28 oktyabr, AZƏRTAC
URL / WWW
http://atxem.az/news/a-15568.html