Axtarış: 
“Hədəf” liseyində Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub
+  -  Çap 
Yerləşdirilib: 29.10.19 | Baxılıb: 1235
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Oktyabrın 28-də “Hədəf” liseyində Türkiyənin “29 Ekim Cümhuriyyət bayramı” münasibətilə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin” və “Hədəf” liseyinin birgə təşkilatçılığı ilə “Cümhuriyyətimiz şagirdlərin gözü ilə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd “29 Ekim Cümhuriyyət bayramı”nın önəmini vurğulamaq, Mustafa Kamal Atatürkün Türkiyə və türk dünyası üçün gördüyü işləri bir daha yada salmaqdır.

Tədbirdən öncə iştirakçılar “Hədəf” liseyi ilə yaxından tanış olublar. Məlumat verilib ki, şagirdlərin hərtərəfli inkişafı hədəfini reallaşdırmaq üçün fənn tədrisi və otaqları ilə yanaşı, liseydə müxtəlif dərnəklər, diskussiya klubları, texniki və bədii məşğələlər, idman və sosial fəaliyyət aparılır. Liseydə zəngin tədris və sosial mühiti təmin etmək üçün lazımi şərait yaradılıb.

Açılış nitqi ilə çıxış edən “Hədəf” liseyinin direktoru Şəmil Sadıqov Türkiyə-Azərbaycan münasibətlərindən bəhs edib.

Sonra “Hədəf” liseyi şagirdlərinin hazırladığı “Cümhuriyyətimiz şagirdlərin gözü ilə” bədii bayram proqramı təqdim olunub.

Bədii hissədən sonra çıxış edən “Hədəf” liseyinin icraçı direktoru Cahid Hüseynov liseyin qarşısına qoyduğu məqsədlərdən, bu yolda atılan addımlardan danışıb.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov qeyd edib ki, Türkiyə və Azərbaycan tarixin bütün dönəmlərində bir-birinə dəstək olub. Belə tədbirlərin keçirilməsi iki dövlət arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva qeyd edib ki, ulu öndər Heydər Əliyev cəmiyyətin gələcək tərəqqisinin bir çox cəhətdən gənclərə nəyi və necə öyrətməyimizdən asılı olacağını deyirdi. Bu baxımdan “Hədəf” liseyinin fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan və Türkiyə - bir millət, iki dövlət ideyasını gənclərimizdə aşılamaq çox önəmli bir missiyadır. Lisey bu missiyanın öhdəsindən uğurla gəlir. Çünki bu gün “Hədəf”in şagirdləri bir millət, iki dövlətin nümayəndələri kimi çıxış etdilər.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov diqqətə çatdırıb ki, xalqların tarixində bayram çoxdur. Ancaq ən yaddaqalan, nəsildən-nəslə ötürülən, qürur mənbəyi olan qazanılan bayramlardır. Onların sırasında Cümhuriyyət bayramı xüsusi önəm daşıyır. Çünki Cümhuriyyət bayramını xalq qazanıb. Xalqın qazandığı bayramları tarixdən bu günə daşımaq, bu gündən sabaha ötürmək onu qazanan xalqın övladlarının borcudur.

Tədbirdə türkiyəli və azərbaycanlı iş adamları, Türkiyə universitetlərindən məzun olan şəxslər, tələbə və şagirdlər iştirak ediblər.

Bakı, 28 oktyabr, AZƏRTAC

VIDEO
Əsla unutmarıq...unutdurmarıq... - 24 fevral 2017
 
İctimai təşkilat Türkiyəyə yardımda nümunə göstərir  - 08 fev 2023
 
ATXƏM sədri yardım üçün Türkiyə səfirinə müraciət etdi - 06 fev 2023
 
Azərbaycanda 20 Yanvar faciəsi ilə bağlı salınan ilk Şəhidlər Xiyabanı  - 26 Yanvar 2023
 
 Ãëàâíàÿ öåëü - Îòå÷åñòâî! - 06.01.2023
 
“Birmənalı şəkildə biz də sona qədər getməliyik”— ATXƏM sədri - 16 dek 2022
 
 
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« İyun.2023
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Gecə: +19.. +21aydn yağmursuz
Səhər: +22.. +24dumanlı yağmursuz
Gündüz: +23.. +25aydn yağmursuz
Axşam: +21.. +23aydn yağmursuz
Atm. təziyi: 760 ìì
Rütübət: 61 %


free counters

© 2023 www.atxem.az
Powered by Danneo