Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM aztəminatlı ailələrə dəstək göstərib
06.01.21 01:08



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın bəlasına çevrilmiş COVİD-19 pandemiyası ilə bağlı mübarizədə işlətdiyi “Biz birlikdə güclüyük” fikirlərinə ilk səs verən, bu aksiyalara qoşulan qurumlardan biri də ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları oldu.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də (ATXƏM) bu çağrışlara qoşularaq, QHT-lərə Dövlət Dəstəyi Şurasının Real TV ilə başlatmış olduğu “evdə qal” maarifləndirmə aksiyasına qoşuldu, əhali arasında təbliğat işinin aparılmasında fəal iştirak etdi.

{img2}{img1}{img3}
Aprelin 19-da ATXƏM sədri İlham İsmayılovun iştirakı ilə Salyan rayonun Qaraçala, Çadırlı, Bəşirbəyli, Arxarası kəndlərində yaşayan həssas qrup olan yaşlı insanlar ziyarət olundu, onların ayrı-ayrılqda hər birinin xüsusi sağlıq durumları, zəruri ehtiyacları öyrənildi.

Görüşülən el ağsaqqallarının hər biri bu ağır durumdan qurtarmaq üçün dua etdiklərini qeyd edərək, ölkəmizdə geniş tətbiq olunan “evdə qal, cəmiyyəti qoru” aksiyasına da xüsusi əməl etdiklərini bildirdilər.

{img5}{img4}{img6}
Daha sonra adı çəkilən kəndlərdə yerli icra qurumlarının dəstəyi, el ağsaqqallarının məsləhəti ilə kənd inzibati ərazilərində olan aztəminatlı, sosial durumu ağır olan ailələr təsbit olundu. ATXƏM və “Klassik-Aİ” şirkətinin onlar üçün nəzərdə tutduğu ərzaq məhsulları həmin ailələrə təslim olundu.

Kənd sakinləri bu ağır sınaq günlərində xalqımızın paylaşmaq, yardımlaşmaq kimi gözəl adət-ənələrini yaşatdığına görə bütün yardımsevər insanlara təşəkkür etdilər. İnanırıq ki, dünyanın bu ağır durumda olduğu bir vaxtda xalqımızın bu nəcib, gözəl xüsusiyyətləri bütün insanlıq üçün başucalığı olacaqdır. Tanrı verən əllərimizi kəsməsin!

{img8}{img7}


20 aprel 2020
URL / WWW
http://atxem.az/news/a-15582.html