Axtarış: 
ATXƏM aztəminatlı ailələrə dəstək göstərib
+  -  Çap 
Yerləşdirilib: 06.01.21 | Baxılıb: 1502
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın bəlasına çevrilmiş COVİD-19 pandemiyası ilə bağlı mübarizədə işlətdiyi "Biz birlikdə güclüyük" fikirlərinə ilk səs verən, bu aksiyalara qoşulan qurumlardan biri də ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları oldu.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də (ATXƏM) bu çağrışlara qoşularaq, QHT-lərə Dövlət Dəstəyi Şurasının Real TV ilə başlatmış olduğu "evdə qal" maarifləndirmə aksiyasına qoşuldu, əhali arasında təbliğat işinin aparılmasında fəal iştirak etdi.

Aprelin 19-da ATXƏM sədri İlham İsmayılovun iştirakı ilə Salyan rayonun Qaraçala, Çadırlı, Bəşirbəyli, Arxarası kəndlərində yaşayan həssas qrup olan yaşlı insanlar ziyarət olundu, onların ayrı-ayrılqda hər birinin xüsusi sağlıq durumları, zəruri ehtiyacları öyrənildi.

Görüşülən el ağsaqqallarının hər biri bu ağır durumdan qurtarmaq üçün dua etdiklərini qeyd edərək, ölkəmizdə geniş tətbiq olunan "evdə qal, cəmiyyəti qoru" aksiyasına da xüsusi əməl etdiklərini bildirdilər.

Daha sonra adı çəkilən kəndlərdə yerli icra qurumlarının dəstəyi, el ağsaqqallarının məsləhəti ilə kənd inzibati ərazilərində olan aztəminatlı, sosial durumu ağır olan ailələr təsbit olundu. ATXƏM və "Klassik-Aİ" şirkətinin onlar üçün nəzərdə tutduğu ərzaq məhsulları həmin ailələrə təslim olundu.

Kənd sakinləri bu ağır sınaq günlərində xalqımızın paylaşmaq, yardımlaşmaq kimi gözəl adət-ənələrini yaşatdığına görə bütün yardımsevər insanlara təşəkkür etdilər. İnanırıq ki, dünyanın bu ağır durumda olduğu bir vaxtda xalqımızın bu nəcib, gözəl xüsusiyyətləri bütün insanlıq üçün başucalığı olacaqdır. Tanrı verən əllərimizi kəsməsin!



20 aprel 2020

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo