Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İlham İsmayılov: “Media haqqında” yeni qanun bu sahədə bir çox boşluqları tənzimləyəcək”, 21 dekabr 2021
23.12.21 04:25



“Media haqqında” yeni qanun layihəsinin hazırlanması günün tələbi olmaqla yanaşı, həm də bu sahədə olan bir çox boşluqları tənzimləyəcəkdir”.

Bunu Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti İlham İsmayılovun Demokrat.az-a açıqlamasında deyib. O qeyd edib ki, vaxtilə qəbul olunmuş “KİV haqqında” qanun daha çox çap mediasını əhatə etdiyindən, bu gün onlayn media və yeni media subyektlərinin artdığı bir vaxtda bu qanunun qəbulu məqbul sayılmalıdır:

“Ayrı-ayrı bəndlər üzrə bəzi fikir ayrılıqları, anlaşılmazlıqlar olsa da, ümumilikdə qanun bu sahədə beynəlxalq qanunvericiliklə uyğunluq təşkil edir və müsbət dəyərləndirilməlidir. Yeni qanunun 4.1.6. maddəsində media üzərində nəzarət edən dövlət qurumu media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq kimi öhdəlik götürür”.

İlham İsmayılovun sözlərinə görə, bu gün media subyektlərinə həm də bir sahibkarlıq strukturu və bazar münasibətləri ilə tənzimlənən bir sahə olaraq da baxılmalıdır: “Beynəlxalq təcrübələrə baxsaq görərik ki, medianın həm də bu istiqamətdə inkişafına ciddi fikir versək, medianın maliyyə təminatı baxımından daha azad olduğunu fərq edə bilərik. Bunun üçün media subyektlərində azad reklam bazarı formalaşmalıdır və bu rəqabət şəraitində baş verməlidir. Əgər media reklamların hesabına maliyyələşərsə, bu sadəcə media qurumunu təbliğat vasitəsi olmaqdan azad edər, dövlətin yararı üçün araşdırmalara, cəmiyyət üçün faydalı informasiyaların istehsalına təşviq edər. Media subyektlərinin bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyəti jurnalistlərin iqtisadi asılılığını azaltmaqla, onların bəzi siyasi dairələrin, antimilli qüvvələrin təsirinindən də ayırmaq olar”.

AAK-in vitse-prezidenti vurğulayıb ki, yeni qanunun tətbiqi ölkədə bu və ya digər şəkildə var olan reket jurnalistikası və ya şantaj hallarının qarşısının alınmasında da faydalı olmalıdır: “Bunun üçün qanunda göstərilən media savadlılığının artırılması ilə bəndlər yüksək qiymətləndirilməlidir. Daha çox müşahidə edilən hal ondan ibarətdir ki, mediada şantaj və reketçilik təsadüfi olaraq mediaya ayaq açmış şəxslər tərəfindən həyata keçirilir və bu, onların peşə sahəsi yox, daha çox varlanmaq, dolanışıq sahəsi olaraq istifadə olunur. Ümid edirik ki, yeni qanunun tələbləri bu cür şəxslərin media subyektlərindən uzaqlaşmasını da təmin edəcəkdir”.

Aynurə Pənahqızı
Demokrat.az
URL / WWW
http://atxem.az/news/a-15592.html