Axtarış: 
İlham İsmayılov: "Media haqqında" yeni qanun bu sahədə bir çox boşluqları tənzimləyəcək", 21 dekabr 2021
+  -  Çap 
Yerləşdirilib: 23.12.21 | Baxılıb: 1223
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


"Media haqqında" yeni qanun layihəsinin hazırlanması günün tələbi olmaqla yanaşı, həm də bu sahədə olan bir çox boşluqları tənzimləyəcəkdir".

Bunu Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti İlham İsmayılovun Demokrat.az-a açıqlamasında deyib. O qeyd edib ki, vaxtilə qəbul olunmuş "KİV haqqında" qanun daha çox çap mediasını əhatə etdiyindən, bu gün onlayn media və yeni media subyektlərinin artdığı bir vaxtda bu qanunun qəbulu məqbul sayılmalıdır:

"Ayrı-ayrı bəndlər üzrə bəzi fikir ayrılıqları, anlaşılmazlıqlar olsa da, ümumilikdə qanun bu sahədə beynəlxalq qanunvericiliklə uyğunluq təşkil edir və müsbət dəyərləndirilməlidir. Yeni qanunun 4.1.6. maddəsində media üzərində nəzarət edən dövlət qurumu media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq kimi öhdəlik götürür".

İlham İsmayılovun sözlərinə görə, bu gün media subyektlərinə həm də bir sahibkarlıq strukturu və bazar münasibətləri ilə tənzimlənən bir sahə olaraq da baxılmalıdır: "Beynəlxalq təcrübələrə baxsaq görərik ki, medianın həm də bu istiqamətdə inkişafına ciddi fikir versək, medianın maliyyə təminatı baxımından daha azad olduğunu fərq edə bilərik. Bunun üçün media subyektlərində azad reklam bazarı formalaşmalıdır və bu rəqabət şəraitində baş verməlidir. Əgər media reklamların hesabına maliyyələşərsə, bu sadəcə media qurumunu təbliğat vasitəsi olmaqdan azad edər, dövlətin yararı üçün araşdırmalara, cəmiyyət üçün faydalı informasiyaların istehsalına təşviq edər. Media subyektlərinin bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyəti jurnalistlərin iqtisadi asılılığını azaltmaqla, onların bəzi siyasi dairələrin, antimilli qüvvələrin təsirinindən də ayırmaq olar".

AAK-in vitse-prezidenti vurğulayıb ki, yeni qanunun tətbiqi ölkədə bu və ya digər şəkildə var olan reket jurnalistikası və ya şantaj hallarının qarşısının alınmasında da faydalı olmalıdır: "Bunun üçün qanunda göstərilən media savadlılığının artırılması ilə bəndlər yüksək qiymətləndirilməlidir. Daha çox müşahidə edilən hal ondan ibarətdir ki, mediada şantaj və reketçilik təsadüfi olaraq mediaya ayaq açmış şəxslər tərəfindən həyata keçirilir və bu, onların peşə sahəsi yox, daha çox varlanmaq, dolanışıq sahəsi olaraq istifadə olunur. Ümid edirik ki, yeni qanunun tələbləri bu cür şəxslərin media subyektlərindən uzaqlaşmasını da təmin edəcəkdir".

Aynurə Pənahqızı
Demokrat.az

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo