Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Belçikada Avropada yaşayan azərbaycanlı icma nümayəndələri Xocalı qurbanlarını yad etdilər - 26 fevral 2022 il
27.02.22 20:47
Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Azərbaycanın Belçikadakı səfirliyində Avropada yaşayan azərbaycanlı icma nümayəndələri ilə görüş baş tutub.
Demokrat.az
xəbər verir ki, görüşdə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov, Azərbaycanın Belçikadakı səfirliyi, NATO yanında Nümayəndəliyinin əməkdaşları, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Finlandiya Azərbaycan Assosiasiyasının həmsədri Arzu Muradlı, "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənli və digər qonaqlar iştirak edib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının və canlarını Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən səfir Vaqif Sadıqov Xocalı soyqırımının dəhşətli nəticələrindən, günahsız insanlara qarşı törədilən soyqırımının bəşəriyyət əleyhinə qanlı cinayət olmasından danışıb, səfirliyin fəaliyyət istiqamətləri, Belçika-Azərbaycan arasındakı münasibətlər barədə məlumat verib, azərbaycanlı icmanın Belçika və Lüksemburqdakı fəaliyyətindən söhbət açıb.
Səfir Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, bu soyqırımının Azərbaycan xalqının tarixində ən ağır və dəhşətli qara səhifə olduğunu qeyd edib, 44 günlük Vətən müharibəsinin nəticəsində 2020-ci ilin noyabr ayında Azərbaycan xalqının tarixi torpaqlarını geri qaytararaq Zəfər əldə etdiyini bildirib, hazırda orada gedən irimiqyaslı bərpa işlərindən danışıb.
ATXƏM sədri İlham İsmayılov isə bildirib ki, bu il Xocalı qurbanlarının xatirəsini əvvəlki illərdən fərqli olaraq qalib xalq kimi yad edirik.
Azərbaycanın qalib dövlət olduğunu vurğulayan İlham İsmayılov qeyd edib ki, xaricdəki diasporumuz nə qədər güclü olarsa, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması da bir o qədər asan olacaq.
{img2}{img1}ATXƏM sədri dövlətlə diaspora təşkilatlarının daha koordinasiyalı şəkildə çalışmasını vacib sayıb.
Tədbirdə çıxış edən AAK sədri Sahil Qasımov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Finlandiya Azərbaycan Assosiasiyasının həmsədri Arzu Muradlı, Brüsseldə yaşayan azərbaycanlı iş adamı Ədalət Quliyev və digər qonaqlar görüşün təşkilinə görə səfir Vaqif Sadıqova təşəkkür ediblər.
{img4}{img3}Daha sonra tədbir iştirakçıları Azərbaycanın Belçika Krallığındakı səfirliyinin binası ilə tanış olublar.
{img5}
{img6}
{img7}
{img8}
{img9}
{img10}
{img11}
{img12}
{img12}
{img14}
{img15}
Demokrat.az
URL / WWW
http://atxem.az/news/a-15599.html