Axtarış: 
Belçikada Avropada yaşayan azərbaycanlı icma nümayəndələri Xocalı qurbanlarını yad etdilər - 26 fevral 2022 il
+  -  Çap 
Yerləşdirilib: 27.02.22 | Baxılıb: 1255
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Azərbaycanın Belçikadakı səfirliyində Avropada yaşayan azərbaycanlı icma nümayəndələri ilə görüş baş tutub.

Demokrat.az xəbər verir ki, görüşdə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov, Azərbaycanın Belçikadakı səfirliyi, NATO yanında Nümayəndəliyinin əməkdaşları, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Finlandiya Azərbaycan Assosiasiyasının həmsədri Arzu Muradlı, "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənli və digər qonaqlar iştirak edib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının və canlarını Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən səfir Vaqif Sadıqov Xocalı soyqırımının dəhşətli nəticələrindən, günahsız insanlara qarşı törədilən soyqırımının bəşəriyyət əleyhinə qanlı cinayət olmasından danışıb, səfirliyin fəaliyyət istiqamətləri, Belçika-Azərbaycan arasındakı münasibətlər barədə məlumat verib, azərbaycanlı icmanın Belçika və Lüksemburqdakı fəaliyyətindən söhbət açıb.

Səfir Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, bu soyqırımının Azərbaycan xalqının tarixində ən ağır və dəhşətli qara səhifə olduğunu qeyd edib, 44 günlük Vətən müharibəsinin nəticəsində 2020-ci ilin noyabr ayında Azərbaycan xalqının tarixi torpaqlarını geri qaytararaq Zəfər əldə etdiyini bildirib, hazırda orada gedən irimiqyaslı bərpa işlərindən danışıb.

ATXƏM sədri İlham İsmayılov isə bildirib ki, bu il Xocalı qurbanlarının xatirəsini əvvəlki illərdən fərqli olaraq qalib xalq kimi yad edirik.

Azərbaycanın qalib dövlət olduğunu vurğulayan İlham İsmayılov qeyd edib ki, xaricdəki diasporumuz nə qədər güclü olarsa, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması da bir o qədər asan olacaq.

ATXƏM sədri dövlətlə diaspora təşkilatlarının daha koordinasiyalı şəkildə çalışmasını vacib sayıb.

Tədbirdə çıxış edən AAK sədri Sahil Qasımov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Finlandiya Azərbaycan Assosiasiyasının həmsədri Arzu Muradlı, Brüsseldə yaşayan azərbaycanlı iş adamı Ədalət Quliyev və digər qonaqlar görüşün təşkilinə görə səfir Vaqif Sadıqova təşəkkür ediblər.

Daha sonra tədbir iştirakçıları Azərbaycanın Belçika Krallığındakı səfirliyinin binası ilə tanış olublar.











Demokrat.az

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo