Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » “Birmənalı şəkildə biz də sona qədər getməliyik”— ATXƏM sədri - 16 dek 2022
27.02.23 05:31



“44 günlük Vətən müharibəsində Azərbaycan həm diplomatik, həm siyasi, həm hərbi mənada öz sözünü dedi. Hesab edirəm ki, artıq ictimaiyyət də öz sözünü deməli idi. Çünki 30 il işğal altında olan torpaqlarımızı işğaldan azad etdik və indi isə öz sərvətimizə sahib çıxmalıyıq”.

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov LAF TV-nin efirində çıxışı zamanı deyib.

ATXƏM sədri əlavə edib ki, Xankəndi-Şuşa yolunda keçirilən aksiyada gənclər üstünlük təşkil edir:

“Təbii ki, aksiyada gənclərin iştirak etməsi çox mühümdür. Bəzi müxalif partiyada olan şəxslər belə fikir irəli sürürlər ki, gənclərin orada olması düzgün deyil. Artıq 5 gündür ki, bu aksiya davam edir. Təbii ki, bunun nəticəsində Rusiya prezidenti cənab İlham Əliyevə zəng etdi və öz narahatlığını ifadə etdi. Düzdür, minalar səbəbindən bir çox insan ora üz tuta bilmir və məhdud sayda vətəndaşlarımız orada iştirak edir. Ancaq hər kəsin ürəyi oradadır. Hətta, neçə könüllü insan ora getmək istəyir”.

Onun sözlərinə görə, bütün dünyada qaydalar var və bu cür aksiyaların keçirilməsi normaldır:

“Bütün dünyada aksiyalarla bağlı qəbul olunmuş qaydalar var. Yəni, bütün dünyada bu cür kütləvi aksiyalar keçirirlər. Ümumiyyətlə, susmaqla və durmaqla heç bir şeyə nail olmaq olmaz! Sizə bir faktı qeyd edim ki, orada Volkov heş kimdir və Kremldən ancaq təlimat gözləyir. Təbii ki, sülhməramlıların ora azərbaycanlıları buraxmamasının bir neçə səbəbi var. Bunlardan ən başlıcası isə Azərbaycan sərvətlərinin talan edilməsidir. Əgər orada qızıl yatağı və digər mühüm yataqlar varsa, sözsüz ki, həmin yataqlarda talançılıq prosesi həyata keçirilməkdədir. Sizə bir mühüm faktı qeyd edim. Bilirsiniz ki, hələ 90-cı ilin əvvəlində Horadiz bir neçə gün işğal altında qalmışdı və sonradan bizimkilər oranı azad etdilər. Orada pambıq təmizləmə zavodu var idi. İnanın ki, ermənilər 2-3 gün müddətində onu dağıtmışdılar. Mən həmin əraziyə gedəsi oldum. Orada elektrik motorları, əlvan metallar var idi. Siz təsəvvür edin ki, 2-3 günə hamısı sökülüb, qoz qabığı kimi açıq qalmışdı. Həmin 2-3 gün müddətində hətta İrandan gələn iş adamları onları söküb, həmin əlvan metalları talayıb apardılar. Yəni, üzdə olanlar bunlar idi. Burada sadə bir məntiq var. Əgər orada qızıl yatağı, mis və bəzi yataqlar varsa, demək ki, 30 ildə bunu istismar edib daşıyıblar”.

İ.İsmayılov regionda təxribatların olacağını istisna etmədiyini vurğulayıb:

“Həm dövlət qurumlarımız, həm də hüquq-mühafizə orqanlarımız o səviyyədədir ki, onlar istənilən təxribatın qarşısını ala bilərlər. Ermənilərin bütün vasitələrə əl atacağı da istisna deyil. Yəni, işlərinə yarımayan ermənini öldürüb, yaxud da başqa birisini öldürüb bizim üstümüzə ata bilərlər. Belə şeyləri biz çox görmüşük, erməni xislətindədir. Amma, bu, o demək deyil ki, biz qorxmalıyıq. Biz diplomatik güzəştlər, etikalar, normalar hamısını görmüşük. Yeganə təmannasız ölkə Türkiyə olub. Bunların hər biri təmənnasının dərin-dərin məqsədləri var. Ona görə bütün bunlardan sonra nəsə gözləməyin xeyiri yoxdur. Sadəcə olaraq, hərəyə öz yerini göstərmək lazımdır. Artıq bu dostluq da deyil! Bunu rus ictimaiyyəti də, dövləti də, hətta orada duran əsgərlər də bilir. Səs ucaldıcı qoymaq sülhməramlının işi deyil. Hər bir qurumun əsasnaməsi var və bu əsasnaməyə uyğun hərəkət etməlidir. Əgər onlar monitorinqin aparılmasına icazə vermirsə, birmənalı şəkildə biz də sona qədər getməliyik”.

demokrat.az
URL / WWW
http://atxem.az/news/a-15612.html