Axtarış: 
"Birmənalı şəkildə biz də sona qədər getməliyik" - ATXƏM sədri
+  -  Çap 
Yerləşdirilib: 27.02.23 | Baxılıb: 763
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


"44 günlük Vətən müharibəsində Azərbaycan həm diplomatik, həm siyasi, həm hərbi mənada öz sözünü dedi. Hesab edirəm ki, artıq ictimaiyyət də öz sözünü deməli idi. Çünki 30 il işğal altında olan torpaqlarımızı işğaldan azad etdik və indi isə öz sərvətimizə sahib çıxmalıyıq".

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov LAF TV-nin efirində çıxışı zamanı deyib.

ATXƏM sədri əlavə edib ki, Xankəndi-Şuşa yolunda keçirilən aksiyada gənclər üstünlük təşkil edir:

"Təbii ki, aksiyada gənclərin iştirak etməsi çox mühümdür. Bəzi müxalif partiyada olan şəxslər belə fikir irəli sürürlər ki, gənclərin orada olması düzgün deyil. Artıq 5 gündür ki, bu aksiya davam edir. Təbii ki, bunun nəticəsində Rusiya prezidenti cənab İlham Əliyevə zəng etdi və öz narahatlığını ifadə etdi. Düzdür, minalar səbəbindən bir çox insan ora üz tuta bilmir və məhdud sayda vətəndaşlarımız orada iştirak edir. Ancaq hər kəsin ürəyi oradadır. Hətta, neçə könüllü insan ora getmək istəyir".

Onun sözlərinə görə, bütün dünyada qaydalar var və bu cür aksiyaların keçirilməsi normaldır:

"Bütün dünyada aksiyalarla bağlı qəbul olunmuş qaydalar var. Yəni, bütün dünyada bu cür kütləvi aksiyalar keçirirlər. Ümumiyyətlə, susmaqla və durmaqla heç bir şeyə nail olmaq olmaz! Sizə bir faktı qeyd edim ki, orada Volkov heş kimdir və Kremldən ancaq təlimat gözləyir. Təbii ki, sülhməramlıların ora azərbaycanlıları buraxmamasının bir neçə səbəbi var. Bunlardan ən başlıcası isə Azərbaycan sərvətlərinin talan edilməsidir. Əgər orada qızıl yatağı və digər mühüm yataqlar varsa, sözsüz ki, həmin yataqlarda talançılıq prosesi həyata keçirilməkdədir. Sizə bir mühüm faktı qeyd edim. Bilirsiniz ki, hələ 90-cı ilin əvvəlində Horadiz bir neçə gün işğal altında qalmışdı və sonradan bizimkilər oranı azad etdilər. Orada pambıq təmizləmə zavodu var idi. İnanın ki, ermənilər 2-3 gün müddətində onu dağıtmışdılar. Mən həmin əraziyə gedəsi oldum. Orada elektrik motorları, əlvan metallar var idi. Siz təsəvvür edin ki, 2-3 günə hamısı sökülüb, qoz qabığı kimi açıq qalmışdı. Həmin 2-3 gün müddətində hətta İrandan gələn iş adamları onları söküb, həmin əlvan metalları talayıb apardılar. Yəni, üzdə olanlar bunlar idi. Burada sadə bir məntiq var. Əgər orada qızıl yatağı, mis və bəzi yataqlar varsa, demək ki, 30 ildə bunu istismar edib daşıyıblar".

İ.İsmayılov regionda təxribatların olacağını istisna etmədiyini vurğulayıb:

"Həm dövlət qurumlarımız, həm də hüquq-mühafizə orqanlarımız o səviyyədədir ki, onlar istənilən təxribatın qarşısını ala bilərlər. Ermənilərin bütün vasitələrə əl atacağı da istisna deyil. Yəni, işlərinə yarımayan ermənini öldürüb, yaxud da başqa birisini öldürüb bizim üstümüzə ata bilərlər. Belə şeyləri biz çox görmüşük, erməni xislətindədir. Amma, bu, o demək deyil ki, biz qorxmalıyıq. Biz diplomatik güzəştlər, etikalar, normalar hamısını görmüşük. Yeganə təmannasız ölkə Türkiyə olub. Bunların hər biri təmənnasının dərin-dərin məqsədləri var. Ona görə bütün bunlardan sonra nəsə gözləməyin xeyiri yoxdur. Sadəcə olaraq, hərəyə öz yerini göstərmək lazımdır. Artıq bu dostluq da deyil! Bunu rus ictimaiyyəti də, dövləti də, hətta orada duran əsgərlər də bilir. Səs ucaldıcı qoymaq sülhməramlının işi deyil. Hər bir qurumun əsasnaməsi var və bu əsasnaməyə uyğun hərəkət etməlidir. Əgər onlar monitorinqin aparılmasına icazə vermirsə, birmənalı şəkildə biz də sona qədər getməliyik".

demokrat.az

VIDEO
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
Türk dünyasının mədəni-humanitar inteqrasiyası üçün yol xəritəsi - 30.06.2026
 
Füzuli və Şuşadan verilən həmrəylik mesajları - 24.06.2026
 
Şuşa Bəyannaməsi: Türk dünyasının inteqrasiyasına töhfə verən tarixi sənəd - 12.06.2026
 
WUF13 Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin təqdimatı baxımından əhəmiyyətli idi - 24.05.2026
 
Heydər Əliyevin türk dünyasının inteqrasiyasında əvəzsiz xidmətləri - 09.05.2026
 
Türkçülük Günü Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb edir - 01.05.2026
 
Kiyev-Bakı əməkdaşlığı, mövcud durum və perspektiv imkanlar - 27.04.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo