Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Qərbi Azərbaycan İcmasında QHT rəhbərləri ilə görüş keçirilib - 31.07.2023
01.08.23 13:55



Qərbi Azərbaycan İcmasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qərbi Azərbaycan məsələsi ilə bağlı qrant müsabiqəsinin qalibi olan QHT rəhbərləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının yol xəritəsini cızdı. Qayıdış Konsepsiyası Qərbi Azərbaycan İcması tərəfindən hazırlanıb, təsdiq edildikdən qısa müddət sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycanla bağlı qrant müsabiqəsi elan etdi. {img2}{img1}

İcma sədri deyib ki, qrant müsabiqəsində qalib gəlmiş Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə bügünki görüşdə Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında QHT-lərin fəaliyyətinin, qrant layihələrinin icrasında Qərbi Azərbaycan İcmasının roluna dair müzakirələrin aparılması prioritet məsələdir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirdi ki, bu agentliyin Qərbi Azərbaycan İcmasında İcma rəhbərliyi ilə ikinci görüşüdür. İcraçı direktor bildirdi ki, Qərbi Azərbaycanla bağlı qrant müsabiqəsi 3 ay çəkib. Müsabiqədə 134 layihə arasından 24 layihə qalib seçilib. Qaliblərə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ümumilikdə 485 min 500 manat vəsait ayrılıb. Aygun Əliyeva qalib gəlmiş layihələrə Qərbi Azərbaycan İcması tərəfindən metodiki dəstək göstərilməsinin əhəmiyyətini vurğulayıb. {img3}

Müzakirələrdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Məhluqə Rəhimova, Azərbaycan Kinematoqrafçılar İttifaqının nümayəndəsi Füzuli Sabiroğlu, Tərəfsiz Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər. Görüşün sonunda Əziz Ələkbərli və Ayğun Əliyeva səsləndirilən təklif və fikirlərə münasibət bildiriblər.

Daha sonra QHT nümayəndələri Qərbi Azərbaycan İcmasının binası ilə tanış olublar.
URL / WWW
http://atxem.az/news/a-15628.html