Axtarış: 
Qərbi Azərbaycan İcmasında QHT rəhbərləri ilə görüş keçirilib - 31.07.2023
+  -  Çap 
Yerləşdirilib: 01.08.23 | Baxılıb: 844
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Qərbi Azərbaycan İcmasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qərbi Azərbaycan məsələsi ilə bağlı qrant müsabiqəsinin qalibi olan QHT rəhbərləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının yol xəritəsini cızdı. Qayıdış Konsepsiyası Qərbi Azərbaycan İcması tərəfindən hazırlanıb, təsdiq edildikdən qısa müddət sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycanla bağlı qrant müsabiqəsi elan etdi.


İcma sədri deyib ki, qrant müsabiqəsində qalib gəlmiş Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə bügünki görüşdə Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında QHT-lərin fəaliyyətinin, qrant layihələrinin icrasında Qərbi Azərbaycan İcmasının roluna dair müzakirələrin aparılması prioritet məsələdir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirdi ki, bu agentliyin Qərbi Azərbaycan İcmasında İcma rəhbərliyi ilə ikinci görüşüdür. İcraçı direktor bildirdi ki, Qərbi Azərbaycanla bağlı qrant müsabiqəsi 3 ay çəkib. Müsabiqədə 134 layihə arasından 24 layihə qalib seçilib. Qaliblərə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ümumilikdə 485 min 500 manat vəsait ayrılıb. Aygun Əliyeva qalib gəlmiş layihələrə Qərbi Azərbaycan İcması tərəfindən metodiki dəstək göstərilməsinin əhəmiyyətini vurğulayıb.


Müzakirələrdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Məhluqə Rəhimova, Azərbaycan Kinematoqrafçılar İttifaqının nümayəndəsi Füzuli Sabiroğlu, Tərəfsiz Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər. Görüşün sonunda Əziz Ələkbərli və Ayğun Əliyeva səsləndirilən təklif və fikirlərə münasibət bildiriblər.

Daha sonra QHT nümayəndələri Qərbi Azərbaycan İcmasının binası ilə tanış olublar.

VIDEO
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
Türk dünyasının mədəni-humanitar inteqrasiyası üçün yol xəritəsi - 30.06.2026
 
Füzuli və Şuşadan verilən həmrəylik mesajları - 24.06.2026
 
Şuşa Bəyannaməsi: Türk dünyasının inteqrasiyasına töhfə verən tarixi sənəd - 12.06.2026
 
WUF13 Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin təqdimatı baxımından əhəmiyyətli idi - 24.05.2026
 
Heydər Əliyevin türk dünyasının inteqrasiyasında əvəzsiz xidmətləri - 09.05.2026
 
Türkçülük Günü Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb edir - 01.05.2026
 
Kiyev-Bakı əməkdaşlığı, mövcud durum və perspektiv imkanlar - 27.04.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo