Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İlham İsmayılov: “Xaçaturyanın aqibətini Zori Balayan da yaşamalıdır” - 01.08.2023
01.08.23 11:05



“Azərbaycanlılara qarşı qətliamlarda iştirak edən yüzlərlə erməni terrorçusu gizlənə biləcəyini zənn edir. Vaqif Xaçaturyanın həbsi onlar üçün bir presedent olmalıdır ki, cinayətkarlar bilsinlər ki, zaman keçsə də, mütləq öz cəzalarını alacaqlar”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfinin beynəlxalq axtarışa verdiyi 300 nəfərdən çox şəxs dinc əhaliyə qarşı qəddarlıq etmiş , kütləvi qətllər və soyğunlar törətmiş şəxslərdir:

“Biz beynəlxalq aləmdə də müşahidə etmişik ki, törədilmiş soyqırımlarda, kütləvi qətllərdə iştirak edən şəxslər ən ağır formada cəzalandırılır. Otuz il çox uzaq tarix deyil, qətliamlarda işgəncə görən şahidlərin çoxu bu gün yaşayır. Bundan əlavə Baş Prokurorluqda bu cinayətkarlarla bağlı geniş faktlar mövcuddur. Bu terrorçuları beynəlxalq aləmdə də kimsə müdafiə edə bilməz. Azərbaycan qanunlarında bu cür cinayətlərlə bağlı ən ağır cəzalar mövcuddur.

İnanırıq ki, Xaçaturyan və onun kimi qatillər də ali qanunlarımızla mühakimə olunub ən ağır cəzanı alacaqlar”.

İlham İsmayılov deyib ki, Vaqif Xaçaturyanın qızı atasının tutulmasına etiraz edəndə onu ermənilər üçün bir simvol olaraq xarakterizə edirdi:

“Bəli, Vaqif Xaçaturyan kimi, Samvel Babayan kimi qatillər, terrorçular erməni cəmiyyətində, xüsusilə gənclər arasında bir simvol kimi qəbul olunur. Çünki, bu dövlətin təməli terror və qətliamlar üzərində qurulub. İki yüz ildir ki, bu xalq terrorla bəslənir, beyinləri bu cür zəhərlənir. Lakin həmvətənlərimizə qarşı qəddarlıq törətmiş hər bir erməni bilməlidir ki, gec-tez Azərbaycan qanunları onların da başını əzəcək, xalqımızın mühakiməsilə üzləşəcəklər. Hətta inanıram ki, bu cür mühakimələr erməni gənclərini Azərbaycan xalqına qarşı zorakılıq, soyqırımı törətməyə təhrik edən, buna səsləyən Zori Balayanlara qarşı da olacaq”.

Törə Zeynallı

Demokrat.az
URL / WWW
http://atxem.az/news/a-15629.html