Axtarış: 
İlham İsmayılov: "Xaçaturyanın aqibətini Zori Balayan da yaşamalıdır" - 01.08.2023
+  -  Çap 
Yerləşdirilib: 01.08.23 | Baxılıb: 681
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


"Azərbaycanlılara qarşı qətliamlarda iştirak edən yüzlərlə erməni terrorçusu gizlənə biləcəyini zənn edir. Vaqif Xaçaturyanın həbsi onlar üçün bir presedent olmalıdır ki, cinayətkarlar bilsinlər ki, zaman keçsə də, mütləq öz cəzalarını alacaqlar".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfinin beynəlxalq axtarışa verdiyi 300 nəfərdən çox şəxs dinc əhaliyə qarşı qəddarlıq etmiş , kütləvi qətllər və soyğunlar törətmiş şəxslərdir:

"Biz beynəlxalq aləmdə də müşahidə etmişik ki, törədilmiş soyqırımlarda, kütləvi qətllərdə iştirak edən şəxslər ən ağır formada cəzalandırılır. Otuz il çox uzaq tarix deyil, qətliamlarda işgəncə görən şahidlərin çoxu bu gün yaşayır. Bundan əlavə Baş Prokurorluqda bu cinayətkarlarla bağlı geniş faktlar mövcuddur. Bu terrorçuları beynəlxalq aləmdə də kimsə müdafiə edə bilməz. Azərbaycan qanunlarında bu cür cinayətlərlə bağlı ən ağır cəzalar mövcuddur.

İnanırıq ki, Xaçaturyan və onun kimi qatillər də ali qanunlarımızla mühakimə olunub ən ağır cəzanı alacaqlar".

İlham İsmayılov deyib ki, Vaqif Xaçaturyanın qızı atasının tutulmasına etiraz edəndə onu ermənilər üçün bir simvol olaraq xarakterizə edirdi:

"Bəli, Vaqif Xaçaturyan kimi, Samvel Babayan kimi qatillər, terrorçular erməni cəmiyyətində, xüsusilə gənclər arasında bir simvol kimi qəbul olunur. Çünki, bu dövlətin təməli terror və qətliamlar üzərində qurulub. İki yüz ildir ki, bu xalq terrorla bəslənir, beyinləri bu cür zəhərlənir. Lakin həmvətənlərimizə qarşı qəddarlıq törətmiş hər bir erməni bilməlidir ki, gec-tez Azərbaycan qanunları onların da başını əzəcək, xalqımızın mühakiməsilə üzləşəcəklər. Hətta inanıram ki, bu cür mühakimələr erməni gənclərini Azərbaycan xalqına qarşı zorakılıq, soyqırımı törətməyə təhrik edən, buna səsləyən Zori Balayanlara qarşı da olacaq".

Törə Zeynallı

Demokrat.az

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Axşam: +1.. +3dumanlı qar
Gecə: +1.. +3dumanlı yağmursuz
Səhər: +1.. +3dumanlı yağmursuz
Gündüz: +3.. +5dəyişkən buludlu yağmursuz
Atm. təziyi: 769 μμ
Rütübət: 78 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo