Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» “Qondarma rejimin rəhbər şəxslərinin həbs olunub Bakıya gətirilməsi böyük məna daşıyır” - 29 sentyabr 2023
01.10.23 07:41
Azərbaycanın Qarabağ bölgəsində özünü “Respublika” adlandıran seperatçı qondarma qurum dünən özlərinin ləğvini elan etdilər. Separatçıların yeni “rəhbər”i Samvel Şahramanyan bununla bağlı “sərəncam” da imzalayıb.
Bu sərancama əsasən 2024-cü ilin yanvarın 1-nə qədər bütün dövlət təşkilatları və müəssisələri buraxılır və “Dağlıq Qarabağ Respublikası” öz mövcudluğunu dayandırır. Lakin bu sərancamda eyni zamanda bildirilir ki, Qarabağ əhalisi, o cümlədən “respublika”dan kənarda olan sakinlər “sərəncam” qüvvəyə mindikdən sonra gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə də tanış ola bilərlər.
Sərancamı şərh edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib ki, bu qurumun özü və “rəhbəri” legitim olmadığı kimi onun imzaladığı sərancam da əhəmiyyətsiz və mənasızdır:
“Sadəcə ermənilər bir daha Dəmir yumruğun zəhmini öz üzərlərində gördükdən, Azərbaycan silahlı qüvvələrini Xocalı, Ağdərə, Xankəndində görəndən, çox ağır məğlubiyyətə uğradıqdan sonra buna məcbur qaldılar. Halbuki, Azərbaycanın sərt tələbləri qarşısında cəmi bir ay əvvəl heç nəyə məhəl qoymadan qondarma qruma “prezident seçkiləri” keçirdilər. Lakin onlar unutdular ki, Azərbaycan bu problemi 2020-ci ildə Ermənistanın kapitulyasiyasını ehtiva edən üçtərəfli bəyanata imza atdırmaqla həll etmişdi, sadəcə beynəlxalq rəyləri və humaniz prinsiplərinə sadiqliyini göstərməklə problemin sülh yolu ilə həllində israr edirdi. Görünür ermənilər Azərbaycanın bu humanizm siyasətini düzgün anlamırdılar. Buna görə də öz cəzalarını almalı oldular. Onlar artıq Qarabağı tərk edirlər. Lakin Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq ictimayyət qarşısında açıq şəkildə ifadə edib ki, bizim ərazilərimizdə qalan və vətəndaşlığımızı qəbul edən etnik ermənilər bütün vətəndaşlarımız kimi bərabər hüquqa malik olacaqlar. Təbii ki, bu ermənilərin seçimi olacaq, amma mühadidələrimiz göstərir ki, ermənilərin böyük əksəriyyəti hələ də ermənilərin yalan təbliğatının qurbanına çevrilirlər. Çünki, dinc şəkildə Qarabağı tərk etsələr də, artıq Ermənistan rəsmilərindən bu köçü etnik təmizləmə də adlandırmağa başlayıblar”.
İlham İsmayılov Azərbaycan ərazilərində soyqırım törətmiş, Azərbaycan xalqına qarşı qətliamlar törətmiş erməni əsilli şəxslərin Azərbaycan tərəfindən saxlanmasına da münasibət bildirib.
O qeyd edib ki, Bu gün erməni teleqram kanallarının yaydığı məlumata görə, Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan da Qarabağdan Ermənistana gedərkən həbs olunub:
“Xüsusilə, Xocalı soyqırımı və digər ərazilərimizdə qətliam törətmiş, Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərmiş şəxslərin həbs olunub Bakıya gətirilməsi ermənilərə psixoloji olaraq, çox böyük məğlubiyyət aşılayır. Özünü qondarma rejimin “dövlət naziri” elan etmiş Ruben Vardanyanın həbsi bu baxımdan böyük məna daşıyır. Rəsmi milyoner olaraq bilinən və dünyadakı erməni lobbisi tərəfindən dəstəklənən bir şəxsin bu cür həbsi göstərdi ki, rəsmi Bakı heç kimin xahiş və minnətini nə qəbul edəcək, nə də onların göz yaşına baxacaq. Azərbaycan ərazisində dövlətin konstitusyon qurluşunu dəyişməyə qalxan, onun ərazisində etnik münaqişələri qızışdırıb, qətliamlar törədən hər bir şəxs çox ciddi cəzalanacaqdır. Ümumilikdə bu cür şəxslərin sayı üç yüzdən çoxdur və inanıram ki, ən qısa zamanda bu qatillərin hər biri Azərbaycanın ədalət məhkəmələrində yarğılanacaqlar”.
Demokrat.az
URL / WWW
http://atxem.az/news/a-15631.html