Axtarış: 
“Qondarma rejimin rəhbər şəxslərinin həbs olunub Bakıya gətirilməsi böyük məna daşıyır” - 29 sentyabr 2023
+  -  Çap 
Yerləşdirilib: 01.10.23 | Baxılıb: 315
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycanın Qarabağ bölgəsində özünü “Respublika” adlandıran seperatçı qondarma qurum dünən özlərinin ləğvini elan etdilər. Separatçıların yeni “rəhbər”i Samvel Şahramanyan bununla bağlı “sərəncam” da imzalayıb.

Bu sərancama əsasən 2024-cü ilin yanvarın 1-nə qədər bütün dövlət təşkilatları və müəssisələri buraxılır və “Dağlıq Qarabağ Respublikası” öz mövcudluğunu dayandırır. Lakin bu sərancamda eyni zamanda bildirilir ki, Qarabağ əhalisi, o cümlədən “respublika”dan kənarda olan sakinlər “sərəncam” qüvvəyə mindikdən sonra gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə də tanış ola bilərlər.


Sərancamı şərh edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib ki, bu qurumun özü və “rəhbəri” legitim olmadığı kimi onun imzaladığı sərancam da əhəmiyyətsiz və mənasızdır: “Sadəcə ermənilər bir daha Dəmir yumruğun zəhmini öz üzərlərində gördükdən, Azərbaycan silahlı qüvvələrini Xocalı, Ağdərə, Xankəndində görəndən, çox ağır məğlubiyyətə uğradıqdan sonra buna məcbur qaldılar. Halbuki, Azərbaycanın sərt tələbləri qarşısında cəmi bir ay əvvəl heç nəyə məhəl qoymadan qondarma qruma “prezident seçkiləri” keçirdilər. Lakin onlar unutdular ki, Azərbaycan bu problemi 2020-ci ildə Ermənistanın kapitulyasiyasını ehtiva edən üçtərəfli bəyanata imza atdırmaqla həll etmişdi, sadəcə beynəlxalq rəyləri və humaniz prinsiplərinə sadiqliyini göstərməklə problemin sülh yolu ilə həllində israr edirdi. Görünür ermənilər Azərbaycanın bu humanizm siyasətini düzgün anlamırdılar. Buna görə də öz cəzalarını almalı oldular. Onlar artıq Qarabağı tərk edirlər. Lakin Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq ictimayyət qarşısında açıq şəkildə ifadə edib ki, bizim ərazilərimizdə qalan və vətəndaşlığımızı qəbul edən etnik ermənilər bütün vətəndaşlarımız kimi bərabər hüquqa malik olacaqlar. Təbii ki, bu ermənilərin seçimi olacaq, amma mühadidələrimiz göstərir ki, ermənilərin böyük əksəriyyəti hələ də ermənilərin yalan təbliğatının qurbanına çevrilirlər. Çünki, dinc şəkildə Qarabağı tərk etsələr də, artıq Ermənistan rəsmilərindən bu köçü etnik təmizləmə də adlandırmağa başlayıblar”.

İlham İsmayılov Azərbaycan ərazilərində soyqırım törətmiş, Azərbaycan xalqına qarşı qətliamlar törətmiş erməni əsilli şəxslərin Azərbaycan tərəfindən saxlanmasına da münasibət bildirib.


O qeyd edib ki, Bu gün erməni teleqram kanallarının yaydığı məlumata görə, Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan da Qarabağdan Ermənistana gedərkən həbs olunub:“Xüsusilə, Xocalı soyqırımı və digər ərazilərimizdə qətliam törətmiş, Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərmiş şəxslərin həbs olunub Bakıya gətirilməsi ermənilərə psixoloji olaraq, çox böyük məğlubiyyət aşılayır. Özünü qondarma rejimin “dövlət naziri” elan etmiş Ruben Vardanyanın həbsi bu baxımdan böyük məna daşıyır. Rəsmi milyoner olaraq bilinən və dünyadakı erməni lobbisi tərəfindən dəstəklənən bir şəxsin bu cür həbsi göstərdi ki, rəsmi Bakı heç kimin xahiş və minnətini nə qəbul edəcək, nə də onların göz yaşına baxacaq. Azərbaycan ərazisində dövlətin konstitusyon qurluşunu dəyişməyə qalxan, onun ərazisində etnik münaqişələri qızışdırıb, qətliamlar törədən hər bir şəxs çox ciddi cəzalanacaqdır. Ümumilikdə bu cür şəxslərin sayı üç yüzdən çoxdur və inanıram ki, ən qısa zamanda bu qatillərin hər biri Azərbaycanın ədalət məhkəmələrində yarğılanacaqlar”.

Demokrat.az

VIDEO
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
Xeyirxah tənha qalmaz... - 15.07.2024
 
 El bir olsa,zərbi kərən sındırar. Atalar sözü. - 14.07.2024
 
 
Yuxularımın şəhəri. - 12.07.2024
 
40-cı qap - 11.04.2024
 
Ümidlər doğrulur - 09.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

İyul.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Gecə: +25.. +27dəyişkən buludlu yağmursuz
Səhər: +28.. +30dəyişkən buludlu yağmursuz
Gündüz: +27.. +29dəyişkən buludlu yağmursuz
Axşam: +24.. +26buludlu yağmursuz
Atm. təziyi: 755
Rütübət: 60 %


free counters

2024 www.atxem.az
Powered by Danneo