Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Gözün kökü saralanda. İlaham Surxay oğlu İsmayılova açıq məktub. - 06.07.2024
07.07.24 01:42



Salam,əzizim İlham. Tanrı sənə həssas,zərif,kövrək,geniş bir ürək bağışlamışdır. Sən bu torpağı Tanrı sevdası ilə sevən kişilərin səcərəsindən-el ağsaqqalı Cəlil babandan,təşkilaçılıq qabiliyyəti ilə hər kəsə nümunə olan Surxay kişidən həyat dərsi aldığın üçün-Mənim Vətənim!,Mənim Azərbaycamım!-deyib qürrələnmək haqqı olan kişilərdənsən.

Üç rəngli bayrağımızı qəlbində vüqarla dalğalandırmaqdan zövq alırsan. Bu duyğular səssizcə,haysız-küysüz sənin baxışlarına hopub,damarlarından axır. Həyatı,insanları bu qədər dərindən sevən,səmanı aydın,günəş parlaq,gülləri ətirli,insanları kamil görmək istəyi sənin ən müqəddəs könül arzularındandır. Ona görə də,bu gün yer üzünü müharibə alovları ilə yandırmaq istəyən,nüvə partlayışları ilə ərşi külə döndərmək niyyətində olan canilərə qarşı çıxıb,Azərbaycanımızın,bütün bəşəriyyətin taleyi üçün narahatlıq keçirən müdrik insanların sırasında durursan. Bütün Türkdilli xalqların dərdlərinə məlhəm qoymaq,onların birliyinə nail olmaq sənin böyük amalındır,sənin mübarizəndir. Məhz bu mübarizənin nəticəsidir ki,yaratmış olduğun Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi(ATXƏM) qısa vaxt ərzində bütün Türk Dünyasında ad-san qazandı,bu təşkilat ətrafında türk dünyasının ən böyük aydınları cəm olundu. Dünya binnət olandan Allahın bizə nəsib etdiyi sərvətlərə,tükənməz bərəkətlər dəfinəsi olan yurdumuza həsəd aparanlar,torpaqlarımıza göz dikənlər çox olub. Millətimizin təfəkkür ensiklopediyası olan “Avesta”da olduğu kimi bu gün də xeyirlə şərin mübarizəsi davam etməkdədir. Şərin simvoluna çevrilmiş Əhrimənin xələfləri kimi ermənilər bu gün də öz bəd əməlləri ilə yurdumuzu bölməyə çalışır,öz şər və böhdanları bəzən öz içimizdə də görməkdəyik. Sənin apardığın mübarizə də həmin şərə qarşıdır. Bu missiya sənin boynuna biçildiyinə görədir ki,el-obanın xeyir-şərində hər zaman xalqın yanında olursan. El-oba ona qiymət qoyan öz oğlunu da qiymətləndirməyi bacarır,onu həmişə yüksək kürsülərdə görmək istəyir.

Bir ziyalı kimi deyə bilərəm ki,millətin dərd-sərini həll etməyi bacaran,zəkası,ağlı ilə xalqa yol göstərən insanlar bu gün milli məclisdə oturmalıdırlar. Bu istək təkcə mənim deyil,bütün xalqın arzusu,istəyidir. Xalqın vəkili olan hər bir kəs xalq yolunda ömrünü şam kimi əritməlidir. Sən xalq yolunda ömrünü,sərvətini xərcləyən nadir kişilərdənsən. Başqa cür də ola bilməzdi. Çünki sənin mayan torpağa,elə-obaya,Vətənə məhəbbətlə yoğrulub.

İndi çox həssas məqamdır. Bu dünyada hər şeyin öz qiyməti var. Daha doğrusu,insanlar hər şeyə qiymət verir,onu qiymətləndirə bilir. Amma insanın özünü qiymətləndirməsi,öz qiymətini bilməsi daha da vacibdir. İnsan öz daxilindən gələn vicdanının səsinə qulaq asmalı,özü-özünə qiymət verməlidir. Sən öz qiymətini bilən kişisən. Atalarımız “elin gözü tərəzidir”-deyiblər. Sən el-obanın gözündə həmişə tərəzinin ağır gözündə olubsan. Çünki el-obanın gözündə həmişə “dağdan ağır”görünübsən. İndi Parlamentə seçkilər vaxtıdır. Bütün xalq kimi Salyan seçiciləri də onları Milli Məclisdə təmsil etməyi belə ağır kişilərə həvalə etməyi istəyir. Çünki sən seçki ərəfəsində öz yalan vədləriylə xalqın heysiyatı ilə oynayan yox,millət vəkili olmadan belə xalqın vəkilliyini edən bir kişisən. Buna görədir ki,bütün el-oba, Salyan seçki dairəsinin bütün seçiciləri sənə xeyir-dua verir,sənin millət vəkili seçilmən üçün elliklə səfərbər olduğumuzun ərz edirik.

Bütün dualarımız və səsimiz səninlədir!

Hörmətlə: Hacı Cəfər Cəfərli.
URL / WWW
http://atxem.az/news/a-15653.html