Axtarış: 
Gözün kökü saralanda. İlaham Surxay oğlu İsmayılova açıq məktub. - 06.07.2024
+  -  Çap 
Yerləşdirilib: 07.07.24 | Baxılıb: 346
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Salam,əzizim İlham. Tanrı sənə həssas,zərif,kövrək,geniş bir ürək bağışlamışdır. Sən bu torpağı Tanrı sevdası ilə sevən kişilərin səcərəsindən-el ağsaqqalı Cəlil babandan,təşkilaçılıq qabiliyyəti ilə hər kəsə nümunə olan Surxay kişidən həyat dərsi aldığın üçün-Mənim Vətənim!,Mənim Azərbaycamım!-deyib qürrələnmək haqqı olan kişilərdənsən.

Üç rəngli bayrağımızı qəlbində vüqarla dalğalandırmaqdan zövq alırsan. Bu duyğular səssizcə,haysız-küysüz sənin baxışlarına hopub,damarlarından axır. Həyatı,insanları bu qədər dərindən sevən,səmanı aydın,günəş parlaq,gülləri ətirli,insanları kamil görmək istəyi sənin ən müqəddəs könül arzularındandır. Ona görə də,bu gün yer üzünü müharibə alovları ilə yandırmaq istəyən,nüvə partlayışları ilə ərşi külə döndərmək niyyətində olan canilərə qarşı çıxıb,Azərbaycanımızın,bütün bəşəriyyətin taleyi üçün narahatlıq keçirən müdrik insanların sırasında durursan. Bütün Türkdilli xalqların dərdlərinə məlhəm qoymaq,onların birliyinə nail olmaq sənin böyük amalındır,sənin mübarizəndir. Məhz bu mübarizənin nəticəsidir ki,yaratmış olduğun Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi(ATXƏM) qısa vaxt ərzində bütün Türk Dünyasında ad-san qazandı,bu təşkilat ətrafında türk dünyasının ən böyük aydınları cəm olundu. Dünya binnət olandan Allahın bizə nəsib etdiyi sərvətlərə,tükənməz bərəkətlər dəfinəsi olan yurdumuza həsəd aparanlar,torpaqlarımıza göz dikənlər çox olub. Millətimizin təfəkkür ensiklopediyası olan "Avesta"da olduğu kimi bu gün də xeyirlə şərin mübarizəsi davam etməkdədir. Şərin simvoluna çevrilmiş Əhrimənin xələfləri kimi ermənilər bu gün də öz bəd əməlləri ilə yurdumuzu bölməyə çalışır,öz şər və böhdanları bəzən öz içimizdə də görməkdəyik. Sənin apardığın mübarizə də həmin şərə qarşıdır. Bu missiya sənin boynuna biçildiyinə görədir ki,el-obanın xeyir-şərində hər zaman xalqın yanında olursan. El-oba ona qiymət qoyan öz oğlunu da qiymətləndirməyi bacarır,onu həmişə yüksək kürsülərdə görmək istəyir.

Bir ziyalı kimi deyə bilərəm ki,millətin dərd-sərini həll etməyi bacaran,zəkası,ağlı ilə xalqa yol göstərən insanlar bu gün milli məclisdə oturmalıdırlar. Bu istək təkcə mənim deyil,bütün xalqın arzusu,istəyidir. Xalqın vəkili olan hər bir kəs xalq yolunda ömrünü şam kimi əritməlidir. Sən xalq yolunda ömrünü,sərvətini xərcləyən nadir kişilərdənsən. Başqa cür də ola bilməzdi. Çünki sənin mayan torpağa,elə-obaya,Vətənə məhəbbətlə yoğrulub.

İndi çox həssas məqamdır. Bu dünyada hər şeyin öz qiyməti var. Daha doğrusu,insanlar hər şeyə qiymət verir,onu qiymətləndirə bilir. Amma insanın özünü qiymətləndirməsi,öz qiymətini bilməsi daha da vacibdir. İnsan öz daxilindən gələn vicdanının səsinə qulaq asmalı,özü-özünə qiymət verməlidir. Sən öz qiymətini bilən kişisən. Atalarımız "elin gözü tərəzidir"-deyiblər. Sən el-obanın gözündə həmişə tərəzinin ağır gözündə olubsan. Çünki el-obanın gözündə həmişə "dağdan ağır"görünübsən. İndi Parlamentə seçkilər vaxtıdır. Bütün xalq kimi Salyan seçiciləri də onları Milli Məclisdə təmsil etməyi belə ağır kişilərə həvalə etməyi istəyir. Çünki sən seçki ərəfəsində öz yalan vədləriylə xalqın heysiyatı ilə oynayan yox,millət vəkili olmadan belə xalqın vəkilliyini edən bir kişisən. Buna görədir ki,bütün el-oba, Salyan seçki dairəsinin bütün seçiciləri sənə xeyir-dua verir,sənin millət vəkili seçilmən üçün elliklə səfərbər olduğumuzun ərz edirik.

Bütün dualarımız və səsimiz səninlədir!

Hörmətlə: Hacı Cəfər Cəfərli.

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Noy.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Gündüz: +14.. +16dumanlı yağmursuz
Axşam: +12.. +14dumanlı yağmursuz
Gecə: +12.. +14dumanlı yağmursuz
Səhər: +15.. +17dumanlı yağmursuz
Atm. təziyi: 770 ́́
Rütübət: 76 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo