Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
07.08.24 05:18



Xəbər verdiyimiz kimi, Bakıda "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Korrupsiya ilə mübarizəyə ictimai dəstək" layihəsi çərçivəsində yekun tədbir keçirilib. Layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə ictimaiyyətin geniş dəstəyini qazanmaqdır. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərləri, Quba və Xaçmaz rayonlarında maarifləndirici tədbirlər keçirilib.

{img2}{img1}Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində QHT-lərin rolunun önəmli olduğunu deyib:

"Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı irəli sürdüyü fikirlər vətəndaş cəmiyyətində, QHT-lər və media qarşısında yeni vəzifələr qoyub. Məhz buna görə də biz bu gün artıq ictimai nəzarətin gücləndirilməsi və bununla da korrupsiyaya qarşı mübarizənin düzgün istiqamətdə aparılmasını təmin etmək üçün dövlət qurumları ilə tərəfdaş olaraq birgə fəaliyyət göstərməliyik. Korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparılsa da, bu məsələdə vətəndaşlarla sıx təmasda fəaliyyət göstərən QHT-lərin də üzərinə böyük məsuliyyət düşür".

ATXƏM sədri ictimai nəzarətlə bağlı sosial institutlar və ictimai nəzarət mexanizmlərinin yaradılmasını vacib hesab edir:

"{img3}{img4}Biz də artıq uzun müddətdir ki, ölkəmizdə mövcud olan sosial problemlərin həlli üçün tədbirlərin, islahatların keçirilməsi ilə bağlı, QHT-lərin təşəbbüsü ilə İctimai Nəzarət Mərkəzini yaratmışıq və mən İdarə Heyətinin üzvüyəm. Mətbuatda və sosial mediada dəfələrlə cənab Prezidentin korrupsiyaya qarşı mübarizədə çağırışlarına qoşulmuşuq. Lakin bu vaxta qədər aşkar olunan nöqsanların aradan qaldırılması üçün qarşı tərəfdən adekvat addımlar atılmayıb. Baxmayaraq ki, uzun zamandır sosial mediada bu məsələlər müzakirə olunur, lakin təəssüf ki, hələ də bu istiqamətdə qənaətbəxş nəticələr əldə olunmayıb.

Bu səbəbdən, yaxşı olardı ki, ictimai nəzarətlə bağlı sosial institutlar və ictimai nəzarət mexanizmləri yaradılsın. Bundan əlavə, QHT-lərin media ilə əlaqəli işləməsi və dialoq platformasının yaradılması da müsbət nəticələr verə bilər.

{img5}{img6}Həmçinin, 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarımızda hal-hazırda gedən bərpa və quruculuq işlərində də tender məsələsinin xüsusi nəzarətdə saxlanılması korrupsiyaya ilə mübarizədə aktual məsələlərdəndir".

Törə Zeynallı

Demokrat.az
URL / WWW
http://atxem.az/news/a-15664.html