Axtarış: 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
+  -  Çap 
Yerləşdirilib: 07.08.24 | Baxılıb: 512
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Xəbər verdiyimiz kimi, Bakıda "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Korrupsiya ilə mübarizəyə ictimai dəstək" layihəsi çərçivəsində yekun tədbir keçirilib. Layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə ictimaiyyətin geniş dəstəyini qazanmaqdır. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərləri, Quba və Xaçmaz rayonlarında maarifləndirici tədbirlər keçirilib.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində QHT-lərin rolunun önəmli olduğunu deyib:

"Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı irəli sürdüyü fikirlər vətəndaş cəmiyyətində, QHT-lər və media qarşısında yeni vəzifələr qoyub. Məhz buna görə də biz bu gün artıq ictimai nəzarətin gücləndirilməsi və bununla da korrupsiyaya qarşı mübarizənin düzgün istiqamətdə aparılmasını təmin etmək üçün dövlət qurumları ilə tərəfdaş olaraq birgə fəaliyyət göstərməliyik. Korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparılsa da, bu məsələdə vətəndaşlarla sıx təmasda fəaliyyət göstərən QHT-lərin də üzərinə böyük məsuliyyət düşür".

ATXƏM sədri ictimai nəzarətlə bağlı sosial institutlar və ictimai nəzarət mexanizmlərinin yaradılmasını vacib hesab edir:

"
Biz də artıq uzun müddətdir ki, ölkəmizdə mövcud olan sosial problemlərin həlli üçün tədbirlərin, islahatların keçirilməsi ilə bağlı, QHT-lərin təşəbbüsü ilə İctimai Nəzarət Mərkəzini yaratmışıq və mən İdarə Heyətinin üzvüyəm. Mətbuatda və sosial mediada dəfələrlə cənab Prezidentin korrupsiyaya qarşı mübarizədə çağırışlarına qoşulmuşuq. Lakin bu vaxta qədər aşkar olunan nöqsanların aradan qaldırılması üçün qarşı tərəfdən adekvat addımlar atılmayıb. Baxmayaraq ki, uzun zamandır sosial mediada bu məsələlər müzakirə olunur, lakin təəssüf ki, hələ də bu istiqamətdə qənaətbəxş nəticələr əldə olunmayıb.

Bu səbəbdən, yaxşı olardı ki, ictimai nəzarətlə bağlı sosial institutlar və ictimai nəzarət mexanizmləri yaradılsın. Bundan əlavə, QHT-lərin media ilə əlaqəli işləməsi və dialoq platformasının yaradılması da müsbət nəticələr verə bilər.

Həmçinin, 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarımızda hal-hazırda gedən bərpa və quruculuq işlərində də tender məsələsinin xüsusi nəzarətdə saxlanılması korrupsiyaya ilə mübarizədə aktual məsələlərdəndir".

Törə Zeynallı

Demokrat.az

VIDEO
<br><br><b>LAFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə</b>
 
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Apr.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo