Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Şamaxıda "QHT-lərin V İnkişaf və Mübadilə Proqramı" keçirilmişdir- 19.08.2024
19.08.24 07:13



5-17 avqust 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Şamaxı şəhərində 100-ə yaxın QHT nümayəndələrinin qatıldığı "QHT-lərin V İnkişaf və Mübadilə Proqramı" keçirilmişdir.

Proqramın təşkil olunmasında məqsəd QHT sektorunda layihələrin peşəkarlıqla hazırlanması, idarə edilməsi və uğurla başa çatdırılması üçün iştirakçılara zəruri olan bilik və təcrübələri aşılamaqdır.

{img2}{img1}Tədbiri giriş sözü ilə AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva açaraq, Proqram iştirakçılarına təlimin keçirilməsində uğurlar arzulamışdır. Proqramda "Layihələrin hazırlanması və icra mərhələləri", 'Layihənin məqsəd və vəzifələrinin müəyyən edilməsi, " Layihə tərəfdaşlarının, hədəf qruplarının və benefisiarlarının təyin edilməsi, onların gözləntiləri və problemin müəyyən edilməsi istiqamətində praktik təhlilinin aparılması" mövzuları üzrə təlim aparılmışdır. İştirakçılar asudə vaxtda Şamaxının rayonunun Dəmirçi kəndindəki Arxeologiya muzeyini, daha sonra N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət etmişlər və maraqlı əyləncəli proqramlarda birlikdə vaxt keçirmişlər.

{img4}{img3}Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İB, QHT sektorunda mühüm əhəmiyyət kəsb edən belə bir möhtəşəm Proqramın təşkilinə görə AR Prezident Administrasiyasına, AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, Milli QHT Forumunun əməkdaşlarına təşəkkür edir və Vətəndaş Cəmiyyətinin inkişafında fəaliyyətlərində uğurlar arzulayır.

ATXƏM İB-nin
Mətbuat Xidməti
URL / WWW
http://atxem.az/news/a-15665.html