Axtarış: 
Şamaxıda "QHT-lərin V İnkişaf və Mübadilə Proqramı" keçirilmişdir- 19.08.2024
+  -  Çap 
Yerləşdirilib: 19.08.24 | Baxılıb: 651
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


5-17 avqust 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Şamaxı şəhərində 100-ə yaxın QHT nümayəndələrinin qatıldığı "QHT-lərin V İnkişaf və Mübadilə Proqramı" keçirilmişdir.

Proqramın təşkil olunmasında məqsəd QHT sektorunda layihələrin peşəkarlıqla hazırlanması, idarə edilməsi və uğurla başa çatdırılması üçün iştirakçılara zəruri olan bilik və təcrübələri aşılamaqdır.

Tədbiri giriş sözü ilə AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva açaraq, Proqram iştirakçılarına təlimin keçirilməsində uğurlar arzulamışdır. Proqramda "Layihələrin hazırlanması və icra mərhələləri", 'Layihənin məqsəd və vəzifələrinin müəyyən edilməsi, " Layihə tərəfdaşlarının, hədəf qruplarının və benefisiarlarının təyin edilməsi, onların gözləntiləri və problemin müəyyən edilməsi istiqamətində praktik təhlilinin aparılması" mövzuları üzrə təlim aparılmışdır. İştirakçılar asudə vaxtda Şamaxının rayonunun Dəmirçi kəndindəki Arxeologiya muzeyini, daha sonra N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət etmişlər və maraqlı əyləncəli proqramlarda birlikdə vaxt keçirmişlər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İB, QHT sektorunda mühüm əhəmiyyət kəsb edən belə bir möhtəşəm Proqramın təşkilinə görə AR Prezident Administrasiyasına, AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, Milli QHT Forumunun əməkdaşlarına təşəkkür edir və Vətəndaş Cəmiyyətinin inkişafında fəaliyyətlərində uğurlar arzulayır.

ATXƏM İB-nin
Mətbuat Xidməti

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo