Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Azərbaycan D-8 təşkilatının üzvü seçildi - 19 dekabr 2024 il
20.12.24 11:36



Azərbaycanın D-8 təşkilatına üzv olması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq müstəvidə qazandığı nüfuzunun göstəricisidir.

19 dekabr 2024-cü il müstəqil dövlətimizin tarixində əlamətdar hadisə kimi yadda qalacaq. Misirin paytaxtı Qahirədə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti keçirilmişdir. D-8, həmçinin “İslam Səkkizliyi” kimi tanınır və 1997-ci ildən bəri beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində vacib bir platformadır.

Təşkilatın üzvü olan ölkələr üç qitəni əhatə edir və ümumi daxili məhsulları (ÜDM) 4 trilyon ABŞ dollarını keçir. Üzv ölkələrin ticarət dövriyyəsi 130 milyard dolları aşır, əhalisinin sayı isə dünya müsəlmanlarının 60%-ni təşkil edir. İlk dəfə olaraq, D-8 təşkilatının sıralarının genişləndirilməsi qərara alındı və Azərbaycan Respublikası yekdilliklə təşkilatın üzvü seçildi.

Bu da öz növbəsində Azərbaycan hökumətinin müstəqillik dövründə, xüsusilə xarici siyasətində nail olduğu uğurlarla, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti və qəhrəman xalqımızın igidliyi və şücaəti sayəsində qazandığımız Zəfərlə, Qafqaz regionunda sülhə nail olunması ilə bağlıdır. Artıq Azərbaycan dünyada multikultural və tolerant məkan olaraq mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal bir ölkəyə çevrilmişdir.

Türk Dövlətləri Birliyinin yaranmasının əsas təşəbbüsçüsü və təşkilatçılarından olan Azərbaycanın belə bir beynəlxalq təşkilata üzv olması, digər İslam dövlətlərinin də Azərbaycanı nüfuzlu bir tərəfdaş ölkə kimi görməklərinin nəticəsidir.

ATXƏM İB-nin sədri
İlham İsmayılov
URL / WWW
http://atxem.az/news/a-15671.html