Axtarış: 
Azərbaycan D-8 təşkilatının üzvü seçildi - 19 dekabr 2024 il
+  -  Çap 
Yerləşdirilib: 20.12.24 | Baxılıb: 640
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycanın D-8 təşkilatına üzv olması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq müstəvidə qazandığı nüfuzunun göstəricisidir.

19 dekabr 2024-cü il müstəqil dövlətimizin tarixində əlamətdar hadisə kimi yadda qalacaq. Misirin paytaxtı Qahirədə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti keçirilmişdir. D-8, həmçinin "İslam Səkkizliyi" kimi tanınır və 1997-ci ildən bəri beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində vacib bir platformadır.

Təşkilatın üzvü olan ölkələr üç qitəni əhatə edir və ümumi daxili məhsulları (ÜDM) 4 trilyon ABŞ dollarını keçir. Üzv ölkələrin ticarət dövriyyəsi 130 milyard dolları aşır, əhalisinin sayı isə dünya müsəlmanlarının 60%-ni təşkil edir. İlk dəfə olaraq, D-8 təşkilatının sıralarının genişləndirilməsi qərara alındı və Azərbaycan Respublikası yekdilliklə təşkilatın üzvü seçildi.

Bu da öz növbəsində Azərbaycan hökumətinin müstəqillik dövründə, xüsusilə xarici siyasətində nail olduğu uğurlarla, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti və qəhrəman xalqımızın igidliyi və şücaəti sayəsində qazandığımız Zəfərlə, Qafqaz regionunda sülhə nail olunması ilə bağlıdır. Artıq Azərbaycan dünyada multikultural və tolerant məkan olaraq mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal bir ölkəyə çevrilmişdir.

Türk Dövlətləri Birliyinin yaranmasının əsas təşəbbüsçüsü və təşkilatçılarından olan Azərbaycanın belə bir beynəlxalq təşkilata üzv olması, digər İslam dövlətlərinin də Azərbaycanı nüfuzlu bir tərəfdaş ölkə kimi görməklərinin nəticəsidir.

ATXƏM İB-nin sədri
İlham İsmayılov

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo