Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib - 28.07.2026
07.09.26 08:20
Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Dövlət Siyasətinin həyata keçirilməsində Qeyri-Hökumət təşkilatlarının rolu adlı tədbir keçirilmişdir.
{img1}Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının rəhbərliyi, rayon təşkilatının əməkdaşları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri, ictimai fəallar iştirak ediblər.
Tədbiri Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev açaraq, dövlətimiz tərəfindən vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqət və qayğıdan, onların fəaliyyəti üçün əlverişli şərait yaradılmasından, ictimai təşəbbüslərinin dəstəklənməsindən danışıb.
{img2}{img3}aha sonra çıxışlarda qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələri ilə daim əməkdaşlıq etməyi mühüm hesab edir. Belə görüşlər, ictimaiyyətdə yaranan aktual məsələlərin müzakirəsi, yeni təşəbbüslərin irəli sürülməsi və gələcəkdə birgə əməkdaşlığın daha sıx davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
{img4}ATXƏM İB-nin sədri İlham İsmayılov çıxış edərək bildirdi ki, ölkənin əsas aparıcı siyası qüvvəsi olan YAP ilə QHT-lərin belə dəyirmi masalar, müzakirələr təşkil etməsinin xüsusi əhəmiyyəti vardır. Vətəndaş cəmiyyətində rastlaşdığı, xüsusən də şəhərsalma ilə bağlı neqativ halların aradan qaldırılması yollarından danışdı. Konsruktiv formada müzakirələr aparılaraq YAP və digər təşkilatlar vasitəsilə müvafiq qurumlar qarşısında məsələlər qaldırılmasının vacib olduğunu qeyd etdi. 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin sahibkarlarla görüşündəki çıxışından bəhs edərək, ölkədə inkişafa mane olan problemlərin aradan qaldırılması üçün müvafiq addımların atılmasının, məmur özbaşınalığının, yersiz müdaxilələrin qarşısının alınmasının, sahibkarların fəaliyyətinə mane olan problemlər haqqında qərarlar qəbul edilməsinin önəmli olduğunu vurğuladı. İ.İsmayılov toplantı iştirakçılarının nəzərinə çatdırdı ki, belə müzakirələrin aparılması bir çox məsələlərin həll edilməsində müəyyən qurumlara mesaj kimi ötürülməsi üçün böyük əhəmiyyət kəsb edir.
{img6}{img5}Qeyri-hökumət təşkilatlarının nümayəndələri də çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Tədbir qarşılıqlı fikir mübadiləsi və xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.
ATXƏM İB-nin
Mətbuat Xidməti
URL / WWW
http://atxem.az/news/a-15747.html