Axtarış: 
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib - 28.07.2026
+  -  Çap 
Yerləşdirilib: 07.09.26 | Baxılıb: 59
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Dövlət Siyasətinin həyata keçirilməsində Qeyri-Hökumət təşkilatlarının rolu adlı tədbir keçirilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının rəhbərliyi, rayon təşkilatının əməkdaşları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri, ictimai fəallar iştirak ediblər.

Tədbiri Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev açaraq, dövlətimiz tərəfindən vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqət və qayğıdan, onların fəaliyyəti üçün əlverişli şərait yaradılmasından, ictimai təşəbbüslərinin dəstəklənməsindən danışıb.

aha sonra çıxışlarda qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələri ilə daim əməkdaşlıq etməyi mühüm hesab edir. Belə görüşlər, ictimaiyyətdə yaranan aktual məsələlərin müzakirəsi, yeni təşəbbüslərin irəli sürülməsi və gələcəkdə birgə əməkdaşlığın daha sıx davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

ATXƏM İB-nin sədri İlham İsmayılov çıxış edərək bildirdi ki, ölkənin əsas aparıcı siyası qüvvəsi olan YAP ilə QHT-lərin belə dəyirmi masalar, müzakirələr təşkil etməsinin xüsusi əhəmiyyəti vardır. Vətəndaş cəmiyyətində rastlaşdığı, xüsusən də şəhərsalma ilə bağlı neqativ halların aradan qaldırılması yollarından danışdı. Konsruktiv formada müzakirələr aparılaraq YAP və digər təşkilatlar vasitəsilə müvafiq qurumlar qarşısında məsələlər qaldırılmasının vacib olduğunu qeyd etdi. 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin sahibkarlarla görüşündəki çıxışından bəhs edərək, ölkədə inkişafa mane olan problemlərin aradan qaldırılması üçün müvafiq addımların atılmasının, məmur özbaşınalığının, yersiz müdaxilələrin qarşısının alınmasının, sahibkarların fəaliyyətinə mane olan problemlər haqqında qərarlar qəbul edilməsinin önəmli olduğunu vurğuladı. İ.İsmayılov toplantı iştirakçılarının nəzərinə çatdırdı ki, belə müzakirələrin aparılması bir çox məsələlərin həll edilməsində müəyyən qurumlara mesaj kimi ötürülməsi üçün böyük əhəmiyyət kəsb edir.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri də çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

Tədbir qarşılıqlı fikir mübadiləsi və xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

ATXƏM İB-nin
Mətbuat Xidməti

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ́́
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo