İsmayılov İlham Surxay oğluATXƏM-in təsisiçisi və sədri
1960-cı il may ayının 1-də Salyan rayonunun Qaraçala qəsəbəsində, 1948-1953-cü illər repressiyalar zamanı Qərbi Azərbaycandan deportasiya olunmuş ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Qaraçala qəsəbə orta məktəbini bitirmişdir. 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini bitirmişdir. 1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1978-ci ildən Salyan rayonu, Qaraçala qəsəbəsində fəhləlikdən başlayaraq Salyan rayon İcra Hakimiyyəti başçısının müavini – Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi vəzifəsinədək yüksəlmişdir. 1994-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Pambıq Emalı və Satış İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır. 1998-ci ildən bu günədək “Klassik-A.İ.”şirkətinin baş direktoru vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.
| Əliyev Qafar Məmməd oğluATXƏM-in İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidenti İcra Aparatı İctimai-Siyasi şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri
1960-cı il dekabrın 15-də Naxçıvan MR-in Şərur (hazırda Sədərək) rayonunun Sədərək kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər orta məktəbini bitirib. 1979-1984-cü illərdə Azərbaycan Dövlət Universitetini, 1992-1997-ci illərdə isə Azərbaycan Dövlət Sosial İdarəetmə və Politologiya İnstitunu bitirib və politoloq-dövlətşünas ixtisasına yiyələnib. O, 1984-1997-ci illərdə Naxçıvan MR Babək rayon Mədəniyyət şöbəsində böyük redaktor, 1087-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin elmi kitabxanasının direktoru vəzifələrində işləyib, həmin universitetin tarix-filologiya fakültəsində dərs deyib. 1996-cı iyunun 27-dən Azərbaycan Respublikası Prezidenti İcra Aparatı İctimai-siyasi şöbəsinin informasiya işinin təçkili və analitik təhlil bölməsinin referenti, baş referenti, daha sonra isə müsiri, 2003-cü ilin dekabrından isə həmin şöbənin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri vəzifələrinə təyin edilib, hazırda həmin vəzifədə çalışır. Siyasi elmlər namizədidir. Ailəlidir, dörd övlad atasıdır. | Süleymanov Zeyqəm Muradəli oğluATXƏM sədrinin humanitar məsələlər üzrə müavini
1958-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. Azərbaycan Tibb Universitetinin dosentidir. | Kərimov Akif Meybulla oğluATXƏM sədrinin iqtisadi məsələlər üzrə müavini
1950-ci il sentyabrın 26-da Neftçala rayonunun A.Qarayamanlı kəndində anadan olub. 1975-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib. “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin prezidenti, Ümumdünya “Sülh” səfiri, tibb elmləri namizədi, Gürcüstan Elmlər Akademiyasının fəxri professorudur. Az-vigotex, Anesi ltd şirkətinin təsisçisi və sədridir. TÜSİAB-ın (Türkiyə İqtisadiyyatı və İş Adamları Cəmiyyəti) Məsləhət Şurasının üzvüdür.
| Abbasov Asəf Əliş oğlu ATXƏM sədrinin İdeoloji məsələlər üzrə müavini
1972-ci ildə Beyləqan rayonunda anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. “Azad Azərbaycan” qəzetinin redaktoru vəzifəsində çalışır.
|
Güllü Yoloğlu ATXƏM sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri
1963-cü il mayın 5-də Azərbaycanın Qazax rayonunun Meşə-oba kəndində müəllim ailəsində anadan olmuşdur. Qazax şəhərindəki Səməd Vurğun adına orta məktəbi bitirmişdir (1980), M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirmişdir (1980-1985). Əmək fəaliyyətinə həmin institutda baş laborant kimi başlamışdır. “Futuroloq” fasiləsiz təhsil kompleksində elmi katib və nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləmiş (1993-2000), həm də orada ümumtürk folklorundan mühazirələr oxumuşdur. Hazırda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun etnososioloji tədqiqatlar şöbəsində baş elmi işçi və Azərbaycan Dövlət Radiosunun xalq yaradıcılığı redaksiyasında böyük redaktor kimi çalışır, “Soyumuz, soykökümüz” və “Yurd yeri” verilişlərinin müəllifi və daimi aparıcısıdır. Beynəlxalq Biblioqrafiya Mərkəzinin (Kembric) “XX əsrin adamı” adına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə (1998), Ankaradakı Atatürk Mərkəzinin türk dünyası mədəniyyətinin və ədəbiyyatının araşdırılmasındakı xidmətlərə görə təşəkkür plaketinə (1998), “Simurq” mükafat fondu tərəfindən “İlin ən zəhmətkeş tədqiqatçısı” (2001) adına, Kıbrıs-Balkanlar-Avrasiya Türk Ədəbiyyatları Vəqfi tərəfindən “2002 yılı Nizmət Ödülü”nə layiq görülmüşdür.1996-cı ildən ankaradakı Atatürk Kültür Mərkəzi tərtib edilən 30 cildlik “Türk Dünyası ədəbiyyatı tarixi” üçün Sibir türklərinin (xakas, tiva, şor, dolqan və Altay) ədəbiyyatları ilə bağlı mütəxəssis kimi bir ay Cənubi Sibirdə lazım olan materialları toplayıb hazırlamışdır.”Abşeron” Rəsm Qalereyasında “Türk Dünyası: Sibirdən Balkanlaradək” tarixi və etnoqrafik foto-sərgi təşkil etmişdir. Xaricdə türk bölgələrində elmi araşdırmalarının nəticələri və tərcümələri dövri mətbuatda dərc olunmuşdur. 350-dən artıq elmi və elmi-publisistik məqalələri vardır. “Azərbaycan-Moldova ədəbi əlaqələri” (1940-1980) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 1992-ci ildən Jurnalistlər Birliyinin üzvüdür. 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
|
Zərnişan TuranATXƏM-in İdarə Heyətinin üzvü Azayeva Zərnişan İnqilab qızı 1960-cı il avqust ayının 9-da Şamaxı rayonunun Məlhəm kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində jurnalist kimi fəaliyyətə başlamışdır. 1994-cü ildən Azərbaycan Televiziyası ilə Türk dünyası ilə bağlı proqramlar – “Turan”, “Hamı bir soydur”, “Bizim ellər yerindəmi!!” verilişlərini hazirlayır. Respublikanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür. “Azərbaycan türkləri ilə Anadolu türklərinin mədəniyyəti” mövzusunda elmi iş üzərində çalışır. Ailəlidir, iki övladı var.
|
|
|
|
Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.
|
Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...
|
Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
|
Digər xəbərlər
|
|
«
| Noy.2024 | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | |
|
Axşam: | +7.. +9 | |
Gecə: | +7.. +9 | |
Səhər: | +8.. +10 | |
Gündüz: | +8.. +10 | |
Atm. təziyi: 772 ěě Rütübət: 73 % |
|
|