Axtarış: 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
+  -  Çap 
Yerləşdirilib: 19.03.12 | Baxılıb: 5660
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-nü Ümumdünya Meteorologiya Günü kimi qeyd edir. Azərbaycan da 1993–cü ildən Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulub və bu Konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, məlumatların beynəlxalq və regional mübadiləsini həyata keçirir, təşkilatın qəbul etdiyi qərarları icra edir. 
Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
1873-cü ilin sentyabrında Vyana şəhərində yaradılmış Ümumdünya Meteorologiya Təşkilatı ən qədim beynəlxalq təşkilatlardan biri olan Beynəlxalq Meteorologiya Təşkilatının sələfidir. 1951-ci ildən isə Birləşmiş Millətlər Təşkilatının Xüsusi Agentliyidir. Artıq Ümumdünya Meteorologiya Gününün hər il bir deviz altında keçirilməsi ənənəyə çevrilib. 2012-ci ilin mövzusu olan "Hava, iqlim və su gələcəyimizin aparıcı qüvvəsidir" devizi isə hava, iqlim və su ilə əlaqədar təqdim olunan məlumatların sosial-iqtisadi sektorlar üçün müstəsna rolunu göstərmək üçün seçilib. "Hava, iqlim və su gələcəyimizin aparıcı qüvvəsidir" devizi Ümumdünya Meteorologiya Təşkilatının 16-cı Konqresində bu ildən başlayaraq İqlim Xidmətlərinin Qlobal Çərçivə Sisteminin (İXQÇS) yaradılmasına dair qəbul edilmiş qərarın icrası ilə bağlıdır. Bu Konqresdə İqlim Xidmətlərinin Qlobal Çərçivə Sisteminin 4 prioritet istiqaməti müəyyən edilib: təbii fəlakət təsirlərinin minimuma endirilməsi, su resursları, səhiyyə və qida təhlükəsizliyi. Bu ilin oktyabr ayında Cenevrə şəhərində 2019-cu ilədək hidrometeoroloji xarakterli təbii fəlakət hadisələrindən dəyən ziyanın minimuma endirilməsi, insanlar arasında tələfatın 1994-2003-cü illərə nisbətən iki dəfə azaldılması və digər məsələlərlə bağlı ÜMT-nin növbədənkənar 17-ci sessiyasının keçirilməsinə qərar verilib. Operativ və rejim xarakterli hidrometeoroloji məlumatlardan, proqnoz və xəbərdarlıqlardan iqtisadiyyatın ayrı-ayrı sahələrində, kənd təsərrüfatı, tikinti, aviasiya, gəmiçilik, energetika və s. sahələrdə istifadə edilməsi böyük səmərə verməklə dayanıqlı inkişafı təmin edən amillərdəndir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamenti tərəfindən müşahidə şəbəkələri yeni cihaz və avadanlıqlarla, o cümlədən avtomat meteoroloji stansiyalarla təmin edilir ki, bu da müşahidələrin keyfiyyət göstəriciləri ilə bərabər onların operativ ötürülməsini və istifadəsini təmin edir. Hava şəraitini idarə etmək mümkün olmasa da, mütəmadi olaraq müşahidələrin aparılması və daha yüksək dəqiqliklə qabaqcadan verilən proqnoz və xəbərdarlıqlar nisbətən əlverişli və təhlükəsiz həyat üçün zəmin yarada bilir. Bununla da təbii fəlakətlərin təsirlərinin nisbətən yumşaldılması məqsədilə iqtisadiyyatın bütün sahələrində keyfiyyətli hidrometeoroloji xidmətə tələbatların artması müşahidə olunur ki, bu baxımdan da hidrometeorologiya xidmətlərinin rolu əvəzsizdir.  su g
Depart

Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Noy.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Axşam: +15.. +17aydn yağmursuz
Gecə: +14.. +16aydn yağmursuz
Səhər: +16.. +18aydn yağmursuz
Gündüz: +16.. +18dəyişkən buludlu yağmursuz
Atm. təziyi: 767 ́́
Rütübət: 60 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo