Axtarış: 
KKTC-də (Şimali Kipr Türk Cümhuriyyəti) “21. Yüzyılda Türk Dünyası” mövzusunda beynəlxalq konfrans keçirilmişdir - 06.12.2010
+  -  Çap 
Yerləşdirilib: 29.03.12 | Baxılıb: 5029
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Dağlıq Qarabağ problemi Türk Dünyasında digər problemlərin həllində açar rolunu oynayacaq

Avrasya Ekonomik İlişkiler Derneği ve Lefke Avrupa Üniversitesi’nin (LAÜ) təşkil etdiyi “21. Yüzyılda Türk Dünyası” mövzulu beynəlxalq konfrans kecrilmişdir. Dekabrın 2-de başlayan konfrans 5-de öz işinə yekun vurdu.




KKTC cumhurbaşkanı Dərviş Eroğlunun da qatıldığı konfransda Türk dövlət və topluluklarından gələn siyasətçilər elim adamları, 60-dan çox ölkənin akademikləri , araştırmàçıları, QHT rəhbərləri və jurnalistlər iştirak edirdilər Azərbaycandan da Azərbaycanlıların və digər Türkdilli Xalqların Əkəkdaşlıq Mərkəzi (ATXƏM) sədri İlham İsmayılov, millət vəkili Qənirə Paşayeva, Diaspora Komitəsininin nümayəndəsi Elnar Məmmədov, Dünya Gənc Türk Yazarlar Birliyi Başkanı Əkbər Qoşalı,BDU-nun Jurnalistika Elmi Araşdırmalar Mərkəzinin sədri dr. Vüqar Əliyev, Azərbaycan İnsan Hakları İnformasiya Mərkəzi sədri Fərman Salmanlı, Azərbaycan EkoAlyans Çevrə Vakfının sədri dr. Mənsurə Rəsulova iştirak edirdilər.
Tədbirdə KKTC cumhurbaşkanı Dərviş Eroğlu çıxış etmişdir.
LAÜ Rektörü Prof. Dr. Göksel ve Avrasya Ekonomik İlişkiler Derneği Başkanı Hikmet Eren’in açılış çıxışından sonra protokol çıxışlarına geçildi. Çıxışların sonunda Cumhurbaşkanı Derviş Eroğlu, Türksoy Genel Müdürü Düsen Kaseinov, Azerbaycan Milli Məclisi Millətvəkili Gənirə Paşayeva, Keçiören Belediye Başkanı Mustafa Ak, Uluslararası Karadeniz Hazar Denizi İşbirliği Vakfı Türkiye Başkanı Dr. İsmail Safi, Ahi Evran Üniversitesi Öğretim Üyesi Yrd. Doç. Dr. Kürşad Zorlu, Türksam Başkanı Sinan Ogan, Türk Dünyası Belediyeler Birliği, Türk Kızılay Derneği’ne Zeki Velidi Togan Hizmet Ödülləri təqdim edildi.
Daha sonra dordüncü otrümda ATXƏM sədri İham İsmayılov cixiş edərək bildirdi ki, böyük Türk coğrafiyasından olan beyin, düşüncə və elm adamlarının katıldığı 21-ci Yüzyılda Türk dünyası Uluslararası Sempozyumunda biz müxtəlif problemləri əhatə edən Türk Dünyası üçün cox mühüm olan məsələləri müzakirə etməkdəyik. Düşünürəm ki, biz bütün bu müzakirələrdə səslənən vacib fikirlərin söz olaraq qalmasını yox, bu Sempoziumdan sonra onların həyata keçirilməsi yönündə ciddi addımlar atacaq, bütün gücümüzü bu istiqamətdə səfərbər edəcəyik.
Biz Sempoziumda Türk Dünyası üçün bir-birindən vacib olan məsələləri müzakirə etdik. Hesab edirəm ki, bu gün Türk dünyasının qarşısında duran ən böyük problemlərdən biri Dağlıq Qarabağ problemidir ki, bu problemin çözümü bütün Türk Dünyasında digər problemlərin həllində açar rolunu oynayacakdır. Bir çox Batı dövlətlərinin və imperialist güclərin hədəfdə Türkiyə Cümhuriyyəti olmaqla, bu gün də bütün Türk Dünyasına qarşı istifadə etdiyi ağır bir təzyiq mexanizmi olan sözdə “erməni soyqırımı” probleminin həlli də Dağlıq Qarabağ problemi ilə bilavasitə bağlıdır.
Bildiyimiz kimi, dünyanın bir çox super dövlətlərində, xüsusən ABŞ, Fransa, Rusiya kimi nəhəng dövlətlərdə, eləcə də Avropanın bütün ərazisində fəaliyyət göstərən erməni lobbisi 2015-ci ildə sözdə “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar aktiv fəaliyyətə başlayıblar. Artıq bir neçə ildir ki, ayrı-ayrı ölkələrin parlamentlərində sözdə soyqırım iddialarını gündəmə gətirməklə bu dövlətlərdə “erməni soyqırımını” tanıtmağa çalışırlar. Əfsuslar olsun ki, bəzi dövlətlər erməni lobbisinin təsiri altında qərəzli mövqe tutaraq bu uydurma “erməni soyqırımı” iddiasını qəbullanmışlar. Göründüyü kimi, erməni lobbisi “sözdə soyqrım” iddialarını beynəlxalq aləmdə siyasiləşdirərək, əslində tarixçilərin öhdəsinə buraxmalı olduğumuz tarixi gerçəkliklərlə üz-üzə gəlməkdən qorxurlar. Çünki tarixi faktların üzə çıxması əslində ermənilərin hər zaman Türklərə qarşı soyqırım siyasəti yeritdiyini ortaya qoymaqdadır.
Təbii ki, istər Dağlıq Qarabağ probleminin həllində, istərsə də əsassız erməni iddialarına qarşı Türk Dünyası olaraq beynəlxalq aləmdə vahid mərkəzdən idarə olunan eyni həfəflərə istiqamətlənmiş, düşünülmüş bir siyasətin yeridilməsi şərt kimi ortaya çıxır. Türk Diaspora təşkilatları və Sivil toplum Kuruluşları bu problemlərin həlli istiqamətində hesab edirəm ki, bir çox məsələləri gündəmdə saxlamaqla strateji bir siyasət yürütməlidirlər.
1. Ermənistanın təcavüzkar dövlət olaraq Azərbaycanın Dağlıq Qarabağ torpaqlarını 20 ilə yaxın bir dövr ərzində işğal altında saxlaması və bu işğala son qoymaq üçün BMT-nin çıxardığı 4 qətnamənin yerinə yetirilməsi
2. XX yüzillikdə ermənilərin Xocalıda törətdikləri soyqırımların beynəlxalq aləmdə geniş təbliğ olunması və tanıdılması;
3. Sözdə “ermsəni soyqırımı” yalanlarının əsassız olduğunu bütün dünyaya bəyan etməklə arxivlərin açılaraq əsl həqiqətlərin ortaya çıxarılması;
4. İşğalçı Ermənistan Azərbaycanın işğal altında saxladığı torpaqlarından çəkilməyənə və qaçqınların öz torpaqlarına geri dönməyənə qədər Türkiyə ilə heç bir sərhədin açılmasına imkan verməmək və bütün Türkdilli dövlətlərin Ermənistanla siyasi və iqtisadi əlaqələrinə ümumturk maraqları nəzərə alınmaqla yenidən nəzər yetirmək.
1-ci məsələ üzrə: Bu gün super dövlətlər Türkiyəyə təsir etməklə Ermənistanla sərhədlərini açmağa məcbur edirlər. Lakin BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemi ilə bağlı 822, 853, 874 və 884 saylı qərarlar almışdır. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) 2005-ci ilin qış sessiyasında “ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı 1416 saylı qətnamə qəbul etmişdir. Bu qərarlarda işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz və dərhal boşaldılması zəruriliyini vurğulanmışdır. 2008-ci ildə BMT-nin Baş Assambleyası “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qərar layihəsini müzakirə edərək, işğal edilmiş Azərbaycan əraziləri ilə bağlı 9 bənddən ibarət qətnamə çıxardı, Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi. Lakin, Ermənistan hələ də beynəlxalq qurumların bu qərarlarına hörmət qoymur, öz işğalçılıq siyasətini bu gün də davam etdirməkdədir. Hesab edirəm ki, Türkiyədən Ermənistanla sərhəddi açmağa məcbur edən beynəlxalq aləmdən, biz həm də Qarabağla bağlı çıxardığı öz qərarlarına hörmət etmələrini tələb etməliyik. Biz Qarabağ probleminə yalnız Ermənistan-Azərbaycan arasında olan münaqişə kimi yox, bütün Türk Dünyasının problemlemi kimi baxmalıyıq. Mən hər zaman olduğu kimi yenə də demək istəyirəm ki, Qarabağ məsələsi həll olunduqdan sonra biz Türk Dünyasının bütün problemlərini həll edə biləcəyik. Bizim bu Sempoziumda toxunduğumuz bir çox məsələlərin həlli də məhz Qarabağ problemi ilə bilvasitə və ya bilavasitə bağlı olan məsələlərdir.
2-cü məsələ üzrə: 1992-ci ildə ermənilərin Xocalıda törətdiyi soyqırımlar XX əsrdə bütün insanlığa qarşı törədilmiş bir soyqrımıdır. Bütün Türk dünyası diaspora təşkilatları və Sivil toplum Kuruluşları bu soyqırımın dünya birliyinə çatdırılmasında vahid bir mövqedən çıxış etməlidirlər. Biz bu birliyin bariz nümunəsini bu il fevralın 26-da Avropanın siyasi mərkəzlərindən olan Strasburqda Türk və Azərbaycan diaspora üzvlərinin birgə keçirdiyi Xocalı soyqırımı yürüş mitinqində daha aydın gördük. Bu istiqamətdə digər Türk Xalqlarının da dəstəyinə ehtiyacımız var və inanıram ki qarşıdan gələn illərdə biz Avropanın bütün şəhərlərində Türk Dünyası diaspor təşkilatlarının birliyini görəcəyik.
3-ci məsələ üzrə: Biz Sempozium iştirakçıları olaraq dünya birliyinə müraciət etməklə Ermənistanın öz arxivlərini araşdırmaçıların üzünə açmasını tələb etməliyik. Türkiyə bu məsələdə, arxivlərin açılması məsələsində aşkarlıq mühiti yaradaraq, öz arxivlərini açmağa hazırdır. Eyni addımı atmağa Ermənistan da məcbur edilməlidir. Yalnız bu halda “sözdə erməni soyqırımı” iddiası siyasiləşmədən əsl həqiqətləri ortaya qoya bilər.
4-cü məsələ üzrə: Türkiyə Azərbaycanın torpaqlarını işğal altında saxladığına görə öz sərhədlərini haqlı olaraq işğalçı Ermənistanın üzünə bağlayıb. Bu gün bir çox super dövlətlər Türkiyə-Ermənistan əlaqələrinin bərpa olunması üçün yalnız Türkiyəyə təzyiqlər göstərməklə sərhədlərin açılmasına çalışmaqdadır. Lakin biz beynəlxalq aləmdən həm də eyni təzyiqləri Ermənistana da göstərməsini tələb etməliyik. Ermənistan Azərbaycanın işğal altında saxladığı torpaqlarını dərhal tərk etməlidir. Yalnız bundan sonra Türkiyə Ermənistanla sərhəd açılımına yenidən baxa bilər. Hesab edirəm ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması indiki halda qeyri-mümkündür və biz vahid Türk diasporası və Sivil toplum Kuruluşları olaraq, bu proseslərə aktiv təsir etməliyik. Biz bu məsələdə əsla seyrçi mövqedə dayana bilmərik. Mən çıxışımı Azərbaycan prezidenti cənab İlham Əliyevin “Biz müdafiədən hücuma keçməliyik” fikirləriyə tamamlayaraq, bütün Türk diaspora təşkilatlarını və Sivil toplum Kuruluşlarını yuxarıda sadaladığım 4 istiqamət üzrə daha fəal mübarizəyə qoşulmağa və birgə əməkdaşlığa dəvət edirəm.

Konfransın sonunda ATXƏM sədri İlham İsmayılov, KKTC cumhurbaşkanı Dərviş Eroğluna, LAÜ Rektörü Prof. Dr. Gökselə Azərbaycan nümayəndə heyəti adından hədiyyələr təqdim etdi.
Konfrans dekabr 5-də sona çatdi və saat 19.00 da Girne Merit Hotelində baglanış ziyafəti verildi.




ATXƏM-in
Mətbuat xidməti


VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo