Axtarış: 
Yunus Oğuz: "Bu gün ortaq türk tarixini yazmaq, ona yaxınlaşmaq, addımlar atmaq lazımdır"
+  -  Çap 
Yerləşdirilib: 29.03.12 | Baxılıb: 5150
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Uzun illər ərzində bizə bütün dünya xalqlarının tarixi, mədəniyyəti tədris olunub öyrədilsə də, istər Azərbaycan, istərsə də, digər Türk xalqlarının tarixləri ilə bağlı məlumatlar gizlədilib, bir növ öz tariximizi bizə unutdurmağa çalışıblar. Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixi həqiqətlərimizin öyrənilməsi baxımından bir çox işlər görülsə də bunları yetərli saymaq mümkün deyildir.Əksər hallarda isə Azərbaycan tarixi ilə bağlı araşdırmalar ortaq ümumtürk tarixi kontekstindən kənarda aparılır ki, bu da böyük tarixi keçmişi, mədəniyyəti olan xalqımızla bağlı həqiqətlərin üzə çıxmasında real vəziyyəti əks etdirə bilmir. Lakin tarixi romanlar müəllifi olan yazıçı-publisist Yunus Oğuzun geniş maraq doğuran əsərlərini ortaq türk tarixinin öyrənilməsi baxımından olduqca uğurlu addım hesab olunmalıdır. Yazıçı-publisist Yunus Oğuzla da məhz bu mövzu ətrafında söhbət etdik.

-Yunus bəy, son dövrlər Sizin türk tarixi və türk dövlət adamları ilə bağlı yazdığınız tarixi romanlar türk dünyası ədəbi ictimaiyyəti tərəfindən maraqla qarşılanmaqdadır. Bədii əsərdə ortaq türk tarixinə müraciət etməyiniz hansı zərurətlə bağlıdır?

-Əslində ortaq türk tarixini yaratmaq üçün bədii və ya elmi əsərlərə müraciət edirsən. Çünki bu gün dünyada ortaq türk tarixinə ehtiyac var. Yəni, ortaq türk tarixi zərurətdir. Çünki bu bizim tarixin, türk tarixinin əsas hissəsidir. Təssüflər olsun ki, həmin əsas hissəsini zaman-zaman bizdən ayrılmalar gedib və ortaq türk tarixi yaranmayıb. Ona görə də ortaq türk tarixini bu gün yazmaq, ona yaxınlaşmaq, addımlar atmaq lazımdır. Hər kəsin öz sahəsində bu işi görmək üçün müəyyən addımlar atması təbiidir və lazımlıdır. Biz də o addımlardan birini atırıq.

-Sizin ortaq türk tarixi ilə bağlı bəzi əsərləriniz Türkiyə və Rusiyada nəşr olunub. Hətta bildiyimiz qədər bu yaxınlarda Rusiyada kitabınızın müzakirəsi oldu. Bu ölkələrdə Sizin romanlarınızla bağlı ilkin olaraq hansı rəylər mövcuddur?

-Normal. Hər halda mən fikirləşirəm ki, bu gün Türkiyədə mənim kitablarım çox sürətlə satılır. Google-də kitab evlərinin saytlarına baxdım. Onların demək olar ki, hamısında mənim kitab satışlarım var və dəfələrlə tərcümə olunur. Fikirləşirəm ki, bu davam edəcək. Ancaq Rusiyada isə bu baş verdi. Kitab çıxar-çıxmaz naşir özü pulunu ödəyərək 500 kitabı əvəllcədən aldı. Görünür köhnə tarixi yenidən yazmaq və həqiqəti yazmağa kifayət qədər maraq dairəsi var. -Son vaxtlar Türkiyədə türk xalqlarının tarixi keçmişini əks etdirən kitablara və filmlərə də daha çox rast gəlinir. Sizin türk tarixi ilə bağlı romanlarınızı da nəzərə alsaq, bütün bunları türklərin ortaq tarixlərinin ictimai fikrə yenidən qayıdışı kimi yozmaq olarmı. Ümumiyyətlə, türk birliyi ideyasının həyata keçməsi üçün bu əsərlər hansı rol oynaya bilər?  -Əlbəttə ki, oynayır. İnsanlar həmin əsərləri bir dəqiqədə əxz etmirlər ki. Bunlara vaxt lazımdır, zaman-zaman bunu insanların şüurunda oturuşdurmaq lazımdır ki, bizim keçmişimiz ortaq tarix, ortaq türk tarixi olub və keçmişimizlə fəxr edib gələcəyə o fəxrlə getmək lazımdır. Fikirləşirəm ki, belə bir şəraitdə gələcəyə doğru getmək üçün keçmişə qayıtmaq, hadisələrə yenidən, yeni nöqteyi nəzərdən, tamam başqa prizmadan baxmaq, bu fəxri gələcəyə daşımaq lazımdır. Ortaq türk mədəniyyəti, adət-ənənələrini qorumaq və gələcəyə daşımaq.

-Məlumdur ki, sovet dövründə bizə bütün xalqların tarixindən bəhs edilsə də, öz tariximiz, ortaq türk tariximiz gizli saxlanılıb və tədris olunmayıb. Yeni tarix dərsliklərində və ədəbiyyatlarda hələ də bu mövzu lazımınca işıqlandırılmayıb. Sizin tarixi romanlarınızın ümumtəhsil məktəblərində tədrisi perspektivinə necə baxırsınız?


-Nəinki bizim ortaq türk tariximizi, hətta türk olmağımızı unutdurmağa çalışıblar. Guya biz türk deyilik, azərbaycanlıyıq və s. Ancaq buna baxmayaraq insanlar özlərində o cürəti tapır, keçmişə qayıdır və özünün milli kimliyini ortalığa qoyur. Bu da sevindrici bir haldır. Mənim bir elmi kitabım "Türkün tarixinə yeni bir baxış" kitabım artıq Təhsil Nazirliyinin qərarı ilə dərs vəsaiti kimi ali məktəblərdə tədris olunur. Digər iki kitabım, "Nadir şah" və "Təhmasib şah" Təhsil Nazirliyinin qərarı ilə orta məktəblərdə dərsdən kənar oxu ədəbiyyatı kimi öyrədilir. Odur ki, hələ bu davam edəvək.

-Nadir şah, Təhmasib şah, Əmir Teymur, Attila. Bəs növbəti tarixi qəhramanınız kim olacaq?

-Qoy bu sirr olaraq qalsın.  


"Birlik"
   

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Axşam: +10.. +12dumanlı yağmurlar
Gecə: +10.. +12dumanlı yağmurlar
Səhər: +10.. +12dumanlı yağmurlar
Gündüz: +11.. +13dumanlı yağmurlar
Atm. təziyi: 763 ́́
Rütübət: 89 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo