Axtarış: 
İnsan Hüquqları üzrə Müvəkkil 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verdi
+  -  Çap 
Yerləşdirilib: 29.03.12 | Baxılıb: 2774
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat verib. Bəyənatda qeyd olunur:“Artıq iki əsrdən çoxdur ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib. Mərhələ-mərhələ aparılmış bu siyasət nəticəsində soydaşlarımız min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıblar. Mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənilər XIX əsrin əvvəllərindən tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılıb, Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən on minlərlə erməni ailəsi köçürülüb. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilmiş soydaşlarımızın insan hüquqları kütləvi surətdə pozulub, onlar qeyri-insani rəftara, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə məruz qalıblar. Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayaraq təcavüzü nəticəsində isə ölkəmizin ərazisinin 20 faizi işğal edilmiş, on minlərlə insan həlak olub, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib, Azərbaycan xalqını yer üzündən silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarıb. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğınla bağlı tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir. Ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutublar. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törədiblər. 31 mart və 1-2 aprel tarixlərində qırğınlar kütləvi şəkil alıb, silahlanmış erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetiriblər. Bu hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görünməmiş qırğınlar törədilib. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı öldürülüb, məscidlər, məktəb binaları yandırılıb. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd dağıdılıb, əhaliyə amansız divan tutulub. Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürüb, körpə uşaqları süngüyə keçirib, cəsədlərin burun, qulaqlarını və başlarını kəsib, evlərə od vurub, sakinlər qarışıq yandırıb, qadınların saçlarını bir-birinə bağlayaraq, tüfəngin qundağı ilə ölüncəyə qədər döyüblər. Bu faktlar erməni daşnakların azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, Cümə və Təzəpir məscidlərini, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Artıq bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı qəddarlıqla qətlə yetirilmiş yerli sakinlərə məxsus olduğu müəyyən edilib. Bu ərazidə mart hadisələri zamanı qətlə yetirilmiş on minlərlə insanın xatirəsinə ehtiram əlaməti olaraq hazırda “Soyqırımı Memorial Kompleksi” yaradılmaqdadır. Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya ilə müəyyən olunub. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasəti bu gün Dağlıq Qarabağla bağlı məlum hadisələrdə də üzə çıxıb və bir daha onu göstərir ki, ermənilərin xalqımıza olan münasibəti dəyişməyib. Bütün tərəqqipərvər bəşəriyyətin, xalqların sülhə, əmin-amanlığa, inkişafa can atdığı hazırki dövrdə Ermənistan dövləti, təəssüf ki, bu gün də etnik təmizləmə, terror, zorakılıq siyasəti yürüdür, bununla da bütövlükdə Cənubi Qafqazda, Avropa məkanında sülhyaratma və sabitlik proseslərinə mənfi təsir göstərir. İşğalçı Ermənistanın yürütdüyü soyqırımı siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüququn ümumtanınmış normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. Zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə, BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnamə, AŞ PA Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 və 1690 saylı Qətnamə və Tövsiyə qəbul etsə də, Ermənistan bunları hələ də yerinə yetirmir. Halbuki bu qətnamələrdə Ermənistan işğalçı dövlət kimi tanınıb, birmənalı olaraq, Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunub.Təəssüf ki, adıçəkilən qətnamələrin icrasında heç bir irəliləyiş yoxdur, Ermənistan tərəfi qarşısına qoyulmuş tələbləri həyata keçirmir. Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində apardığı süni məskunlaşdırma siyasəti çərçivəsində 2011-ci ildə Dağlıq Qarabağda 1109 nəfər yerləşdirilib. Köçürülmüş həmin ermənilərin 94 faizi Ermənistandan, qalan hissəsi isə digər ölkələrdən gələnlərdir. Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz layihələri üzrə direktoru Lourens Şits ABŞ-da nəşr olunan “The İnternational Herald Tribune” qəzetində verilmiş məqaləsində qeyd edir ki, Sovet İttifaqının dağılması ərəfəsində yaranmış xaosdan istifadə edən ermənilər Azərbaycana qarşı torpaq iddiaları irəli sürüb, Dağlıq Qarabağı, eləcə də ona bitişik yeddi rayonu işğal etməyə imkan yaradıb, beləliklə, Azərbaycanın 20 faiz ərazisi zəbt edilib. Ermənistanın BMT-nin qətnamələrinə əməl etməməsi və beynəlxalq birliyin buna göz yumması çox pis presedent yaradır. Ölkəmiz müstəqillik qazandıqdan sonra ümummilli liderimiz, mərhum Prezident Heydər Əliyevin «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və ilk dəfə olaraq azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları rəsmi surətdə bəyan edilib. Artıq on dörd ildir ki, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir. Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımını həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağımızı dəfələrlə bəyan edib. Artıq dünya ictimaiyyəti qəbul edir ki, Azərbaycan tərəfi haqlıdır, onun ərazisi işğal olunub, Azərbaycana məxsus olan Dağlıq Qarabağ güc yolu ilə onun nəzarətindən çıxarılıb və ərazi bütövlüyünün bərpasını dəstəkləyir. Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində, xüsusilə tərəflər arasında etimadın qurulması sahəsində daha fəal iştirak etmək istəyini dəfələrlə bəyan edib. Bu günlərdə Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Gido Vestervelle Bakıda səfərdə olarkən jurnalistlərə müsahibəsində sülhü əngəlləyən Qarabağ münaqişəsinin həllinə nail olmaq vaxtının çatdığını, bu münaqişənin həllində Avropa Birliyinin daha yaxından iştirakına nail olmaq, həmçinin ATƏT-in Minsk Qrupunu dəstəkləmək məqsədilə ötən il Brüsseldə keçirilmiş debatın təşkilində Almaniyanın mühüm rol oynadığını söyləyib. O, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının region üçün vacibliyini xatırlatmış, bütün səyləri problemin sülh yolu ilə həllinə yönəltməyə çağırıb. Dağlıq Qarabağın ərazisinin beynəlxalq hüquqa görə Azərbaycana məxsus olduğunu diqqətə çatdıran stern.de İnternet portalı Azərbaycan ərazilərinin hələ də ermənilər tərəfindən işğal altında saxlanıldığını qeyd edib. ABŞ-dakı Azərbaycan və türk diasporlarının nümayəndələri 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bu ölkənin Konqresinə müraciət ünvanlayıb, həmin günün yad edilməsi üçün dəstək verməyi, bəyanat qəbul etməyi və dünya ictimaiyyətini bu istiqamətdə geniş məlumatlandırmağı xahiş ediblər. Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət hazırda tamamilə dəyişib. Bu isə tezliklə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllini, erməni işğalçılarının torpaqlarımızdan çıxarılmasını mümkün edəcək. 1918-ci il Mart soyqırımından 94 il keçir, lakin erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür. Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti, nəhayət, Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməlidir. Bir daha bəyan edirik ki, bu soyqırımı insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunub. Ümidvarıq ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq. Beynəlxalq təşkilatları ikili standartlara yol vermədən Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanıram. Ümid edirəm ki, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə böyük səylər göstərəcəklər”. Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

VIDEO
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
Xeyirxah tənha qalmaz... - 15.07.2024
 
 El bir olsa,zərbi kərən sındırar. Atalar sözü. - 14.07.2024
 
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Okt.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Gündüz: +21.. +23buludlu yağmursuz
Axşam: +18.. +20dumanlı yağmursuz
Gecə: +17.. +19dumanlı yağmursuz
Səhər: +20.. +22dumanlı yağmursuz
Atm. təziyi: 760
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo