Axtarış: 
31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür
+  -  Çap 
Yerləşdirilib: 28.03.12 | Baxılıb: 2594
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 94 il ötür.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.


Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə ediblər. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçiriləcək.

APA


VIDEO
BƏƏ Prezidentinin Şuşaya səfəri həm simvolik, həm də strateji baxımdan böyük beynəlxalq və regional əhəmiyyət daşıyır - 17.09.2025 il
 
Xankəndidəki terror cəhdinin arxasında xarici təsirlərin olması ehtimalı yüksəkdir - 16.09.2025 il
 
“Ümid edirəm ki, bəzi QHT-lər Ədliyyə Nazirliyi və QHT Agentliyinin bəyanatından nəticə çıxaracaq”-ATXƏM sədri - 13.09.2025 il
 
Qafqaz İslam Ordusunun Bakıya gəlişi və xilaskar missiyası Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir - 15.09.2025 il
 
İctimai İştirak və İctimai Nəzarət: Vətəndaş Nəzarəti”-Ə.Abbasbəyli və İ.İsmayılov ilə QIRMIZI MASA - 16 iyul 2025 il
 
1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya zamanı mülkiyyət hüququnun pozuntusu - 07 iyul 2025 il
 
AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda 2023 və 2024-cü illərdə həyata keçirilən layihələrlə bağlı brifinq keçirib - 11 iyun 2025
 
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Gecə: +13.. +15dumanlı yağmursuz
Səhər: +15.. +17dumanlı yağmursuz
Gündüz: +17.. +19dumanlı yağmursuz
Axşam: +16.. +18dumanlı yağmursuz
Atm. təziyi: 764 ìì
Rütübət: 66 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo