Axtarış: 
Cənub Qafqazda inteqrasiyaya müqavimətin qaynaqları
+  -  Çap 
Yerləşdirilib: 29.03.12 | Baxılıb: 3173
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Prof., dr. Xaləddin C. İbrahimli

Giriş əvəzi
Nə üçün yüz ildir ki, Cənub Qafqazda milli dövlətlərin formalaşması prosesi stabil bir məcraya düşə bilmir?
Nəyə görə Ermənistan öz qonşularına ərazi iddialarından əl çəkmir və bölgənin təhlükəsizliyini, stabilliyini daim təhdid edir, kənar güclərin asan müdaxiləsinə imkanlar yaradır? Erməni milli maraqlarında separatizmə rəvac verən, bölgənin Qərbə inteqrasiyasına əngəl olan  ideyalar, prinsiplər hansılardır?  

Ermənistan dövlətinin yaranması prosesi
Ermənistan dövlətinin yaranması ideyası ilk dəfə 1878-ci ildə kiçik Asiyada yaşayan ermənilər tərəfindən ortaya atıldı [1]. Bu ideyanın müəllifi Vandakı məktəblərdən birinin direktoru Partuqalyan sayılır. Mövcud ideyanı gerçəkləşdirmək üçün o, “Armenistov” adlı partiya yaratmaq istəyirdi. Lakin Partuqalyan Vanda öz məqsədinə nail ola bilmədiyindən Marselə köçdü və üç-dörd il sonra “Armenistov” təşkilatı, bu təşkilatın eyni adlı qəzeti yaradıldı.
1896-cı ildə təşkilatın başçısı Avetisyan Terlimizyan öz planını bütün ermənilərin Katalikosuna təqdim etdi.
Hələ 1893-cü ildə Tiflisdə başqa bir gizli erməni təşkilatı fəaliyyət göstərirdi. “Qnçak” adlanan bu təşkilat öz proqramında bildirirdi ki, Osmanlı ermənilərinin durumu çox ağırdır, ona görə nicat azadlıq hərəkatına başlamaq, sosial cəmiyyət qurmaqdadır. “Qnçak” fəaliyyət istiqamətlərində üç hədəfi əsas götürmüşdü:
1.    Osmanlı ermənilərinin müstəqilliyinə nail olmaq
2.    Daha sonra rus, fars ermənilərinin müstəqilliyinə çalışmaq
3.    Yekun olaraq müstəqil erməni ittifaqını qurmaq, sosial ədalətə dayanan respublika yaratmaq [2].
Lakin cəmiyyət Tiflisdə uzun müddət fəaliyyət göstərə bilmədi və 1893-cü ilin sonlarında Londona köçdü. 1895-ci ildə isə artıq “Qnçak”ın Yelizavetpolda, Şuşada, Aleksanolda, Qarsda, Batumda, Axalsıxda, Bakıda, Borjomda, Vladiqafqazda gizli komitələri fəaliyyət göstərirdi. 1890-cı illərin əvvəllərində daha iki erməni təşkilatı yaradılmışdı. Bunlar, mərkəzləri Avropada yerləşən, lakin Osmanlıda və Qafqazda yerli komitələri qurulan “Krıv” və “Droşak” idi.
1896-cı ilin oktyabrında London, 1897-ci il 13 yanvar, 1898-ci il 7 yanvar Tiflis qurultaylarında “Armenistov”, “Qnçak”, “Krıv”, “Droşak” təşkilatları birləşərək Erməni İnqilab Komitəsini (Daşnaksütun) yaratdılar.
Gizli erməni təşkilatlarının hamısı:
-    Dünya erməniləri arasında dostluq, həmrəylik təbliğatı aparır;
-    Ermənilər yaşayan bütün ərazilərdə dərnəklər yaradır;
-    Silahlı üsyanlar hazırlayırdı.
Ermənilər bütün dünyada yaşayan imkanlı ermənilərdən pul toplayıb qəzetlər çıxarır, silahlar alır, hərbi dəstələr düzəldirdilər. Təkcə “Armenistov” təşkilatının nəzdində fəaliyyət göstərən hərbi dəstənin mindən artıq üzvü var idi.
1896-cı ildə Vanda ermənilər qanlı qırğın törətdilər – yerli əhaliyə, yəni türklərə, kürdlərə divan tutmağa başladılar. Türklər və kürdlər də öz növbəsində erməniləri əzişdirməyə girişdilər, nəticədə Vandakı aktiv ermənilərin böyük əksəriyyəti qaçıb Qafqaza dağılışdı. Bu olayları törətməkdə ermənilərin əsas məqsədi Avropanın diqqətini erməni probleminə yönəltmək, Osmanlının çökməsinə çalışan Qərb dövlətlərindən dəstək almaq idi. 1896-cı il hadisələri “Armenistov” üçün də ciddi əhəmiyyət kəsb edirdi. Çünki Osmanlıdan Rusiyaya qaçan ermənilər “Armenistov”un ətrafında cəmləşərək daha da radikallaşdılar və partiyanın yeni proqramını hazırladılar. Bu proqramda “linç qanunu”na da icazə verilir və yeni daha amansız silahlı üsyanlar qaldırmaq nəzərdə tutulurdu.
Osmanlıdan sıxışdırılan ermənilər əvvəlcə, get-gedə zəifləməkdə olan Rusiyanın hakim dairələrində narahatlıq doğururdu. Polkovnik Debil (Tiflis Quberniyası Jandarm idarəsi) Qafqazdakı Mülki hissənin baş rəisliyinə göndərdiyi arayışda yazırdı ki, ermənilər silahlı üsyanlara və inqilablara hazırlaşır. Onların proqramlarına görə istəkləri yerinə yetirilməyəcəyi təqdirdə nə Osmanlıda, nə İranda, nə də Rusiyada (yəni Qafqazlarda – X.İ) sakitləşməyəcəklər. Bu millətin istəkləri, hərisliyi cilovlanmalıdır [3]. 11 may, 1905-ci ildə isə ermənilər böyük hay-küyə səbəb olan terror aksiyası törtdilər. Bakı general-qubernatoru Nakaşidze Parapet bağının yanında ekipaja atılan bomba partlayışından həlak oldu. Bakı jandarm idarəsinin rəisi Quroviç Peterburqa verdiyi yazılı məlumatda göstərirdi ki, bu terror aksiyası Daşnaksütunun Bakı MK-sı tərəfindən törədilib, məqsəd isə şəhərdə qarışıqlıq salmaqdır [4]. Az sonra ermənilər terror aksiyasına görə məsuliyyəti boyunlarına götürdülər və bəyannamə yaydılar. Sənəddə deyilirdi: Biz bu “məhkəməni”, “ədaləti” çoxdan gözləyirdik. Artıq 10 gündür ki, Bakı qubernatoru yoxdur, amma əbədi ədalət var. O, bu dəfə də erməni inqilabçılarının əliylə təzahür etdi (Erməni İnqilab Federasiyası).
XX yüzilin əvvəlində ermənilərin tez-tez silahlı üsyanlar, basqınlar, qırğınlar və talanlar, qanlı terrorlar törətdiyini və bu sahədə get-gedə fəallaşdığını, mütəşəkkil hala gəldiyini görən Rusiya, Osmanlıdan fərqli olaraq onlardan alət kimi istifadə etməyə üstünlük verirdi (əslində ermənilər məqsədli şəkildə bu yöndə fəaliyyət göstərməklə Rusiyaya özlərinin timsalında etibarlı alət təklif edirdilər). Demək olmaz ki, ruslar ermənilərdən əvvəllər alət kimi istifadə etmirdilər. Sadəcə, XIX əsrin sonlarına qədər Qafqazlarda nisbi sabitlik yaranmışdı və ermənilər o qədər də qabarıq nəzərə çarpmayan şəkildə himayə olunurdu. XIX əsrin sonlarında isə siyasi təlatümlər canlandı, Qafqazlardan verilən rəsmi danosların təsdiqlədiyi kimi ermənilərin fəallaşması Rusiya hakim dairələrində birmənalı qarşılanmadı. Ölkənin içərisində inqilabi ab-hava güclənəndə isə ermənilər yenidən sistemli şəkildə yönəldilməyə, təhrik edilməyə başlandı. Nəticədə, 1905-ci ildə Bakıda erməni-türk qırınları törədildi. Demək olar ki, bu zamandan etibarən ermənilərdə, Qafqazda Ermənistan dövlətinin yaradılmasına əminlik artdı. (1914-15-ci illərdə “genosid” adlandırılan növbəti erməni olaylarından sonra Ermənistan dövlətinin birmənalı olaraq, məhz Qafqazlarda yaradılmasına qərar verildi).
Təbii ki, belə təcavüzkar maraq Azərbaycan türklərini və gürcüləri narahat etməyə bilməzdi. Ruslara da gərək olan elə Qafqazlarda xalqlararası düşmənçiliyin kəskinləşməsi idi. Erməni liderləri ilə Rusiya rəsmiləri arasındakı gizli sövdələşmələrdən sonra tam aydın oldu ki, ermənilərin Qafqazlarda dövlət qurmaq istəkləri Rusiyanın imperiya maraqlarına qətiyyən zidd deyil, əksinə Qafqaz xalqlarına və Anadoluya qarşı effektli alətdir. Sonrakı proseslər rusların yanılmadığını göstərdi. Belə ki, ermənilər nəinki çökən Osmanlıya qarşı dağıdıcı alət rolunu oynadı, paralel şəkildə Qafqaz xalqlarının azadlıq mübarizəsinə, Rusiyadan uzaqlaşma istəklərinə ciddi əngələ, buxova çevrildi. Aydın məsələ idi ki, ermənilər Osmanlıdakına nisbətən Rusiyada öz istəklərinə daha asan nail ola bilərdi. Osmanlının çökməsi ərəfəsində və çökməsindən sonra Qafqaz türkləri (həm də gürcülər) arxasında böyük imperiyanın dayandığı ermənilərlə üz-üzə qaldı. İndi ruslar erməniləri başqa dövlət ərazisində deyil, öz hüdudları çərçivəsində asanca yönəlməyə başladılar.
Qafqazlarda türkləri yaşadığı tarixi torpaqlardan qovmaqla, etnik zəmində qırğınlar törətməklə dövlət qurmaq üçün ermənilərə əlverişli tarixi şanslar yarandı. (Cədvələd xronoloji ardıcıllıqla bu proses əks olunub)



Ermənistanda tarixən məskun olan türklərin azaldılması prosesi

İllər    Türklər    Ermənilər    Cəm
1897    313. 178    500. 000    829. 550
1926    575. 000    795. 000    1.510.000
1960    107. 700    1.301.000    1.501.600
1990    155. 000    2.101.752    2.300.000
2001        5. 568    2.963.000    2.969.555

1918-ci ilə qədər ermənilər Qafqazın cənubunda o qədər qırğınlar törətdilər ki, gürcü və azərbaycanlı siyasi liderlər milli müstəqillik, sabitlik naminə, mərkəzi İrəvan olan Ermənistan dövlətinin yaradılması məsələsini müzakirə etmək və bu istəyin gerçəkləşməsi faktı ilə razılaşmaq zorunda qaldılar.

Erməni milli maraqları
    Ermənistan Qafqaz dövlətlərinin və xalqlarının maraqları ilə uzlaşmayan, əksər hallarda isə ona ontoqonist olan mövqedən çıxış edir. 1917-21-ci illərdə bölgədə formalaşan 4 dövlətin qısamüddətli müstəqillik həyatında həmin ontoqonizm çox açıq şəkildə ortaya çıxdı: Ermənistan, Gürcüstan və Azərbaycana qarşı savaş açdı, bölgə dövlətləri beynəlxalq münasibətlərdə mövcud olan normalarla, “Qafqaz qanunları” ilə deyil, tamamilə fərqli “fəlsəfə” ilə üz-üzə gəldilər. Nədir bu “fəlsəfə”nin mahiyyəti? Ermənistan nə istəyir? Erməni milli maraqlarının təməlində nə dayanır?
Erməni millətçiliyi din millətçiliyidir. Dünyada bu cür millətçiliyə analogiya tapmaq çox çətindir. Bəzi mütəxəssislər farsların yürütdüyü islam millətçiliyi ilə erməni din millətçiliyi arasında yaxınlığın, oxşarlığın olduğunu iddia edirlər. lakin ciddi fərqlər də var. Belə ki, islam fars şovinizmi üçün daha çox siyasi pərdədir. İslam millətçilik pərdəsi altında farslar İrandakı özü boyda türk etnosunu assimilyasiya etməyi hədəf götürüb. Rəsmi Tehranın təbirincə ifadə olunsa, vahid “İran milləti” formalaşdırmaq siyasəti yürüdülür, “etnik, dini, kulturoloji inteqrasiya prosesi gedir”. Erməni din millətçiliyində isə mənzərə fərqlidir: özünü Qafqaz xalqlarından, bütövlükdə qonşulardan ayırma, əksər hallarda onlara qarşı dayanma, bir sözlə, təcridçilik. Ona görə də ermənilər özləri dünyanın hər yerində yaşasalar da, öz dövlətlərində heç kimin yaşamasını istəmirlər, hətta qonşu xristian gürcülər də Ermənistanda yaşaya bilmir. Bu zehniyyət qonşulara kəsilməyən iddialardan qaynaqlanır. Erməniləri hər zaman narahat edən qonşu xalqların da onlara eyni iddialarla çıxış etməsi ola bilərdi. Məhz bu səbədən heç kimə belə şans vermək istəmirlər, yəni Ermənistanda başqa millətin nümayəndəsi yoxdursa iddia da yoxdur. Ermənilərdə kimisə assimilyasiya istəyi də yoxdur, eyni zamanda özlərini asan assimilyasiya olunan göstərsələr də, başqa xalqlar içərisində əriyib itmirlər. Dəyişmə, başqa qəlibə düşmə ancaq formada, zahirdə qalır, mahiyyət dəyişmir.
Erməni milli marağının, Ermənistanın dövlət siyasətinin formalaşmasına təsir göstərən 3 amil mövcuddur: 1. Dünya erməniləri-diaspora, 2. Ermənistan erməniləri, 3. Dağlıq Qarabağ erməniləri. Hər üç amil XIX əsrin sonlarında artıq bir seçim kimi ortaya çıxan erməni milli ideologiyasının formalaşmasında iştirak etmiş və onun ətrafında bağlar yaratmışlar. Erməni milli ideologiyası Daşnaksütun (erməni inqilabi federasiyası) partiyasının dayandığı “erməni məsələsi”, yəni “Haydat”dır.
“Haydat”a görə erməni milli maraqlarının konsepsiyası 3 təməl üzərində qurulub:
1.    İtirilmiş torpaqların qaytarılması, birləşmiş Ermənistan milli dövlətinin qurulması. (”Böyük Ermənistan”)
2.    Yer üzərində səpələnmiş ermənilərin milli dövlətə qaytarılması.
3.    Sosial dövlət quruculuğu.  
Bu məqsədləri həyata keçirmək üçün ermənilər nə düşünür, mövcud ideyaların gerçəkləşməsi hansı metod və vasitələrin tətbiqi ilə mümkün sayılır?
Daşnaksütun ideoloqlarının fikrinə görə, erməni milli maraqlarının təmin olunması, həyata keçməsi inqilablara, silahlı mübarizəyə bağlıdır. Qrant Markaryan yazır: “Neçə ki, dünyada qanun yox, güc həlledicidir, Daşnaksütun siyasi və ideoloji hərəkat kimi qanuni və həm də inqilabi güc kimi qalmağa borcludur” [5]. Bu mülahizədə inqilabi mübarizənin qanunsuzluğu göstərilməklə yanaşı, haqq və ədalətin bərpası naminə qanunsuz fəaliyyət məqbul, həm də mümkün variant sayılır. Digər Düşnaksütun ideoloqu Eduard Ohanesyanın mülahizələrində də mövcud məntiq özünü açıqca biruzə verir: “Ədalət” ruhani dəyər kimi qanundan yuxarıda dayanır. Bu yüksək dəyərlərin bərqərar olması üçün qanunlardan yan keçmək, hətta onu zorla dəf etmək olar [6].
Məsələ aydındır. Maraq doğuran odur ki, Daşnaksütun ideoloqları “ədalətsizlik” deyəndə nəyi nəzərdə tuturlar?
Heç şübhəsiz, ilk növbədə “Haydat” konsepsiyasında aparıcı xətt olan “itirilmiş torpaqlar”dan söhbət gedir. Əgər Daşnaksütunun əsas məraml itirilmiş torpaqların qaytarılmasıdırsa, deməli, ədalətsizlik edənlər “tarixi erməni torpaqlarını ələ keçirənlərdir”. Bu torpaqların geri qaytarılmasının ən optimal yolu isə inqilablar və silahlı mübarizədir. Lakin beynəlxalq normalarda, qanunlarda, sərhədlərin zorla dəyişdirilməsi, ərazi işğalları yolverilməz hesab edilir, silahlı inqilablar rəğbətlə qarşılanmır. Belə olan təqdirdə erməni marağı beynəlxalq münasibətlər sistemindəki normalarla, qayda-qanunlarla baş-başa gəlir və mövcud beynəlxalq qaydaların pozulması zərurəti yaranır. “Ədalətsizliyə qarşı qanunlardan yan keçməyin və onu pozmağın mümkünlüyü, zəruriliyi” prinsipi elə bu məntiqdən qaynaqlanır. Deməli, ermənilərin ədalətsiz hesab etdikləri, həm də “itirilmiş torpaqlar”ın qaytarılmasına əl yeri qoymayan beynəlxalq normalar, qayda və qanunlardır [7].  
Tarixdən çoxsaylı nümunələr gətirmək olar ki, ermənilər ancaq beynəlxalq miqyasda ciddi dəyişmələr, müharibələr baş verəndə “itirilmiş torpaqlar” ını qaytarmağa başlayıb, qonşu dövlətlərin ərazilərində inqilablar, çaxnaşmalar, silahlı toqquşmalar, üsyanlar qaldırıb, qırğın və fəlakətlər törədib, torpaqlar işğal ediblər. 1905-1907-ci illər Bakı qırğınları, 1914-1915-ci illər Anadoluda Van həndəvərindəki silahlı üsyanlar, 1917-1920-ci illər Qarabağ qırğınları, 1918-ci il mart-aprel Şamaxı, Bakı, Gəncə, Quba qırğınları, 1919-cu il Gürcüstanın Broçalı-Axırkələk bölgəsindəki müharibə və qırğınlar, 1920-ci il may ayında Gəncə üsyanı zamanı XI qırmızı ordu əsgərləri ilə birlikdə şəhər əhalisinə divan tutulması, nəhayət, 1989-cu ildən başlayaraq Dağlıq Qarabağda, Naxçıvanda, Abxaziyada, Cavaxda törədilən soyqırımları, ərazi işğalları və ya gələcək ərazi iddialarına hazırlıq deyilən fikrə bariz nümunələrdir.
Birinci dünya müharibəsi, 1917-1921-ci illər Qafqaz dövlətlərinin müstəqillik dönəmləri, 1919-1921-ci illər Qafqaz xalqlarının yenidən Rusiyanın /sovet/ əsgəri işğal altına alındığı və yerli əhaliyə divan tutulduğu dövr, nəhayət, SSRİ-nin çökməyə başladığı, bununla da böyük Avrasiya məkanında nəhəng dəyişmələrin, lokal toqquşmaların, münaqişələrin ortaya çıxdığı tarixi mərhələ beynəlxalq münasibətlərin ortaya çıxdığı tarixi mərhələ beynəlxalq münasibətlər sistemində ciddi dəyişmələr, dərin böhranlarla müşayiət olunurdu. Erməni milli marağının gerçəkləşməsi üçün məhz beynəlxalq münasibətlərin bu cür kəskin böhranlarla üzləşməsi ən optiaml şərait hesab olunur.
“İtirilmiş torpaqlar” məsələsi ermənini ətraf dünyaya, öz qonşularına qarşı qəzəb notlarında kökləyir. Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru M. Sarkisyan yazır: “Erməni etnik şüurunda son yüz ildə “haqqın qoruyucusu” obrazında qəribə bir stereotip yaranıb ki, bu xalqın həmişə xarici güclərin qurbanı olması ilə bağlıdır” [8].  Fikrin məntiqindən belə məlum olur ki, erməni ancaq o vaxt haqq, ədalətin bərqərar olmasından danışa bilər ki, baqa qonşu xalqların haqqı tapdansın. Yəni ermənilər öz “itirilmiş torpaqlar”ını geri qaytarmaq istədikdə buna mane olmaq haqsızlıq, ədalətsizlikdir. Belə maneçiliklə üzləşmə isə “kənar güclərin qurbanına çevrilməyə”gətirib çıxarır.
Ən qorxulu hal odur ki, son yüz ildə ermənilər bu ruhda tərbiyə olunublar, yəni “itirilmiş torpaqlar”, “kənar təcavüzün qurbanı olmaq” məsələsinə özlərini inandırıb, deyilənlərin gerçəklik olduğunu yeni nəsillərə təlqin ediblər. “İtirilmiş torpaqlar” isə Türkiyənin Van əyaləti, Azərbaycanın Naxçıvan, Dağlıq Qarabağ və Kürə qədər olan ərazisi, Gürcüstanın Borçalı və Cavax bölgələridir.
Erməni faciələrinin əsasında bu iddialar dayanır. Ermənilər bütün qonşularına, o cümlədən beynəlxalq münasibətlər sisteminə, dünya təşkilatlarının dayandığı normalara iddialıdır. (Ermənistan Türkiyəyə torpaq və genosid; Azərbaycana ərazi, mədəniyyət; Gürcüstana ərazi və mədəniyyət iddiasındadır. Bu iddialarla bağlı minlərlə kitablar yazılıb. Bunlardan başqa ermənilər Türkiyə və Qafqaz xalqlarının mətbəxlərindən tutmuş, musiqilərinə qədər yaxşı nə varsa, hamısını özününkü sayır. Hətta qonşu xristian  Gürcüstanın cənub və qərb nahiyyələrindəki dini abidələrin, qəbirüstü daşların böyük əksəriyyəti erməni abidələri kimi kataloqlaşdırılıb, dünyaya yayılır).
Bütövlükdə, Qafqazda narahatlıq doğuran, qonşulara baş ağrıları gətirən və və erməni şüurunda gerçəklik, həm də haqq-ədalət obrazında inikasını tapan bu iddialar “Böyük Ermənistan” ideyasından və təbii ki, həmin ideyanın kartoqrafik əksindən qaynaqlanır. Kommunist Rusiyası üçün Lenin mavzoleyi nədirsə, ermənilər üçün “Böyük Ermənistan” xəritəsi odur. Bu xəritə erməni yuxusunu ərşə çəkir, onu qonşularına ilıq baxmağa, etibar etməyə qoymur.
Qafqaz xalqları öz milli azadlıqları uğrunda mübarizə aparanda, erməniləri “milli ərazilərin qaytarılması” düşündürüb, “ərazilərin azad olunması” (qonşu dövlətlərin torpaqları nəzərdə tutulur) problemi narahat edib. Ona görə də erməni şüurunda “itirilmiş torpaqlar”ın qaytarılmasını istisna edən milli azadlığa yer yoxdur. Ermənistan üçün silaha heç vaxt onun azadlığını əlindən alan Rusiya /sovet/ imperiyasına qarşı vasitə kimi baxılmayıb. Əslində Yerevan üçün Kremldə ağların, qırmızıların, yaxud da demokratların oturmasının heç bir fərqi yoxdur. Hakimiyyətə gəlib-gedənlərin məzmun və xarakterindən, siyasi tipologiyasından, dəyişən rənglərdən asılı olmayaraq Moskva ilə Yerevanın bir-birlərinə baxışı heç vaxt dəyişməyib. Bu məntiq onu da deyir ki, Ermənistan üçün Rusiya imperiyasından qopmaq çox zəif şəkildə milli azadlıq məsələsi kimi qavranılır. Yerevanda, 9 aprel Tbilisi, 20 yanvar Bakı, 21 yanvar Riqa hadisələrinin analojisini düşünmək özü də sadəlövhlük olardı.

İdeoloji-siyasi və geosiyasi mülahizələr
Son zamanlar ermənilərin daha çox populyarlaşdırmaq istədikləri “erməni genosidi” ideologiyası nə üçün düşünülüb, nəyə xidmət edir?
1.    Dünyaya səpələnmiş ermənilərin vahid şəbəkəsini yaratmaq, onları bir ideya ətrafında birləşdirmək.
2.    Türklərin timsalında düşmən obrazı yaratmaqla erməniləri daim ayaqda saxlamaq.
3.    Antitürk ovqatından və maraqlardan istifadə etməklə böyük dövlətləri Türkiyəyə qarşı fəaliyyətlərə təhrik etmək.
4.    Uydurma genosidin arxasında gizlənib gerçək genosid həyata keçirmək (məsələn, Xocalı qətliamı)
5.    Türkiyəni təzyiq altında saxlamaqla, onu Qafqazlardan uzaq salmaq və Azərbaycanı təkləmək.
6.    “Genosid” çətiri altında toplanan maliyyə vəsaitindən ümumerməni diasporunun və ayrı - ayrı fərdlərin biznesini qurmaq.
Ermənistan çox əhəmiyyətsiz geostrateji və siyasi mövqeyə malik qapalı dövlətdir. Bunu nəzərə alan erməni strateqləri Dağlıq Qarabağ məsələsinə ancaq Rusiya-Ermənistan münasibətləri çərçivəsində baxmağı qeyri-məqbul variant hesab edərək, əsasında iddialar, təcridolunma və xarici güclərin tormozlanması, balanslaşdırılması prinsipləri dayanan doktrinaya üstünlük verirlər. Bu doktrinanın əsas istiqamətlərini aşağıdakı kimi ümumiləşdirmək olar:
- Ermənistan öz zəif geosiyasi mövqeyini, mövqeyi güclü olan qonşulara (açıq sulara birbaşa çıxışı olan Gürcüstana, zəngin karbohidrogen ehtiyatını əsasən Gürcüstan ərazisindən dünya bazarına çıxaran Azərbaycana) iddialar irəli sürməklə kompensasiya edir, bu sahədə mövcud olan təbii boşluğu doldurmağa çalışır;
- Ermənistan paralel şəkildə özünütəcrid və inteqrasiya siyasəti yürüdür. Bu məntiqə görə inteqrasiya şərtləri erməni milli maraqları baxımından müəyyənləşdirilir, qloballaşma prosesinin hansısa parametri Yerevanın özünütəcrid kursuna uyğun gəlmədikdə o qəbul olunmur. Məsələn, Dağlıq Qarabağ məsələsənin həlli ilə Avroatlantik məkana inteqrasiya arasında paralel aparılır. Yəni bu məsələ Ermənistanın xeyrinə həll olunmursa Qərbə inteqrasiyaya da məqbul variant kimi baxılmır (erməni şüurundakı “xarici təcavüz” stereotipi də inteqrasiya məsələsinə ifrat qısqanclıq yaradıb).
- Ermənistan Rusiya və Türkiyənin, bütövlükdə Qərbin Qafqazdakı maraqlarını balanslaşdırdığını düşünür və “iqtisadi, siyasi ekspansiyaları” tormozlayır. Erməni analitiklərinin fikrincə, Qafqazda yeganə dövlət Ermənistandır ki, bölgənin birmənalı orientasiyasının ziyanlı olduğunu dəyərləndirir və ona qarşı çıxır. Bu mülahizəyə görə Gürcüstan və Azərbaycanın Qərbə birmənalı inteqrasiya kursunun bəlalar gətirəcəyindən ehtiyat edən Ermənistan başqa dövlətlərin də Qafqaza cəlb olunmasına çalışır. Məqsəd super güclərin bölgədə bir-birini tormozlamasına nail olmaqdır. Erməni strateqləri Ermənistanın missiyasını məhz bu tormozlama strategiyasında görürlər.
Erməni analitiklərinin mülahizlərinə görə Dağlıq Qarabağ məsələsi Gürcüstanın da mənafeyi baxımından diqqəti cəlb edir. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsi Gürcüstanın bölgədə mövqeyini gücləndirir, onun neytral, həm də bəzi hallarda arbitr siyasəti yürütməsinə imkanlar açır. Bu məntiqlə Gürcüstan bölgədə güclənmək üçün Dağlıq Qarabağ məsələsində erməni milli maraqlarına qarşı dayanmamalıdır.
Analoji baxış Ermənistan-İran münasibətlərində də aparıcı xətt təşkil edir. İran bütövlükdə Qərbin inteqrasiya prosesinə qarşı dayanacaq güc kimi deyil, Rusiya və Çinə təkan verəcək geosiyasi oyunçu kimi, eyni zamanda Türkiyənin Qafqazda iqtisadi və kulturoloji ekspansiyalarına sipər ola biləcək rəqib kimi nəzərdən keçirilir.

Yekun mülahizələr
Ermənilərin dəyişən dünyanın şərtlərinə uyğunlaşa biləcəkləri, qonşulara arası kəsilməyən iddialardan əl götürəcəkləri şübhə doğurur. Bu dövlətin dünyadakı mövcud normalara əməl etməsi üçün dünya birliyindən ciddi və real təzyiqlər gözləmək də əbəsdir. Çünki Ermənistan Türkiyənin qonşuluğunda yerləşir və ona hər zaman Türkiyəyə təzyiq vasitəsi kimi baxılır. Əslində Ermənistanın “dəyəri” Türkiyənin qonşuluğunda yerləşməsinə bağlıdır. Bunu ermənilər yaxşı başa düşür və “iddialarından” əl götürmür. Türkiyə ilə mehriban qonşuluq Ermənistanın Qərb dövlətlərinin nəzərində etibardan və qiymətdən düşməsi, eyni zamanda diasporu saxlayan əsas bağın qırılması deməkdir. Ermənistanın aqressiv planlarının və xəyallarının reallaşmasının qarşısının alınması beynəlxalq hüququn, beynəlxalq təşkilatların fəaliyyətlərindən deyil, Azərbaycan və Türkiyənin hər zaman güclü olmasından asılıdir.

Ədəbiyyat
1.    Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Partiyalar və İçtimayi Hərəkətlər Dövlət Arxivi (ARPİİ SPİHDA), fond 276, op. 8, iş 33, vərəq 5
2.    ARPİİ SPİHDA, fond 276, op. 8, iş 33, vərəq 2
3.    ARPİİ SPİHDA, fond 276, op. 8, iş 110, vərəq 11
4.    ARPİİ SPİHDA, fond 276, op. 8, iş 110, vərəq 6
5.    Sarkisyan M. Politiçeskie Problemı Kavkaza i Armeniya. Politika Armenii v reqione. Yerevan, 1995
6.    Yenə orada
7.    İbrahimli H. Deyişen Avrasiyada Kafkasiya. Ankara: ASAM, 2001, 96 s
8.    Sarkisyan M. Politiçeskie Problemı Kavkaza i Armeniya. Politika Armenii v reqione. Yerevan, 1995
9.    Aslanlı Araz. Karabakh problem. Baku, 2009, p.,128
10.    Cafersoy Nazim. Elçibey dönemi Azerbaycan dış politikası (Haziran-1992, Haziran-1993). Ankara: ASAM, 2001, 41 s.



VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Dek.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Gecə: +6.. +8dumanlı yağmursuz
Səhər: +8.. +10buludlu yağmursuz
Gündüz: +10.. +12buludlu yağmursuz
Axşam: +8.. +10dumanlı yağmursuz
Atm. təziyi: 769
Rütübət: 78 %


free counters

2024 www.atxem.az
Powered by Danneo