Axtarış: 
“20 yanvar – 20 il” (19.01.2010)
+  -  Çap 
Yerləşdirilib: 14.03.12 | Baxılıb: 2923
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Yanvarın 19-da “Qafqaz Point” otelinin konfrans zalında Milli QHT Forumu və “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” (ATXƏM) İctimai Birliyi “20 yanvar – 20 il” mövzusunda Dəyirmi Masa keçirdi.
Tədbirdə dövlət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarının nümayəndələri, tanınmış ziyalılar və QHT rəhbərləri iştirak edirdi.
Tədbirdə məruzə ilə çıxış edən AMEA Tarix İnstitunun direktor müavini, t.e.n. Cəbi Bəhramov 20 yanvar hadisələrinin mahiyyətindən bəhs edərək, qanlı 20 yanvar gününü Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bir gün kimi dəyərləndirdi və həmin günü milli-azadlıq tariximizin qürur duyulası bir səhifəsi adlandırdı.
“Həmin gün ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistan və onun havadarı olan keçmiş SSRİ rəhbərliyinə qarşı etiraz səsini ucaldan xalqımızın üzərinə sovet ordusunun döyüş hissələri yeridilmiş və nəticədə Azərbaycanda misli görünməmiş bir faciə yaşanmışdır. 135 nəfərin (20-dən çox qadın, uşaq) qətlə yetirildiyi, 600-dən çox insanın yaralandığı o qanlı gecədə Bakıya Sovet imperiyasının 20 mindən çox qoşun kontingenti yeridilmiş, sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı genişmiqyaslı terror aktı həyata keçirmişdir.
Digər məruzəçi t.e.d, professor Anar İsgəndərov qeyd etdi ki, 20 yanvar hadisələri xalqımıza faciə yaşatmasına baxmayaraq, Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu qıra bilməmişdir. “Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz müstəqillik əldə etdi. 20 Yanvar hadisəsi XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktlarındandır. Təəssüf ki, Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu hüquqi və siyasi qiymətini almayıb. 20 Yanvar hadisələri ilə bağlı 100 cildlik istintaq materialının 69 cildi araşdırılmaq məqsədilə Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılsa da, bu sənədlər bir daha geri qaytarılmayıb. Çünki, 20 Yanvar faciəsinin törədilməsində bilavasitə Kreml və M.Qorbaçov günahkar olmuşdur”.
Tədbirdə çıxış edən Prezident Adminstrasiyası ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev qeyd etdi ki, 20 yanvar hadisələri törədildikdən sonra uzun müddət bu hadisələri törədənlər hüquqdan yaxa qurtarmağa çalışsalar da, yalnız bu qanlı hadisəyə ilk olaraq öz münasibətini ümummilli liderimiz Heydər Əliyev bildirmişdir. “Heydər Əliyev 21 yanvar 1990-cı ildə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək, bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, 20 yanvar faciəsini hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd olduğunu bildirmişdir. Heydər Əliyevin verdiyi bu kəskin bəyanat Azərbaycanda yeni bir siyasi dövrün başlanmasına işarə olmuşdur. Daha sonra Ulu Öndər növbəti sərt addım ataraq SSRİ Nazirlər Sovetinin partiya təşkilatına 19 iyul 1991-ci ildə ərizə yazaraq, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmiş, eyni zamanda Kommunist Partiyasının sıralarını tərk etmişdir”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni hadisələrdən sonrakı dönəmə nəzər salaraq, qeyd etdi ki, o vaxtlar Azərbaycanda hakimiyyətdə olan qüvvələrin əsas vəzifəsi qanlı 20 yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, təssüf ki, bunu etmədilər. “1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin 22 yanvar tarixində başlanmış olduğu müzakirələr də bir müddət sonra dayandırıldı və nəticəsiz qaldı. “Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1994-cü il martın 29-da qəbul edilən qərarda bu hadisəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmiş, 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir. Haqlı olaraq bu sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, o vaxtkı Azərbaycan KP rəhbərlərinin də xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapmışdır”.
“Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” (ATXƏM) sədri İlham İsmayılov isə bildirdi ki, 20 yanvar hadisələri xalqımız üçün bir faciə olmaqla yanaşı, həm də mahiyyət etibarilə Azərbaycan xalqının milli-azadlıq tarixinin qürur duyulası bir səhifəsidir. “Çünki bir tərəfdə azadlıq üçün mübarizə aparan xalq, digər tərəfdə isə həmin azadlığın qəsdinə durmuş sovet imperiyası dayanırdı. Lakin o hadisələrdən 20 il ötəndən sonra baxırıq ki, həmin gün bütün Azərbaycan xalqının birlik günü olmuşdur. O gün həm də bütün türk dünyasının birləşdiyi, milli oyanış günü kimi tarixdə düşməlidir. Təssadüfi deyil ki, 20 yanvar hadisələrindən sonra bu faciəni dünyaya çıxaran və ən çox təpki göstərən də başda Türkiyə olmaq üzrə qardaş Türk ölkələri olmuşdur. Biz bu gün də həmin dəstəyi qardaş türk cumhuriyyətlərindən görməkdəyik”.
Dəyrimi Masada çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov da 20 yanvar hadisələrini törədənləri qınayaraq, bu hadisənin qardaş Azərbaycanın milli azadlıq hərakatındakı rolunu xüsusilə vurğuladı. O bildirdi ki, bu hadisələr keçmiş sovet imperiyasının dağılmasını daha da sürətləndirdi və nəticədə 70 ildən artıq bir vaxtda müstəmləkə altında olan respublikalar öz müstəqilliyinə qovuşdular.
Daha sonra çıxış edən Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin katibi Özer Şayık, Tacikstan, Ukrayna, Gürcüstan səfirliyinin nümayəndələri, Beynəlxalq Sülh Federasiyasının rəhbəri Toru Nishiwaki da 20 yanvar hadisələrinin mahiyyətindən danışaraq, bu qanlı olayı törədənləri qınadılar.
Tədbirdə çıxış edən QHT rəhbərləri 20 Yanvar hadisələrini Azərbaycan xalqına qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi sayaraq, təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olmasında hər zaman Azərbaycan dövləti və millətinin yanında olacaqlarını bildirdilər.
Sonda 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsi və cinayətkarların cəzalandırılması üçün Beynəlxalq İnsan Hüquqları Məhkəmələrinə müraciət edilməsi məqsədəuyğun hesab edilərək, QHT-lərdən ibarət işçi qrupunun yaradılması qərara alındı.


ATXƏM-in Mətbuat xidməti

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo