Axtarış: 
Niyə Ərdoğan…!?
+  -  Çap 
Yerləşdirilib: 02.04.12 | Baxılıb: 2970
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
O, Ərbakanın uğursuzluqlarından dərs çıxarmağı bacardı və dövlətin laikliyin  qoruyub saxladı…
O, Ərbakanın uğursuzluqlarından dərs çıxarmağı bacardı və dövlətin laikliyin  qoruyub saxladı…

       Ərdoğan kimdir?

Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə anadan olub. Ailəsi çalışmaq üçün İstanbulda yaşamağa qərar verəndə Ərdoğanın 13 yaşı vardı. Ərdoğan gəncliyində ailəsinə maddi yardım göstərmək üçün İstanbul küçələrində limonat və smit satırdı. Ərdoğanın aldığı dini dərs düşüncəsində önəmli rol oynadı. Öncə İstanbul İmam Hatip Lisesində oxudu. Lisedən sonra Mərmərə Universeti İqtisadiyat bölümün bitirdi.
Ərdoğan gənclik illərində peşəkar futbolla məşğul idi. Əgər siyasəti secməsəydi bu gün peşəkar bir futbolcu olardı. Ərdoğanın futboldan siyasətə keçməsinə də səbəb olan bir hekayədə var: 1980- ci ildə Kənan Evrenin hərbi çevrilişi zamanı Ərdoğan ilk laiklik sorunuyla qarşı-qarşıya gəldi. K.Evrenin iş yerlərində və Unversetlərdə inanclı insanlara basqı Ərdoğanı öz işindən istefa verməyə məcbur etdi.

  Ərdoğanın siyasi həyatı…

Ərdoğan unverset illərindən islamı parlamentə, siyasətə gətirən və Türkiyənin ilk islamcı başbakanı Ərbakanın yanında siyəyasi fəaliyyətə başladı. Türkiyənin ən böyük şəhri olan İstanbuldan bələdiyə başkanı secilməsi Ərdoğanın ilk siyasi uğuru idi. Bu qalibiyyət Ərdoğanın siyasi həyatında cox önəmli uğur idi. Ərdoğan bələdiyə başkanlığı dönəmində ona qarşı müxalif olan insanların fikrin öz əməli addımıylıa məhv elədi..
Ərbakanın partiyası bağlandıqdan sonra Ərdoğan haqlı olaraq öz partiyasın yaratmaq və silhadaşlarıyla mücadiləyə başlamağa qərar verdi.Yaxın silahdaşı Abdulla Güllə birlikdə “ Ədalət və İnkişaf ” Partiyasın yaratdı. Bu partiya Türkiyədə indiyə qədər olan islam partiyalarından çox fərqlənirdi. Hətta deyərdim ki, Ərbakanın qazana bilmədiyi uğurlara imza atdı. AKP-nin əsas uğuru iqtisadi baxışları və ölkəyə xarici kapitalı çəkmək idi.  AKP-nin uğurlu proqramı 2002-ci ildə tək başına seckidə qalib olaraq digər islamcı sələfilərindən fərqli olaraq orduyla hökümət arasında problemi bir kənara qoymağı bacardı. Baş örtüsü sorunu buna nümunədir.
Ərbakandan fərqli olaraq xarici dil bilməyən Ərdoğan buna baxmayaraq Amerika və Avropayla sıx diplomatik əlaqələr qurmağı bacardı. Xarici siyasəti bilmir deyənlər Ərdoğan Amerika və İsrail əlaqələrində istifadə edərək Amerika, Avropa, İsrail və Ərəb dünyası arasında bir körpü oldu. Ərdoğan İsrail-Suriya, Amerika-İran görüşlərində yardımcı olması regionda Türkiyənin artan gücünü göstərirdi. Bunun da bəzilərinin düşündüyü kimi İslam siyasətiylə hec bir adiyyatı yoxdur. Əksinə Türkiyənin, burda əsil məqsədi, Türkiyənin güc olaraq Orta Doğuda siyasi proseslərin önündə getməkdir.
Ərdoğanın Türkiyənin daxilində PKK-ya qrşı addımları, İrakın şimalındakı kürdlərə hücumun millətcilər Amerikadan yanan yaşıl işıq kimi dəyərləndirdi. Ancaq Ərdoğan Amerikanın tutduğu siyasi xətdən kənar olaraq İranla iş birliyinə getməsi və İrakın şimalındakı PKK tərəfdaşlarına qarşı apardığı mücadilə, Türkiyə daxilində müxalifətin və xüsusilə millətci kəsimin Ərdoğana və onun komandasına olan inamsızlıq fikrin sındırdı. Bu olay göstərdi ki,  Ərdoğan və onun komandası hec də kimlərinsə düşündüyü kimi xarici güclərin marağına yox Türkiyənin inkişafı və yüksəlməsi yönündə başarı addımlar atır.

Ərdoğan- Siyasi proseslərdən qalib çıxan LİDER…

Ərdoğanın qalibiyyəti nədir? Onu ölkəsində ve regionda sevdirən nədir?
Bu gün mənim üçün Türkiyə tarixində iki siyasi Lider var ki, o liderlər atdığı addımlarla Türkiyənin qalib ölkə olaraq siyasi coğrafiyada öncül sıralara gətirdi. Bu siyasi liderlərdən biri Atatürkdür. Atatürk Türkiyəni parcalanmaqdan və məhv olmaqdan qurtardı. Mən Atatürkün xidmətlərin mənə nə qədər çətin olsa da bir sözlə ifadə etmək istəyirəm. Atatürk Türkiyəni Avropadan xilas elədi və Avropalasdırdı. Bax Atatürkün böyüklüyü və liderliyi bu idi.
İkinci siyasi Lider Ərdoğandır.
Ərdoğanın rəhbərlik etdiyi AKP-nin bir-birinin dalınca qələbə çalmasının başlıca səbəbi məhz ideoloji səbəbdir. AKP-yə Ərdoğan kimi islam dünyasında ilk olaraq demokratiya ilə islamın ən optimal sintezini yarada bilmiş bir lider rəhbərlik edir. Ərdoğan bir tərəfdən xələfi Ərbakandan siyasi islamı, digər tərəfdən çağdaş Avropa demokratiyasının dəyər və prinsiplərini mənimsəyərək hər ikisini çox bacarıqlı şəkildə əlaqələndirə bilmişdir. Nəticədə, həm Türkiyədə radikal islamçıların hakimiyyəti ələ almaq təhlükəsindən əndişələnən qərb üçün, həm də bundan əvvəlki qərbçi, amma eyni zamanda islamdan xeyli uzaqlaşmış qüvvələrin hakimiyyətindən narahat olan islam aləmi üçün eyni dərəcədə əvəzolunmaz bir liderə çevrilmişdir..
AKP-nin qələbəsinin digər səbəbi xarici siyasətdə əldə etdiyi uğurlar olmuşdur. Xarici siyasətdə Ərdoğan ilk baxışdan çox riskli görünən və heç bir hakimiyyətin dilinə belə gətirə bilməyəcəyi ideyaları cəsarətlə dəstəkləmiş və sonra çox böyük müvəffəqiyyətlə həmin prosesdən Türkiyəni qalib kimi çıxarmağı bacarmışdı.

Birincisi, Şimal Kipr Türk Respublikasında Kiprin birləşməsilə bağlı BMT-nin təşəbbüsülə referendumun keçirilməsi.
Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətində Kiprin birləşməsilə bağlı referendum keçirilməsinə razılıq verdikdə istər Türkiyədəki, istərsə də Türkiyədən kənardakı milliyyətçi kəsim bunu Şimali Kipr türklərinə və Türkiyəyə xəyanət, qərbə satqınlıq, yunanların qarşısında təslimçilik kimi dəyərləndirdilər. Amma, Referendumun nəticələrindən sonra həm Türkiyə, həm də Şimali Kipr qalib çıxdı və dünya ictimaiyyəti Türkiyəni və Şimali Kipr Respublikasını daha barışcıl, daha konstruktiv, daha haqlı tərəf kimi etiraf etməyə məcbur oldu…

İkincisi, İraq münaqişəsində Türkiyənin antiterror koalisiyaya qoşulmaqdan imtina etməsi.
Ərdoğanın bu addımı da bir mənalı qarşılanmadı. İlk vaxtlar meydana çıxan bu addımla Türkiyənin öz ənənəvi müttəfiqi ABŞ-dan uzaqlaşacağı, İraq münaqişəsinin nəticələrinin Türkiyənin əleyhinə olacağı və.s kimi əndişələr münaqişə başa çatdıqdan sonra öz yerinə Ərdoğanın uzaq görən siyasətçi olması və Türkiyənin mənafelərini daha həssaslıqla qoruması fikirlərini verdi. Türkiyə İraq münaqişəsindən kənarda qalmaqla antiterror koalisiyasının düşdüyü batağa düşmədi, bu münaqişənin haqsız başladılmasını qəbul edənlərin rəğbətini qazandı və bölgə xalqları tərəfindən ədalətli tərəf kimi qəbul edildi. Bu Türkiyəyə Ərəb dünyasıla yaranmış problemlərdə birmənalı vastəçi statusunu  qazandırdı.

Üçüncüsü, Ermınistanla sərhədlərin açılması məsələsində Ərdoğan siyasəti.
Əslində Ermənistan xristian dünyasını öz arxasına yalnız ona görə ala bilirdi ki, guya bu siyasi coğrafiyada özünə türk təhlükəsi olduğunu bütün dünyaya inandıra bilirdi. Türkiyənin Azərbaycanla münaqişəli vəziyyətdə olan Ermənistanla sərhədlərin açılmasına razılıq verməsi ermənilərin bu mənəvi antitürk diplomatiyasına böyük zərbə vurdu və Türkiyənin tutduğu konstruktiv mövqe fonunda Ermənistan aqressiv və qeyri konstruktiv tərəf kimi göründü.
Ərdoğanın ikinci bacarığı onun xarici siyasətdəki uğurlarını daxili siyasətdə möhkəmləndirməsi olmuşdur. Türkiyənin tarixində ilk olaraq Ərdoğan 30 illik kürd problemini “ demokratik açılım” projesi kimi ictimai müzakirəyə çıxarmış, nəticədə siyasi kürdçüləri, terrorist kürdçülərdən ayırmaqla qarşısındakı cəbhəni differensasiya etməyə məcbur etmişdir. Əvvəlki, dönəmlərdə adət halı almış kürd partiyalarını bağlamaq əvəzinə onları siyasi dialoqa cəlb etmiş və bu dialoqda onları tərkisilah etməyi bacarmışdır. Ərdoğan dünyaya Türkiyədə kürd problemi yox demokratiya problemi oldugunu inandıra bilmiş və ölkə Konstitusiyasında edilən dəyişiklərlə və yeni Ana Yasa projesilə  bu problemin qanuni və siyasi həll olunacağına əminlik yaratmışdır.
Ərdoğanın iç siyasətdəki digər ən böyük uğurlu Türk Silahlı Qüvvələrilə düzgün siyasi əlaqələr qurması olmuşdur. İlk baxışdan Ərdoğanın ordu ilə bağlı atdığı addımlar TSQ-ni zəiflətmək kimi görünsə də, əslində silahlı qüvvələri siyasətdən kənar saxlamaqla Türk ordusu haqqında dünyada formalaşmış mənfi rəyi dağıtmağa, ordunun  xalq arasında etibarını dünyada isə nüfuzunun artması nail olmuşdur.
Bütün bu saydıqlarımzı və saya bilmədiyimiz uğurlu siyasət və qalibiyyət bir daha Ərdoğanın və onun komandasının nə qədər güclü olduğun göstərir. Mənim fikrimə görə Ərdoğan əzilməkdə olan Türk-Müsəlman dünyasını qaldırdı. Türkiyənin Osmanlı dönəmindəki nüfuzun getdikcə daha ağıllı və daha güclü şəkildə bərpa edir. Bunu ərəb baharındna sonra Türkiyənin Orta Doğudakı gücü və mövqeyilə görə bilərdik.

Bütün bunlara görə yalnız sonda bir söz demək olar…TƏŞƏKKÜRLƏR ƏRDOĞAN….

Ərdoğanın uğuru Türkiyəmizin uğurudu…
Türkiyəmizin uğuru bizlərin uğurumuzdur…

Ruslan İzzətli




VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Dek.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Gecə: +6.. +8dumanlı yağmursuz
Səhər: +8.. +10buludlu yağmursuz
Gündüz: +10.. +12buludlu yağmursuz
Axşam: +8.. +10dumanlı yağmursuz
Atm. təziyi: 769
Rütübət: 78 %


free counters

2024 www.atxem.az
Powered by Danneo