Axtarış: 
İrana heç bir hərbi müdaxilə olmasa belə...
+  -  Çap 
Yerləşdirilib: 11.05.12 | Baxılıb: 6342
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Ilham İsmayılov: "Azərbaycan türklərinin milli mücadiləsi mövcud rejimin sonunu gətirəcək".

“Bu gün İran Azərbaycandakı hüquqi, demokratik dəyərlərə aqressiv münasibəti ilə fərqlənir”

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun müsahibəsi


-İlham müəllim, son vaxtlar mətbuatda İrana qarşı hərbi müdaxilələrin baş verəcəyi ilə bağlı yazılar əksini tapır. Bununla bağlı nə deyə bilərsiniz?

-Doğrudur, son vaxtlar müxtəlif mətbuat orqanlarında Birləşmiş Ştatlar, Böyük Britaniya və İsrail üçlüyünün İranda yaxın vaxtlarda hərbi əməliyyatlara başlayacağı ilə bağlı xəbərlər yayılmaqdadır. İlk baxışdan bu bir təbliğat xarakteri daşısa da, gec-tez biz real olaraq İrana qarşı hərbi müdaxilənin qaçınılmaz olduğunu da görürük. Çünki artıq bütün beynəlxalq aləm insan hüquqlarının total şəkildə pozulmasına, ortaçağ prinsipləri ilə idarəçilik üsul-idarələrini qəbul etmir. Bu gün İranın region dövlətləri, eləcə də bütün dünya üçün bir təhlükə rolu oynadığı artıq hamıya bəllidir. Bu gün bütün dünya ictimaiyyəti Suriya xalqının müdafiəsinə qalxdığı vaxtda, İran hələ də Bəşər Əsəd rejiminin ömrünün uzadılmasına yardım etməkdədir. Yaxud biz İranın Dağlıq Qarabağ probleminin həllində tutduğu mövqeyə fikir versək, görərik ki, bu gün İran işğalçı Ermənistan üçün bir “ilham mənbəyi” rolunu oynamaqdadır. Həmçinin bu ölkə bütün qüvvəsi ilə Ermənistanı dəstəkləməkdədir. Təbii ki, biz regionumuzda yeni bir münaqişə ocağının yaranmasını istəmirik. İrana qarşı olan hərbi müdaxilələr qonşu dövlət olaraq bizə də olduqca mənfi  təsirini göstərəcək. Üstəlik, İranda yaşayan 40 milyona yaxın Azərbaycan türklərinin taleyi də bizi narahat etməkdədir. Lakin İranın bu gün tutduğu yolda, apardığı siyasətdə də bölgənin taleyi həmişə narahatçılıq doğurmaqdadır. İran bu gün bölgədə özünü islam dəyərləri ilə idarə olunan bir dövlət sayır, lakin Dağlıq Qarabağda qətlə yetirilən minlərlə müsəlmanın qətlinə göz yumaraq, işğalçı Ermənistanla siyasi, iqtisadi əlaqələrini daha da genişləndirir. Yaxud, İranda yaşayan 40 milyonluq müsəlman türklərini bütün hüquqlardan məhrum etməklə, ermənilərin bu ölkədə bütün azadlıqlarını artıqlaması ilə tanımaqdadır.   

-Sizcə İrana qarşı həyata keçiriləcək hər hansı müdaxilə zamanı Azərbaycan türkləri hansı mövqedə dayanmalıdırlar?

-Cənubi Azərbaycandakı soydaşlarımızın milli azadlıq mücadiləsi tarixi bir ənənənin üzərində var olan milli ideoloji bir xəttin davamıdır. Əsrin əvvəllərində Səttarxanın başlamış olduğu milli azadlıq mücadiləsi süqut etsə də, sonralar İkinci dünya müharibəsinin başlanması ilə bu ideoloji xətt davam etmişdir. Həmin vaxtlar İngiltərə ilə yanaşı SSRİ-nin hərbi birləşmələrinin İrana daxil olması, Rza şahın başçılıq etdiyi rejimin devrilməsi soydaşlarımız üçün bir şans olmuşdur. Həmin vaxtlar az da olsa yaranmış demokratik mühitdən yararlanan soydaşlarımız öz milli-azadlıq mücadiləsini davam etdirmiş, hətta Seyid Cəfər Pişəvərinin başçılığı ilə 1945-ci ildə Azərbaycan Milli Hökümətinin yaranmasına da nail olmuşdular. Azərbaycan Milli Hökuməti əvvəlcə soydaşlarımızın milli muxtariyyat hüququnun tanınması uğrunda mücadilə aparmış, daha sonra isə müstəqil dövlətçilik xəttinə üstünlük vermişdir. Azərbaycan Milli Hökuməti cəmi bir il ərzində Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökümət olmasına, bilavasitə SSRİ-nin İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində yaranmasına baxmayaraq, tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil və milli bir dövlətçilik cəhdi olmuşdur. Lakin sovet ordusunun İrandan çəkilməsi ilə İran bu milli hökümətin varlığına son qoymuşdur. Biz həmin tarixi araşdırsaq görərik ki, milli hökumətin süqutunda rus və ermənilərin xüsusi xidmətləri olub. Hesab edirəm ki, bu gün keçən əsrdə soydaşlarımıza verilmiş bu şanslardan biri ilə yenidən qarşı-qarşıyayıq. Fikrimcə, bu tarixi məqamdan soydaşlarımız maksimum yararlanaraq ən azı milli və mədəni muxtariyyatlarını əldə etməlidirlər. Çünki, İran əhalisinin az qala yarısından çoxunu təşkil edən Azərbaycan türkləri öz ana dilində təhsil almaq hüququndan tamamilə məhrum olunub, fars rejiminin assimilyasiya siyasəti ilə bütün milli-mədəni hüquqlardan kənarda qalıblar.

-Bu gün Cənubi Azərbaycanda soydaşlarımıza qarşı aparılan repressiyalar və edamlar günü gündən daha da artmaqdadır. İrandakı mövcud rejimin soydaşlarımıza qarşı bu cür aqressiv münasibətini necə izah etmək olar?

-İran hakimiyyəti bu gün yalnız Cənubi Azərbaycandakı soydaşlarımıza deyil, onların ana dilinə, adət-ənənələrinə, mədəniyyətlərinə qarşı da total şəkildə repressiyalar aparır. Təəssüflər olsun ki, bu cür hallar son dövrlərə aid deyil, uzun illərdir ki, davam etməkdədir. İran-İraq müharibəsi zamanı da müharibədə ən çox ziyan çəkən, müharibənin qurbanlarına çevrilmiş böyük çoxluq məhz soydaşlarımız olmuşdur. İran rejiminin son dövrlərdə Cənubi Azərbaycan türklərinə qarşı olan aqressiyası isə daha çox soydaşlarımız arasında baş verən milli oyanış hərakatını boğmaq, öz mürtəce varlığını davam etdirməklə bağlıdır. Diqqət edirsinizsə, sovet imperiyası da eyni siyasət yürüdürdü, millətləri daima qorxu altında saxlayırdı. Məhz bu qorxu sonralar onu milli oyanış hərakatlarını boğmağa qalxması ilə nəticələndi. Qazaxstanda, Gürcüstanda, Azərbaycanda baş qaldıran milli azadlıq hərakatları sovet imperiyası tərəfindən amansızcasına yatırılmağa başladı. Lakin Azərbaycan xalqı 20 yanvar 1990-cı ildə sovet imperiyasının yaratmış olduğu qorxudan birdəfəlik azad oldu, öz müstəqilliyini əldə etdi.  Bu gün İran da məhz soydaşlarımızı qorxu altında saxlamaqla, artıq bütün ölkəni bürümüş milli oyanış hərakatlarını boğmaq istəyir. Lakin bu istək mövcud İran hakimiyyətinin sonunu gətirəcək. İrana qarşı heç bir hərbi müdaxilə olmasa belə, Azərbaycan türklərinin milli mücadiləsi mövcud rejimin sonunu gətirəcək. Bu günki İran mürtəce rejimi bunu yaxşı başa düşdüyündən soydaşlarımıza qarşı öz aqressivliyini daha da artırır, hər gün milli mücadilədə fəal olan insanları, ziyalıları, tələbələri edam etməklə soydaşlarımızı qorxu içində yaşamağa məcbur edir. Lakin öz xalqını bu cür qorxu ilə idarə edən  İraqın, Liviyanın, Suriyanın son aqibətinə nəzər salsaq, İran rejiminin də eyni aqibəti yaşayacağını istisna edə bilmərik. Çünki, artıq İranın “ərəb baharı”ndan sonra dünyada tam təklənmiş olduğunu və dünyanın yeni düzəninə qarşı inadkarcasına müqavimət göstərdiyini görməkdəyik.

-Uzun illərdir İranda Azərbaycan türklərinə qarşı olan diskriminasiya siyasəti kadr potensialına da böyük təsir göstərib. Sizcə İranda baş verə biləcək proseslərdə soydaşlarımızın təşkilatlanması istiqamətində və proseslərdə aktiv rol oynaya bilmələri üçün hansı addımları atmaq lazımdır?

-Cənubi Azərbaycanda milli oyanış bu gün zirvə nöqtəsindədir. Artıq biz soydaşlarımızın etiraz səslərini daha ucadan və davamlı şəkildə eşitməkdəyik. Neçə illərdir ki, fars rejimindən yaxa qurtaran fəallar, ziyalılar dünyanın inkişaf etmiş ölkələrinə səpələniblər. Onlar getdikləri ölkələrdə təşkilatlanaraq, öz aktiv fəaliyyətlərini davam etdirməkdədirlər. Doğrudur, bu gün onların arasında fikir ayrılıqları yaradıb, onları parçalamaq istəyən qüvvələr də var. Lakin bu gün onların da vahid şəkildə birləşib fəaliyyət göstərmələri olduqca vacibdir. Biz bir təşkilat olaraq, xüsusilə Avropa dövlətlərində milli məsələ, Dağlıq Qarabağ problemi ilə bağlı keçirdiyimiz tədbirlərdə Cənubi Azərbaycan türklərinin nə qədər aktiv rol oynadıqlarını görürük. Onlar artıq Avropa dəyərlərini tam əxz etmiş, siyasi cəhətdən yetişmiş bir insanlardır. İnanıram ki, İranda baş verə biləcək demokratikləşmə prosesində həmin fəal insanlar da öz soydaşları ilə birlik şəraitində proseslərdə yaxından iştirak edəcəklər. Çünkü, onlar da doğulub boya-başa çatdıqları ölkələrinin demokratik bir ölkə olması üçün mübarizə aparırlar. Demokratik bir ölkə qurmaq, bu ölkədə tam olaraq azad yaşamaq onların da təbii haqlarıdır. Əlavə olaraq qeyd edim ki, bu gün Cənubi Azərbaycan problemi dünyada yaşayan 50 milyondan çox Azərbaycan türkünün, eləcə də bütün Türk dünyasının probleminə çevrilib. İnanıram ki, İranda baş verə biləcək demokratikləşmə proseslərində bütün türk dünyası da cənublu qardaşlarımızın yanında olacaqlar.   

-Siz İranın həm də bölgə üçün təhlükə yaratdığını qeyd edirsiniz. Konkret olaraq İranın Azərbaycana qarşı hansı təhlükə yaratdığından danışmaq olar?

-Azərbaycan bir islam dövləti olaraq regionda demokratik inkişaf yolunu tutmuş hüquqi bir dövlətdir. Həm də bu gün olduğu kimi tarix boyunca da milli və dini dözümlüyü ilə hər zaman nümunə olubdur. Lakin İran özünü islam dövləti olaraq təqdim etməsinə baxmayaraq, biz əsl reallıqda İrandakı islam anlayışının nə qədər mühafizəkar və təriqətlərə, məzhəblərə parçalandığını görə bilərik. Təəssüf doğuran haldır ki, bu gün İran Azərbaycandakı hüquqi, demokratik dəyərlərə aqressiv münasibəti ilə fərqlənir. İran bir islam dövləti olaraq, tarix boyu müsəlman türkünə qarşı qətliam törədən və bu əməllərini bu gün də davam etdirən Ermənistan kimi işğalçı dövlətlə açıq-açığına yüksək siyasi-iqtisadi münasibətlərini davam etdirir. Bu azmış kimi üstəlik Azərbaycan dövlətçiliyinin təməlini zəiflətmək üçün bizə “siyasi islam” ixracı edir, Azərbaycan vətəndaşlarının milli dövlətçiliyə münasibətini zədələyir. Bu yaxınlarda biz Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində belə bir düşüncə ilə “bəslənmiş” qrupun zərərsizləşdirildiyinin şahidi olduq. Belə qruplar neçə illərdir ki, mövcud olub və vaxtaşırı onlar Azərbaycanın güc strukturlarının ayıq-sayıqlığı nəticəsində zərərsizləşdirilə biliblər. Lakin İranın Azərbaycana qarşı təhlükələri bununla bitmir. İran rejiminin neçə illərdir ki, Azərbaycana qarşı ideoloji müstəvidə apardığı təbliğat maşını da durmadan fəaliyyət göstərməkdədir. İran televiziyaları, internet yayım portalları uzun illərdir ki, Azərbaycana qarşı aqressiv yanaşmaları ilə fərqləniblər. Biz zaman-zaman İranın ali rütbəli şəxslərinin Azərbaycana qarşı təhdid dolu bəyanatlarını eşitməkdəyik. Bütün bunlara görə hər zaman regionda bir İran təhlükəsi hiss etməkdəyik. Lakin bildirmək istəyirəm ki, İran bu köhnə təbliğat üsulları ilə heç nəyə nail ola bilməyəcək. Ola bilsin ki kiçik bir qrupa qismən öz təsirini göstərə bilər. Ümumilikdə bu gün Azərbaycan cəmiyyəti, xüsusən gənclər ölkənin gələcəyini demokratikləşmə, Avropaya inteqrasiyada görür və heç bir əks təbliğat bizi bu yoldan döndərə bilməz.

-Ilham müəllim, son vaxtlar Cənubi Azərbaycandakı soydaşlarımız Urmiya gölünün qurudulması ilə bağlı geniş aksiyalar keçirdilər və bu məsələ bir milli mücadiləyə çevrildi. Bu yaxınlarda mətbuatda xəbərlər getdi ki, İran hava haqqında olan məlumatlarda Urmiya gölünü xəritədə göstərmir. Sizcə Urmiya gölünün yox olmasında İran niyə bu qədər maraqlıdır?

-Bildiyiniz kimi, Urmiya gölü YUNESKO-nun qorunan təbii ərazilər siyahısına daxildir. Ayrıca olaraq 1967-ci ildən həm də qoruq elan olunub. Bu mövqedən yanaşsaq, Urmiya gölünün yox olması təkcə soydaşlarımız üçün deyil, həm də region üçün ekoloji tarazlığın pozulmasına gətirib çıxaracaq. Amma digər tərəfdən isə, Urmiya gölü həm də xalqımızın maddi və mənəvi toxunulmaz sərvətlərindəndir. Cənubdakı soydaşlarımızın Urmiya gölü ilə bağlı çox həssas yanaşmaları da onların bu sərvətlərinə əl uzadılmasıdır. Urmiya gölü artıq həm də cənublu soydaşlarımız üçün bir milli oyanış, milli birlik simvoluna çevrilməkdədir. Biz bu istiqamətdə milli mücadiləmizi aparmaqla yanaşı, həm də beynəlxalq qurumları bu ekoloji fəlakətin qarşısını almaq üçün səfərbər etməliyik.

*****


Even if there is any military intervention to Iran....

İlham İsmayılov:  National struggle of Azeri Turks will bring the end of the current regime.

Today Iran distinguishes itself for an aggressive attitude to the democratic and
legal value in Azerbaijan. Interveiw of the chairman of the Cooperation center of Azerbaijanis and other Turkish Language Peoples

-Mr. Ilham İsmayılov, articles on military interventions to Iran are reflected in the media, recently. What can you say about this?

-That’s true, recently, news about start of military operations by US, Great Britain and Israel trio in Iran soon, are posted in various press organs. Although, this is a propaganda at first glance, but we see an inevitable military interventions to Iran sooner or later. Becouse, whole international community does not accept the total violation of human rights, authority management based on medieval principles. t is already known that, Iran plays role of danger for the regional  countries  and the whole world. Today, although entire world community protects the people of Syria, Iran still supports life of  Bashar Assad to be long-lived. Or If we pay attention to Iran's position in solution the Nagorno-Karabakh problem, we can see that, Iran plays a role of "source of inspiration" to Armenia.  At the same time, this country supports Armenia with all the force. Of course we don`t want  to creation new conflict in our region. The military interventions to Iran will have negative impacts on us as a neighboring state.
Moreover, we also worry about the fate of the Azerbaijani Turks about 40 million living in Iran.
However, today Iran's position or  politics  always arise anxiety to the fate of the region. 
Iran is considering itself as a state ruled by Islamic values in the region, however, it expands economic and political relations with Armenia by paying no attention to the murder of thousands of Muslims who were killed in Nagorno-Karabakh by Armenian invaders. Or, Iran recognizes all freedoms of Armenians in Iran by depriving all rights of 40 million Muslim Turks.

-How do you think about Azeri turks’ position during any intervention to Iran,?

-The national liberation struggle of our compatriots in the South Azerbaijan has a historical tradition, which based on the line continuation of a national ideology. Although the national liberation struggle, which started at the beginning of the century by Sattarkhan, was collapsed, later, this ideological line continued with the start of World War II. During that time entrance of USSR military forces along with England to Iran, overthrow of the regime led by Reza Shah, was a chance for our compatriots.
At the same times, our compatriots continued own national-liberation struggle of the democratic environment , even achieved establishment the National Government of Azerbaijan in 1945 under the leadership of Seyyid Jafar Pishavari was achieved.  At first Azerbaijan National Government fought for recognition of our compatriots national autonomy, and then took advantage of the statehood line..  Although, National Government of Azerbaijan was an autonomous socialist government in South Azerbaijan during a year, was built as a result of directly USSR’s political, ideological and military intervention against Iran, this was the first independent and national statehood attempt in South Azerbaijan in the history.
However, Iran put an end to the existence of the national government by the withdrawal of Soviet troops Iran. If we investigate that history, we can see that Russia and Armenia had special services in the collapse of national government. I think that today we’ll meet with the same chance that occurred last century.
I think, our compatriots should get at least cultural and national autonomy by maximum using this historical moment. Because, Azerbaijani Turks, which make more than half of Iran's population, were deprived of the right to receive education in their native language, are out of all national and cultural rights by the assimilation policy of the Persian regime.

-Today, the repressions and utions against our compatriots in the South, is growing day by day. How to explain the aggressive attitude of current regime in Iran against our compatriots?

-Today, the Iranian government commits repression not only against our compatriots but also their mother tongue, traditions, cultures in the South in total.
Unfortunately, such cases are not included in the latest periods, it has been continued for many years. During the Iran-Iraq war, the people suffering the most damage, victims of the war was the great majority of our compatriots. During the Iranian regime’s aggression against the South Azerbaijani turks last years is related with  intentin of throttle of the National Revival movement, and continuation of existence their reactionary. If you give attention, the Soviet empire also pursued same policy, maintained the nations constantly under the fear. Just this fear completed with the rise to throttle National Revival movements. The national liberation movements in Kazakhstan, Georgia and Azerbaijan were mercilessly suppressed by the Soviet Empire. But, Azerbaijani people liberated fear, achieved the independence on January 20, 1990.
Today, Iran also wants to to suppress all the National Revival movements by keep our compatriots under the threat,. However, this request will bring the end of the current Iranian regime. Even if there is no military intervention against Iran, the national struggle of Azerbaijani Turks will bring the end of the current regime.  Today Iran`s reactionary regime understanding it very well and  increase aggression against our compatriots. Every day active people in the national struggle, intellectuals, students are forced to live in fear of death. However, if we take the end of Iraq, Libya and Syria, we can not exclude that, Iran also will live the same fate. Because we see that Iran's alone in the world and its stubbornly resistance against new world order, after "Arabian Spring".

-For many years, the policy of discrimination against Azerbaijani Turks in Iran had impacts on  the staff. What steps our compatriots need to take to be able to play an active role in processes and  the  process that may occur in the direction of organization in Iran to your mind?

-Today,  National Revival  is in the peak point in South Azerbaijan. Now we are hearing our voices of protest more loudly and continuously.
For many years, activists, intellectuals  got  rid of the persian regime,  spread the developed countries of the world. They are organized in the country  they are and  proceed their activities. Of course, today there are forces who want to destroy  and  making disagreement among  them.. However it is  more important for them to be united in a common activity, today. As an organization , we see active role of South Azeri turks in our events held in the European countries, on national issue, Nagorno-Karabakh conflict.
They are people who fully mastered  European values. I believe that the active people in the process of democratization in Iran, that may occur in association with their compatriots, will be closely involved in the process. Because, they also struggle for changing of their country to a democratic country. Building a  democratic country, freely living in this country are their natural rates too. In additional to note that,  today this problem has become for more than 50 million Azerbaijani Turks living in the world, as well as all of the Turkic world. I believe that, Turkic world might be next to our  brothers in the south, during the processes of democratization to be occured in Iran.

-You  also note that,  Iran creates danger for the region too. Which concrete dangers of Iran against Azerbaijan can you speak?

-As an Islamic state,  Azerbaijan is a developed legal state in the region. As has also been an example for all the time with the national and religious tolerance. Despite Iran  presented itself as an Islamic state , we cann`t see Iran's Islamic concept of reality. Regretfully, Today Iran distinguishes itself for an aggressive attitude to the democratic and legal value in Azerbaijan. Iran as an Islamic state, proceeds clearly high political and economic relation with Armenia  who have committed  the massacre and the actions  throughout history against muslim turks. Moreover,  in order weaken  the foundation of the statehood of Azerbaijan, Iran  exports us "political Islam", damaging  the attitude of the national statehood of the Azerbaijani citizens. Recently, we have  witnessed  with a such sense "fed" group was rendered harmless as a result of operations conducted by the Ministry of National Security of Azerbaijan. Such groups have been excisted for many years, and time to time they are  rendered harmless  as a result of awakness by the power structures of Azerbaijan. However, this is not end of Iran's threats against Azerbaijan. For many years the Iranian regime,  the ideological level of the propaganda machine has been working steadily against Azerbaijan. Iranian television, Internet portals, broadcasters, distinguished by the aggressive approaches for many years. We hear statements full of threats against Azerbaijan high-ranking Iranian officials time to time. Therefore, we always feel the threat of an Iranian in the region. However, I want to say that, Iran will not achieve anything with the old methods of propaganda.
It may be that a small group can have its influence in part. In general, the Azerbaijani society, especially the youth,  the future of the country's democratization, see  European integration and no propaganda can turn us this path.

-Mr. Ilham İsmayılov, Our compariots held a wide protests on the drying of Lake Urmia in South Azerbaijan and this issue became a national struggle. The recent news posted in the press that Iran did not show Lake Urmia on the map in the information about the weather forecast . Why is Iran interested in disappearing of Lake Urmia on te map?

-As you know, Lake Urmia is included in UNESCO list of protected natural areas. In addition, it  was declared as a reserve in 1967. If we approach this position, disappearing of Urmia Lake will be completed with violation of ecological balance for not only our compatriots, but also for the region. But on the other hand, Urmia Lake, is one of both material and spiritual resources of our people. Approaches of our compatriots sensitively  about Lake Urmia is arised intention of saving their this resource. Lake Urmia is now a symbol of  national revival to our compatriots in the south. We are trying to struggle in this direction, as well as we have to mobilize the national and international institutions to prevent the environmental disaster.

www.atxem.az










VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Dek.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Gecə: +6.. +8dumanlı yağmursuz
Səhər: +8.. +10buludlu yağmursuz
Gündüz: +10.. +12buludlu yağmursuz
Axşam: +8.. +10dumanlı yağmursuz
Atm. təziyi: 769
Rütübət: 78 %


free counters

2024 www.atxem.az
Powered by Danneo